İkinci hissə başlayan kimi qol vurmağımız işimizi bir qədər də asanlaşdırdı Elgiz Kərəmli
Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Futbol üzrə Azərbaycan 1-ci Liqasının 3-cü turu çərçivəsində "Cəbrayıl"la üz-üzə gələn və 3:0 hesablı qələbə qazanan "Şəfa" nin baş məsqcisi Elgiz Kərəmli qələbəni şərh edib.
34 yaşlı çalişdırıcı fikirlərini Fanat.Az-a bölüşüb:
"Qələbə munasibəti ilə "Şəfa" azərkeşlərini təbrik edirəm və onlara bizi dəstəklədikləri ucun təşəkkürümü bildirirəm. Futbolcularıma da təşəkkür edirəm, layiqli qələbə qazandıq.
"Cəbrayıl"ı təhlil etdikdə onların necə hərəkətli komanda olduğu müşahidə olunur. Bizimlə oyuna qədər keçirdikləri hər iki matçda uduzsalar da, təhlükəli rəqib olduqlarını bilirdik. Əsas da əks-hücumlarda sürətli və effektli komandadır. Birinci hissədə qol vurmağa çətinlik çəkdik... Rəqib uzun ötürmələrdən çox istifadə etdiyinə görə də müəyyən çətinlik yaranırdı. Lakin ikinci hissə başlayan kimi qol vurmağımız işimizi bir qədər də asanlaşdırdı. Yekunda yenə qol buraxmadan qələbə qazanmağımız sevindirici haldır.
Qarşıda "Ordu"ya (MOİK) ilə çətin matçımız var. Sabahdan həmin oyuna hazırşacağıq".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 25 Sentyabr 2025 00:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















