Icma.az
close
up
RU
İkili standartlar fonunda qətnamə siyasəti

İkili standartlar fonunda qətnamə siyasəti

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Avropa Parlamentinin qəbul etdiyi sözügedən qətnamə mahiyyət etibarilə hüquqi sənəddən daha çox siyasi xarakter daşıyan, selektiv yanaşmaya əsaslanan və regional reallıqları, eləcə də Azərbaycanın milli maraqlarını nəzərə almayan bir mövqe ifadəsidir. Bu cür sənədlər son illər Avropa Parlamentinin ayrı-ayrı siyasi qrupları tərəfindən tez-tez təşəbbüs edilərək, insan hüquqları mövzusu pərdəsi altında konkret dövlətlərə qarşı təzyiq alətinə çevrilir.

Azərbaycan müstəqil, suveren və hüquqi dövlətdir. Ölkədə hüquq-mühafizə və məhkəmə orqanlarının fəaliyyəti Konstitusiya və mövcud qanunvericilik əsasında həyata keçirilir. Cinayət işləri ilə bağlı qərarlar siyasi təsisatların deyil, məhz məhkəmələrin səlahiyyətindədir.

Avropa Parlamentinin konkret məhkəmə işlərinə münasibət bildirməsi, şəxslərin günahkarlığı və ya təqsirsizliyi barədə hökm verən ritorikadan istifadə etməsi hüquqi baxımdan qəbuledilməz olmaqla yanaşı, dövlətlərin daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər. Qətnamədə səsləndirilən “siyasi məhbus” anlayışı isə beynəlxalq hüquqda vahid və məcburi hüquqi tərifə malik deyil. Bu termin daha çox siyasi kontekstdə istifadə olunur və bir sıra hallarda subyektiv yanaşmalarla formalaşdırılır. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, ölkədə heç kim siyasi baxışlarına görə deyil, konkret qanun pozuntularına görə məsuliyyətə cəlb olunur. Bu mövqeni Avropa Şurası və digər beynəlxalq platformalarda aparılan dialoqlarda da ardıcıl şəkildə ifadə edib. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, Avropa Parlamenti bu cür qətnamələrdə regionda mövcud olan təhlükəsizlik çağırışlarını, uzun illər Azərbaycanın üzləşdiyi işğal faktını, terror və separatizm risklərini, eləcə də post-münaqişə dövrünün həssas reallıqlarını ya tamamilə görməzdən gəlir, ya da məqsədli şəkildə kənarda saxlayır. Halbuki milli təhlükəsizlik məsələləri hər bir dövlət üçün legitim və prioritet məsələdir və bu sahədə qəbul edilən qərarların kontekstdən çıxarılaraq qiymətləndirilməsi obyektiv yanaşma sayıla bilməz. Digər tərəfdən, Avropa İttifaqı institutlarının Azərbaycana münasibətdə nümayiş etdirdiyi bu yanaşma tərəfdaşlıq ruhuna da ziddir.

Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol oynayan, regional sabitliyə töhfə verən və çoxtərəfli əməkdaşlığa açıq olan dövlətdir. Belə bir tərəfdaşla münasibətlərin ultimatum dili, sanksiya çağırışları və siyasi təzyiq ritorikası üzərindən qurulması nə dialoqa, nə də qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.  Qeyd edilməlidir ki, insan hüquqları məsələləri qarşılıqlı hörmət, bərabərhüquqlu dialoq və konstruktiv əməkdaşlıq müstəvisində müzakirə olunduqda real nəticə verə bilər. Seçici yanaşma, ikili standartlar və siyasi sifarişli qətnamələr isə bu sahədə səmimi niyyətlərin mövcudluğunu şübhə altına alır. Avropa Parlamentinin sözügedən qətnaməsi Azərbaycan-Aİ münasibətlərinə töhfə verməkdən daha çox, qarşıdurma və etimadsızlıq mühiti yaradır. Azərbaycan isə bundan sonra da öz suveren hüquqlarına, milli qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə əsaslanaraq daxili siyasi-hüquqi proseslərini müstəqil şəkildə həyata keçirməyə davam edəcək. Dialoq və əməkdaşlıq isə yalnız qarşılıqlı hörmət və qeyri-müdaxilə prinsipləri əsasında mümkün ola bilər.

Mehriban Vəliyeva

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Dekabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri