Icma.az
close
up
RU
İkinci əl maşın bazarında vəziyyət: Çin avtomobillərinə marağın artması özünü göstərir

İkinci əl maşın bazarında vəziyyət: Çin avtomobillərinə marağın artması özünü göstərir

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çin avtomobil sənayesinin inkişafı dünya bazarına ciddi təsir göstərir. Bu təsir Azərbaycandan da yan keçməyib. Ölkədə Çin avtomobillərinin satışı aşkar şəkildə artıb. Bunun məntiqi nəticəsi kimi, ikinci əl maşın bazarında alver zəifləyib. Müştərilər 10-15 ilin Avropa avtomobillərindənsə, yeni nəqliyyat vasitəsinə üstünlük verirlər.

Bizimyol.info xəbər verir ki, 2024-cü ildə ölkədə 29,4 min Çin avtomobili qeydə alınmışdı. 2023-cü illə müqayisədə ciddi artım müşahidə olunmuşdu. İki il əvvəl Azərbaycanda 10,5 min Çin avtomobili olub. Yəni üç dəfəyə qədər artımdan danışmaq mümkündür.

2025-ci illə bağlı statistika hələ açıqlanmayıb. Amma ayrı-ayrı statistik göstəricilər ümumi sayın bir neçə dəfə artacağını ehtimal etməyə əsas verir.

Bəs insanlar bu barədə nə düşünür? Sosial mediada Çin avtomobillərinin populyarlaşması çox müzakirə olunur. Cavidan Əlizadə bu ölkə maşınlarının bilərəkdən gözdən salındığını düşünür: “Bir az müşahidəm əsasında deyə bilərəm ki, neçənci əl maşın alveri edənlər, Amerikadan, Polşadan çapılmış maşın gətirib satanlar, rəsmi servisi olanlar və yerli maşın yığanlar kütləvi şəkildə Çin maşınlarını pisləyir. Səbəb tam aydındır, məncə, izahını yazmağa ehtiyac yoxdur. Azərbaycanda nadir hadisələrdəndir ki, məhsul bütün təbəqədən insanlara həqiqətən sərf edir”.

Qazaxıstanda yaşayan Elşən Əhmədov Asiya ölkəsində Çin maşınlarına münasibətin yaxşı olduğunu bildirir. Onun sözlərinə görə, həmin avtomobillər qış sınağından da uğurla çıxır: “Burada qışda 35-38 dərəcə şaxta olur. Həmin bu bəyənmədiyiniz Çin maşınları barmaq vuran kimi işə düşür. Çinin bütün modelində maşınlar var Qazaxıstanda. Əksəriyyəti heç də Koreya, Yaponiya modellərindən geri qalmır. Çinin elə qəşəng keyfiyyətli maşınları var, mən Bakıda olanda onların heç birini görmədim. Ola bilsin, Azərbaycana qənaətli sayılan variantları gətirirlər”.

Ümumiyyətlə, Çin avtomobillərini müdafiə edən mövqe çoxdur. Aşkar hiss olunur ki, əksəriyyət yeni maşına üstünlük verməyin tərəfdarıdır. Amma skeptik yanaşma da az deyil. Ülvi Tağıyev hesab edir ki, Çin avtomobillərinin ucuz başa gəlməsi gömrük güzəştlərinə görədir. O, prosesi müvəqqəti sayır. Sosial media istifadəçisi yazır ki, Çin maşınlarının ikinci əl bazarının formalaşmaması sonradan özünü göstərəcək.

Tural Məmmədzadə bu istiqamətdə konkret nümunə qeyd edib. O, 62 min dollara aldığı Çin istehsalı olan avtomobili 8 ay sonra çətinliklə satıb. Tənqidi mövqe ortaya qoyan müştəri maşını cəmi 40 min dollara sata bildiyini yazır.

İndi hansısa mövqeyi xüsusi müdafiə etmək çətindir. Çin avtomobilləri ilə bağlı qəti fikir bildirmək üçün yenə müəyyən zamana ehtiyac var. Hesab olunur ki, bu ölkə hələ özünü avtomobil mühəndisliyi istiqamətində sübut etməlidir.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Aprel 2025 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri