Icma.az
close
up
RU
İkinci Dünya Müharibəsinin SİRLƏRİ: İtaliya Bəhreyni niyə bombalamışdı?

İkinci Dünya Müharibəsinin SİRLƏRİ: İtaliya Bəhreyni niyə bombalamışdı?

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İkinci Dünya Müharibəsi bəşər tarxinin ən ağır hərbi konflikti olub. Müharibənin əsas arenası Avropa və Sakit okean hövzəsi olsa da, diqqətdən kənar qalan köməkçi cəbhələr də olub.

Lent.az bu dəfə İkinci Dünya Müharibəsinin az danışılan epozidundan, İtaliyanın Britaniyanın təsiri altında olan Bəhreyni bombalamasından məlumat verəcək.

Hələ 1871-ci ildə Britaniya İmperiyası Bəhreyn üzərində protektorat qurmuşdu. Onun şərtlərinə görə Bəhreyn şeyxi ölkənin müstəqil xarici siyasətindən Böyük Britaniyanın xeyrinə imtina edir və bunun müqabilində tam hərbi müdafiə alırdı. 1932-ci ildə Bəhreyndə böyük neft yataqları kəşf edildi və tezliklə onun ixracı başladı, Amerika şirkətləri neft hasilatında fəal iştirak etdilər. 1935-ci ildən bəri Britaniyanın ilk daimi hərbi bazası Bəhreyndə qərarlaşdı. Bir sözlə, Britaniya körfəz regionunda müstəmləkə imperiyasının əsas qalası kimi Bəhreyni görürdü.

1940-cı il iyunun 10-da İtaliya Krallığı Fransa və Böyük Britaniyaya müharibə elan etdi. İtaliya aviasiyasında kifayət qədər strateji bombardmançı yox idi, ona görə də risk etmək: arsenalında olan bir neçə nəqliyyat təyyarəsini adi bombardmançıların əlçatmaz olan hədəfləri vura bilən təyyarələrə çevirmək qərarı alındı.

Bu təyyarələr SM 82 adlanırdı və İtaliya Hərbi Hava Qüvvələrinin potensial imkanlarını nümayiş etdirmək üçün körfəzdəki Manama şəhərində (Bəhreyn) Britaniya neft emalı zavodlarını bombalamaq qərara alındı. Bu Rodos adasından Bəhreynə uzanan və ümumi məsafəsi 4200 kilometrdən çox olan uzun və çətin bir missiya idi. Bombardmandan sonra onlar Qırmızı dənizə və İtaliya Eritreyasına çatmaq üçün geniş və demək olar ki, yaşayış olmayan Ərəbistan səhrası üzərindən uçaraq cənub-qərb istiqamətinə dönməli idilər.

Oktyabrın 18-də saat 17:10-da adi və əlavə çənlər doldurulduqdan sonra  15, 20 və 50 kiloqram olan yandırıcı və partlayıcı bombalar təyyarələrə yükləndi. Təyyarələr daha sonra aerodromdan havaya qalxaraq, gizliliyi təmin etmək üçün radiolarını söndürdülər və təxminən saat 3-də bombardmançılar hədəflərinə - Bəhreyn neft emalı zavodlarına çatdılar. Hücum nəticəsində iki neft emalı zavoduna ciddi ziyan dəydi və bir neçə neft quyusu yandırıldı.

Pilotlar ilk partlayışların parıltısını görən kimi italyan təyyarələri nəzarətləri altında olan Afrikadakı Eritreyaya doğru istiqamət götürdülər və orada saat 8:40-da eniş etdilər. Yolda Səudiyyə Ərəbistanındakı Dhahran neft zavodunu da vurdular, lakin böyük ziyan vura bilmədilər. Hətta belə bir versiya da var ki, hücum təsadüfi olub. İtaliya qüvvələri 4200 kilometr məsafəni cəmi 15 saat 30 dəqiqəyə qət edərək, o zaman tarixdə ən uzun bombardman rekordunu qırdı. Hava hücumu zamanı onlar heç bir itki vermədi.

Bəhreynə hava hücumu ingilislər üçün tamamilə sürpriz oldu. İtaliya bombardmançılarının bu qədər uzun məsafəni qət edə biləcəyini heç kim təsəvvür edə bilməzdi. Və İtaliya aviasiyasının Bəhreynə hücumu, əlbəttə ki, faşist təbliğatında şişirdildi. Yerli hakimiyyət və media bu kiçik əməliyyatı qüdrətli İtaliya Hərbi Hava Qüvvələrinin böyük bir qələbəsi adlandırırdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Fevral 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri