İkinci əl mətbəx dolabı alan şəxs həyatının şokunu yaşadı Bələdiyyə sədri ona...
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin cənub-şərqindəki Nurdağı şəhərində Kadir Terlikli adlı yerli sakin mətbəx dolabı alıb və oradan əvvəlki sahibindən qalan 12 qızıl sikkə aşkar edib.
Terlikli tapıntını gecikdirmədən qanuni sahibinə qaytarıb.
Milli.Az xəbər verir ki, bu barədə şəhər rəhbərliyi X sosial şəbəkəsi vasitəsilə məlumat yayıb. Dürüst əməlinə görə təşəkkür olaraq Bələdiyyə Başçısı Nurullah Erciyes Terlikliyə sertifikat təqdim edib.
Dolabın keçmiş sahibi Səlahəddin Karaburç bildirib ki, 2023-cü ilin fevralında baş verən zəlzələlər zamanı evinə ziyan dəyib. Səlahiyyətlilər onu sökməyə qərar veriblər, ona görə də o, mebelləri satmaq məcburiyyətində qalıb. Karaburç qızıllarını mətbəx şkafında gizlətdiyini, lakin sonra bunu unudduğunu qeyd edib./editor.az
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 28 Dekabr 2024 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















