Icma.az
close
up
RU
“İkinci mərtəbə”də fərqlənən futbolçularımız ARAŞDIRMA

“İkinci mərtəbə”də fərqlənən futbolçularımız ARAŞDIRMA

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“İkinci mərtəbə” Azərbaycan futbolunun ən ağrılı yerlərindən biridir. İstər klub, istərsə də yığma səviyyəsində komandalarımız beynəlxalq yarışlarda hava mübarizəsində əsasən uduzurlar. Bunu elə “Qarabağ”ın Avropa Liqasında son oyunlarda künc zərbələrindən sonra buraxdığı qollar da bir daha əyani göstərdi.

İdman.biz futbolçularımızın bu sahədə nəyə qadir olduqlarını onların “ikinci mərtəbədə” statistik göstəriciləri əsasında göstərməyə çalışıb.

İlk olaraq “Qarabağ”ın Avropa Liqası Liqa mərhələsindəki oyunlarına nəzər salaq. Ağdamlıların hava mübarizəsində 100 faizlik nəticəsi olan tək futbolçusu qapıçı Mateuş Koxalskidir ki, o da cəmi bir dəfə belə mübarizədə iştirak edib.

Sahə oyunçularından ən yaxşısı 12 dəfə hava mübarizəsində qalib olan Kevin Medina 66,67 faiz göstəriciyə malikdir ki, bu da cari turnirdə 191-ci nəticədir.

Yassin Bensia 9 qələbə ilə 60 faiz göstəricyə malikdir. Sonrakı iki yeri yığmamızın futbolçuları tutur. Bəhlul Mustafazadə 8, Bədavi Hüseynov 4 qələbə ilə 57,14 faiz cəhddə uğurlu olublar. Bununla da uğuru uğursuzluqdan çox olan futbolçularımızın siyahısı bitir. Yalınız Patrik Andrade (2 qələbə) və Mateus Silva (6 qələbə) 50 faiz göstəriciyə malikdir, qalanları isə yarıya çata bilməyiblər.
Komandada ən çox “hava qələbəsi” olan futbolçu 13 dəfə üstünlüyü olmuş Olavio Juninyodur ki, onun da faiz göstəricisi cəmi 37,14-dür.

Ən aşağı faiz Nəriman Axundzadədir ki (14,29), o da 7 belə mübarizəsindən cəmi 1-də üstün olub. Emmanuel Addai 8, Aleksey Kaşşuk isə 5 oyunda ümumiyyətlə hava mübarizəsinə girişməyiblər.

Millimizin UEFA Millətlər Liqasında son çıxışlarına baxsaq, 100 faizli nəticə 5 futbolçumuzda – Elvin Camalov, Mehdi Cənnətov, Qismət Alıyev, Nəriman Axundzadə və Emil Mustafayevdədir ki, onlar da cəmisi 1 dəfə hava mübarizəsinə girişib və qalib gəliblər. 3 oyununda 4 cəhdinin 3-də üstün olan Amin Seydiyevdə faiz 75-dir. Ümumiyyətlə, cəmi 8 futbolçumuzun hava mübarizəsində qələbəsi uduzmasından çoxdur ki, onların da sırasında start heyətində 2-dən artıq oyuna çıxan tək sahə oyunçusu Bədavi Hüseynovdur. Ən çox hava mübarizəsində qalib gələn də məhz 6 oyununda 10 cəhdinin 6-da (60 faiz) uğurlu olan Bədavi Hüseynovdur.

Ölkə çempionatındakı vəziyyəti də nəzərdən keçirək. Misli Premyer Liqasında bu mövsümdə 100 faizli göstəriciyə malik 17 futbolçu var ki, onların da 12-si qapıçıdır. Bu futbolçular sırasında ən çox hava mübarizəsində qələbə (11) “Araz-Naxçıvan”ın qapısını qoruyan Kristian Avramdadır. Bu cür fərqlənən 5 sahə oyunçusundan isə ən çox qələbə (4) elə həmin komandanın yarımmüdafiəçisi Karlos Jatobadadır.

40-dan çox “hava qələbəsi” olan futbolçular arasında ən yüksək faiz göstəricisi Con İrasabaldadır (“Sabah”) – 95 qələbə, 72,52 faiz. Bu sırada Ruan Renato (“Zirə”, 79 qələbə, 71,52 faiz) ikinci, Yuri Matias (“Neftçi”, 71 qələbə, 66,98 faiz) üçüncüdür. Ümumiyyətlə, 40-dan yuxarı qələbəsi olan 17 futbolçudan 14-ü, o cümlədən siyahıdakı ilk 11 nəfərin hamısı müdafiəçilərdir. Bu 17 nəfərdən hücumçulardan ən yaxşısı Pavol Şafranko (“Sabah”, 44 qələbə, 38,6 faiz), yarımmüdafiəçilərdən isə Roi Kehatdır (“Sumqayıt”, 42 qələbə, 56,76 faiz). Həmin “17-likdə” yerli futbolçulardan ən yüksək faiz (65,71 faiz) “Araz-Naxçıvan”dan Bəxtiyar Həsənalızadədə (46 qələbə), ən çox qələbə isə (51 qələbə) “Sabah”dan Amin Seydiyevdədir (63,75 faiz).

Təbii ki, “ikinci mərtəbədə” uğurlarda futbolçuların boyu əsas amildir. Qeyd etdiyimiz 17-likdə 11 nəfərin boyu 185 sm və yuxarıdır. Onlardan 180-dən aşağı boy isə yalnız Bəxtiyar Həsənalızadədədir (177).

Vüqar Məmmədov
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 Fevral 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri