Icma.az
close
up
RU
İkili vətəndaşlığı olanların NƏZƏRİNƏ: Bu halda… KONKRET

İkili vətəndaşlığı olanların NƏZƏRİNƏ: Bu halda… KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illər qloballaşma və miqrasiya proseslərinin sürətlənməsi fonunda ikili vətəndaşlıq məsələsi cəmiyyətdə daha çox müzakirə olunmağa başlayıb. Xüsusilə dövlət sektorunda çalışan və ya işləmək istəyən şəxslər üçün bu mövzu hüquqi baxımdan ciddi maraq doğurur. Bir çox insanlar ikili vətəndaşlığı olan şəxslərin dövlət müəssisələrində çalışmasının qanuni olub-olmaması, hansı hallarda məhdudiyyətlərin tətbiq edildiyi və bu sahədə hansı istisnaların mövcudluğu ilə bağlı suallar verir. Azərbaycan qanunvericiliyi bu məsələni necə tənzimləyir və praktikada hansı yanaşma mövcuddur?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında vəkil Toğrul Məmmədov bildirib ki, şəxs başqa ölkənin vətəndaşı olsa belə, Azərbaycan qanunvericiliyinə görə onun əsas vətəndaşlığı Azərbaycan vətəndaşlığı kimi qəbul olunur və qarşısında olan hüquq və vəzifələri yerinə yetirməlidir.

“Qanunvericilik ikili vətəndaşlığı birbaşa qadağan etmir. Lakin Azərbaycan vətəndaşı digər ölkənin vətəndaşlığını qəbul etdikdə bir ay müddətində bu barədə Miqrasiya Xidmətinə məlumat verməlidir. Əks halda, müəyyən hüquqi məsuliyyət yarana bilər”.

Toğrul Məmmədov qeyd edib ki, ikili vətəndaşlığı olan şəxslərin dövlət müəssisələrində əmək müqaviləsi əsasında, eləcə də dövlət şirkətlərində işləməsinə ümumi məhdudiyyət yoxdur.

“Ancaq bəzi istisna hallar mövcuddur. Belə ki, ikili vətəndaşlığı olan şəxslər hüquq-mühafizə orqanlarında, məhkəmə sistemində və dövlət sirri daşıyan məlumatlara çıxışı olan vəzifələrdə çalışa bilməzlər”.

Vəkilin vurğuladığı kimi, bu sahələrdən kənar dövlət qurumlarında işləmək qanunla qadağan edilmir və əsas şərt vətəndaşlıqla bağlı məlumatın vaxtında müvafiq qurumlara təqdim olunmasıdır.

Aynurə İsmayıl
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Fevral 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri