Icma.az
close
up
RU
İkinci həyat yaşayan sənət əsərləri FOTO

İkinci həyat yaşayan sənət əsərləri FOTO

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Süni intellekt vasitəsi ilə müxtəlif dövrlərdə çəkilmiş əfsanəvi rəsm əsərləri müasir üsluba uyğunlaşdıraraq yenidən canlandırıb.

Leonardo Da Vinçini  "Xanım Ermina ilə", həmçinin Misir mədəniyyətində önəmli yer tutan Nefertitinin büstü, Botiçellinin isə "Üç Lütf" və "Veneranın doğuşu" əsərlərini müasir dünyanın bir hissəsi kimi təsvir edilib.

Realist detallar, fərqli üslub müasir texnologiyaların keçmişin böyük sənət əsərlərinə necə yeni həyat gətirə biləcəyini göstərir.

Modern.az sözügedən əsərləri və onlar haqqında məlumatları təqdim edir:

Renessans dövrünün məşhur italiyalı rəssamı Sandro Botiçellinin 1486-cı ildə yaratdığı təsviri incəsənət əsəri - "Veneranın doğuşu" əsrlərdir ki, sənət tarixinin ən çox müzakirə olunan və sevilən əsəri statusunu qoruyur. Bu əsərdə təsvir olunan roma mifologiyasının gözəllik və sevgi ilahəsi Venranın doğulduğu an təsvir edilir. Botiçelli dəqiqliklə zəriflik və gözəlliyi Veneranın simasında ifadə edib. Veneranın simasını süni intelekt də müasir dövrə uyğunlaşdıraraq, Botiçellinin ifadə etdiyi incəliyi yenidən yaratmağa çalışıb. 

Süni intelektin yenidən yaratdğı sənət əsərlərindən biri də antik yunan memarlığının əfsanəsi hesab edilən "Venus de Milo" əsəridir. Heykəldə yunan mifologiyasının gözəllik tanrıçası Afrodita təsvir edilib. 1820-ci ildə Yunanıstan Milos şəhərində kəndlilərin təsadüfi şəkildə tapdığı əsər eradan əvvəl 2-ci əsrə aid elinizm mədəniyyətinin memarlıq abidəsi hesab olunur. Əsər müasir dövrə qədər tam şəkildə çatmasa da öz mükəmməliyini, gözəllik və harmoniyasını qoruya bilib və heç vaxt restavrasiya olunmayıb. Al isə onu tam şəkildə təsvir edib.

Qədim Misirin XVIII sülaləsi dövründə, təxminən e.ə. 1345-ci ildə yaradılan Nefertinin büstündə Misir hökmdarı Akhenatenin xanımı və Aten dini inancının təşviqatçısı olan, gözəlliyi ilə məşhur Kraliça Nefertitini təsvir edilib

Büstün ən əhəmiyyətli xüsusiyyətlərindən biri onun mükəmməl və detallı işlənməsidir. Bu büstün gözəllik və Misir sənətinin zirvəsini təmsil etdiyi qəbul edilir. Büst 1912-ci ildə Alman arxeoloqu Ludvig Borçard tərəfindən Amarna şəhərində tapılıb. Bu əsəri zamansız edən təsvir olunan Nefərtinin üz ifadəsinin harmonik və  idealizə edilmiş formada görünməs. Onun yüksək alınları, diqqət çəkən üz quruluşu və təbii baxışları əsərin gözəlliyini və sənətkarlığını əbədi edir. 

Sənət tarixinin ən çox müzakirə edilən rəssamı Leonardo Da Vinçinin 1489-1490-cı illərdə çəkdiyi "Xanım ermelin ilə" əsəri süni intelektin müasir dövrə uyğunlaşdıraraq təsvir etdiyi sənət əsərlərindən biridir. Əsərdəki qadın Cecilia Qallerani adlı məşhur Milanlı xanımdır. Portretin müəllifi Leonardo da Vinci tərəfindən çəkilən ən məşhur qadın portretlərindən biri hesab olunan bu əsərdə ermelinin təsviri də onu daha çox xüsusi edir. (Ermelin- təbiətdə nadir hallarda tapılan, kiçik bir məməli heyvandır) Qadın əlində ermelin tutaraq, ona yaxın əyləşib. Bu heyvan, qədim zamanlarda təmizlik, incəlik və yüksək statusu simvolizə edirdi. Galleraninin əlindəki ermellin həmçinin onun sosial mövqeyinin və bədii həssaslığının da simvoludur. Əsərin real versiyasında rəssam qadının daxili aləminin incəlik və müdrikliklə zəngin olduğunu vurğulamaq üçün üz ifadəsini sakit və düşüncəli təsvir edilib. Rəssam təbii işıqdan istifadə edərək qadının üzü və geyimi üzərində diqqəti cəmləyir. Leonardonun digər əsərlərində olduğu kimi, burada da diqqət detallara, xüsusən qadının paltarının və ermellin dəqiq təsvirinə yönəldilib. Süni intelekt isə bu detalları fərqli üslub qataraq portretin mərkəzində qoruyub saxlaya bilib. 


Sandro Bottiçellinin "Üç Lütf" ("The Three Graces") əsəri, italyan Renessans sənətinin ən gözəl nümunələrindən biridir. Bottiçelli əsərlərində yunan və roma mifologiyasını və humanizmin təsirinə üstünlük verib.  "Üç Lütf" əsəri də bu yanaşmaların təcəssümüdür, burada üç qadın fiqurunun (Gözəllik, Sevgi və Zəriflik) bir araya gəldiyi mifoloji bir motivi təqdim edir.

"Üç Lütf" əsəri, yunan mifologiyasında "Graces" adlanan üç tanrıçanın təsviridir. Bu tanrıçalar Aglaia (Gözəllik), Euphrosyne (Şənlik) və Thalia (Zəriflik) olaraq tanınır. Bottiçellinin bu əsərində qadınlar bir-birilə yaxın dayanır, əlləri və bədənləri ilə bağlılıqlarını və harmoniyalarını vurğulayır. Hər bir qadın müəyyən bir xüsusiyyəti təmsil edir. Bottiçellinin işlədiyi tərz, zərif xətlər, idealizə edilmiş bədənlər və mifik dünyanın gözəlliklərini göstərən ifadələrlə diqqət çəkir. Süni intelekt mifoloji obrazları müasir dövrə uyğunlaşdıraraq yenidən, fərqli üslubda canlandırıb. 


Əsərin fonunda Renessans dövrünün sadə və harmonik tərzinə uyğun olan təbii mənzərəyə yer verilib, bu da qadınların təbii və estetik bir şəkildə təqdim olunmasını təmin edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Dekabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri