Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

İkinci Naxçıvan sinerjisi: 17 ci səfərin işığında

İkinci Naxçıvan sinerjisi: 17 ci səfərin işığında

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

III MƏQALƏ

Zəngəzurdan Naxçıvana, oradan daha geniş coğrafiyaya

Azərbaycan Prezidentinin Naxçıvandan səsləndirdiyi və bizim “üçüncü tezis” adlandırdığımız fikirlər aşağıdakılardır: “Bu yolun əhəmiyyəti dediyim kimi, təkcə Azərbaycan üçün yox, geniş coğrafiya üçün olacaq. Çünki qeyd etdiyim kimi, bu, Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu olacaq. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolu olacaq. Çünki bu gün Şimal-Cənub nəqliyyat dəhlizi deyəndə adətən Rusiya-Azərbaycan-İran, yəni Astaraya keçid, Astara-Rəşt İran ərazisində layihə nəzərdə tutulur. Layihənin icrası bildiyimə görə, ya başlayıb, ya da ki, başlayacaq. Hər halda Azərbaycan ərazisində bu layihə hazırdır. Amma Zəngəzur dəhlizi açılandan sonra artıq Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaqdır. Məhz Zəngəzur dəhlizindən Naxçıvana girərək və Culfa dəmiryol məntəqəsindən İrana dəmir yolu var. Yəni bu layihə daha tez reallaşa bilər. Şimal-Cənub nəqliyyat dəhlizi Fars körfəzinə istiqamətləndirilir. Oradan o bölgəyə yaxın olan, məsələn, Pakistana uzana bilər. Yəni bu, çox önəmli bir nəqliyyat layihəsi olacaqdır və bunun mərkəzində Naxçıvan dayanır”.

İlk dəfədir ki, Zəngəzur-Naxçıvan nəqliyyat-logistika və enerji xətti geosiyasi kontekstdə vahid infrastruktur şəbəkəsi aspektində geniş coğrafiyanı əhatə edən miqyasda dolğun izah edilir. Biz onu nəzərdə tuturuq ki, Orta Dəhliz çərçivəsində Zəngəzur-Naxçıvan bağlantısı yalnız Azərbaycan-Türkiyə xəttini deyil, region miqyasında daha geniş iştirakçıları birləşdirir. Bu məsələnin üzərində dövlət başçısının dərin məntiqi fonunda bir qədər detallı dayanmaq gərəkdir. Çünki ölkə rəhbəri olduqca dərin və mənalı gediş etmişdir.

Zəngəzur–Naxçıvan yolu və Şərq–Qərb dəhlizi

Çindən başlayan və Orta Dəhliz boyu uzanan nəqliyyat, logistika və enerji (tükənən+bərpaolunan enerji növləri) xətti Zəngəzurdan keçərək Naxçıvana istiqamətlənəcək. Eyni zamanda, bu xətt Zəngəzurda şaxələnərək İran və Ermənistan istiqamətində yeni yollar aça və onları vahid şəbəkədə birləşdirə bilər. Bu ideya həm cari, həm də strateji üfüqdə reallaşa bilər. Onun təşkiledici və funksionallaşdırıcı gücü isə Azərbaycan dövlətidir. Bunu iki aspektdə qısa izah edə bilərik.

Birincisi, “Zəngəzur dəhlizi” (ona istəyənlər TRİPP də deyə bilər, çünki mahiyyət dəyişmir) Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərin birbaşa məntiqi, geosiyasi, siyasi-diplomatik və praktiki nəticəsidir. Əlavə olaraq, məhz Azərbaycan bir neçə il böyük güclərlə sözün həqiqi mənasında Zəngəzur uğrunda siyasi-diplomatik savaş apardı. Azərbaycan bu prosesdə bir dəfə də olsun beynəlxalq hüquq normalarından kənara çıxmadı, diplomatik etiketi ciddiyyətlə gözlədi. Bunların fonunda fəaliyyətində milli maraqlara əsaslanan davamlılıq və məqsədyönlülük zərrə qədər də dəyişmədi. İndi bir çoxlarının “TRİPP” dediyi abbreviatura həmin siyasət, diplomatiya, qətiyyət və məqsədyönlülüyün bəhrəsidir.

Zəngəzur–Naxçıvan yolu və Şimal–Cənub Dəhlizi

Sovetlər dağılandan Cənubi Qafqaz regionunda bir geosiyasi ziddiyyət mövcud olmuşdur: Şərq-Qərb geosiyasi istiqaməti ilə Şimal-Cənub xəttini necə ortaq mövqeyə gətirmək olar? Burada Şərq-Qərb istiqamətini ABŞ-Avropa-Qafqaz-Mərkəzi Asiya-Çin “zənciri”, Şimal-Cənub xəttini isə Rusiya-İran tandemi təmsil edir.

Bunun fonunda hər iki mühüm geosiyasi istiqaməti birləşdirə biləcək ölkə axtarışı da kəsilməz davam edirdi. Hər şeyi yenə də Azərbaycanın Vətən müharibəsindəki qələbəsi həll etməyə başladı. Çünki gördürlər və anladılar Cənubi Qafqazda ən böyük təsirli güc Azərbaycandır. Bu, çoxlarını qane etmədi, o cümlədən, İranla Rusiyanı qıcıqlandırdı. Lakin əlahəzrət reallıqdan kənara çıxmaq olmur. İndi Şimal-Cənub Dəhlizinin taleyi Azərbaycanın seçiminə qalıb. Bakı isə həmişə olduğu kimi birləşdirici, bağlantıyaradıcı rol oynayır. Buna görə də Zəngəzur və Naxçıvan Şimal-Cənub və Şərq-Qərb qollarını birləşdirə biləcək infrastruktur şəbəkəsi rolunu oynamağa hazırlanır.

Ümumi mənzərə: yeni bağlantı şəbəkəsi

İkincisi, Naxçıvan yeni bağlantı mərkəzinə çevrilir. Bu, tərəfkeşlik iddiası deyil – üfüqdə görünən perspektivin indi görünən naxışıdır. Çünki “Zəngəzur dəhlizi açılandan sonra artıq Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaqdır”. Və həm də: “Məhz Zəngəzur dəhlizindən Naxçıvana girərək və Culfa dəmiryol məntəqəsindən İrana dəmir yolu var”. Sonra: “Şimal-Cənub nəqliyyat dəhlizi Fars körfəzinə istiqamətləndirilir”. Eyni zamanda: “Oradan o bölgəyə yaxın olan, məsələn, Pakistana uzana bilər”. Nəhayət: “bunun mərkəzində Naxçıvan dayanır”!

Bunlara Türkiyə, Gürcüstan və ayrıca Ermənistan (mümkünlük aspektində) istiqamətlərində nəzərdə tutulan yeni əlaqələr şəbəkəsini əlavə etsək, mürəkkəb struktura, çoxaspektli funksional potensiala və işlək ola biləcək dinamik şəbəkə alırıq. Həmin şəbəkənin mərkəzində Naxçıvanın olması “ikinci Naxçıvan sinerjisinin” mühüm semantiki izahıdır.

Burada Azərbaycan Prezidentinin çox mühüm iki vurğusu vardır. Onlara baxaq.

Mənəvi dayaqlar

Yüksək və sürətli texnologiyalar dövründə dünyanın alimləri bir məsələ üzərində baş sındırırlar: necə etməli ki, texnoloji inkişaf insanın, cəmiyyətin, dövlətin kimliyini məhv etməsin?” Cavab axtarışları davam edir. Geosiyasətdə və siyasi-diplomatik praktikanın isə elmi konseptual cavabı gözləməyə “zamanı yoxdur”. Bu o deməkdir ki, lider özü praktikada milli kimlik, dəyərlər, tarix, ruh məsələlərini özü həll etsin. Bu vacib dəyərləri, sərvətləri texnoloji uğurla elə sintez etsin ki, tərəqqi ilə mənəvi dəyərlər bir-birini tamamlasın. Bu baxımdan Azərbaycan Prezidentinin Naxçıvandan verdiyi aşağıdakı mesaj çox önəmlidir. Onu “ikinci Naxçıvan sinerjisi”nin ruhu da adlandıra bilərik.

Dövlət başçısı demişdir: “...bütün bu görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz dayanır”. Yəni Azərbaycan siyasəti istənilən halda milli kimlik, milli ruh, mədəniyyət, dil, ədəbiyyat və tarix üzərində bərqərar olacaqdır! Bu cür bağlılıq ən yeni texnologiyanı, çox səmərəli layihələri, əlaqələr şəbəkəsi yaratmaq xəttini milli maraqlarımızdan kənara çıxmağa qoymayacaq! Onun təminatçısı isə başda Lider İlham Əliyev olmaqla yeni dövlətçilər zümrəsidir! Onun lakonik mesajı beşinci tezisdə verilmişdir.

Görkəmli şəxsiyyətlərimiz və türklük təməli

Prezident İlham Əliyev Naxçıvandan verdiyi mesajlar sırasında “Azərbaycan ziyalısı və dövlətçilik” məsələsinə də bir daha aydınlıq gətirmişdir. Onun bünövrəsində Heydər Əliyev anlamında “Azərbaycançılıq” dayanır. Dövlət başçısı bəyan etmişdir: “Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bilərik”.

Azərbaycan rəhbəri bununla cəmiyyət və dövlətin fəaliyyətinin enerji qaynağını göstərmişdir. Müasir Azərbaycan dövləti tarixi, mədəniyyəti və görkəmli şəxsiyyətlərini nəinki unutmur, əksinə onlardan ilham alaraq fəaliyyət göstərir. Bu, bütövlükdə, milli birliyin azərbaycançılıq kontekstində uğurlu formuludur! Azərbaycan dövləti, cəmiyyəti və fərdləri, ilk növbədə, “azərbaycançı olmalıdırlar”. Ulu öndər necə azərbaycançı olmağın nümunəsini göstərmişdir. Tarixə, onun uğurları və ziddiyyətlərinə, görkəmli şəxsiyyətlərimizin roluna azərbaycançılıqdan baxmalıyıq!

Bununla tarixin bizdən asılı olmayan ziddiyyətlərini bugünümüzə daşımamağın fəlsəfəsini anlaya bilərik. Ancaq bir aksiom Azərbaycan cəmiyyəti üçün əbədi sayılmalıdır: “Azərbaycan bundan sonra tarixin istənilən mərhələsində qarşıya çıxan vəzifələrin öhdəsindən gəlmək üçün tarixinə, mədəniyyətinə, dövlətçilik ənənəsinə və görkəmli şəxsiyyətlərinə müraciət edəcəkdir”.

Nəhayət, beşinci tezisin daha geniş məkanda böyük anlamı mövcuddur.

“İkinci Naxçıvan sinerjisi” və Türk birliyi

Şübhə yoxdur ki, müasir dövrün bütün incəliklərini nəzərə almaqla türk xalqlarının davamlı və dayanıqlı birliyini təmin etmənin elmi aspektdə üzərində daha dərindən və əhatəli düşünmək gərəkdir. Bu baxımdan, məsələn, “Turan şifrəsi” (Arzu Əsəd) ifadəsi maraqlı və əhəmiyyətlidir. Əlbəttə, bütün hallarda xüsusi yeri Azərbaycanın dövlətçilik tarixi, mədəniyyəti və görkəmli şəxsiyyətlərinin töhfələri tutmalıdır.

Eyni zamanda, indi müstəqil olan hər bir türk dövlətinin həmin faktorlar üzrə topladığı təcrübə olduqca əhəmiyyətlidir. Türk dövlətləri birliyinin müasir tələblərə uyğun ədalətli, davamlı, perspektivli modelini təkmilləşdirmək baxımından “Turan şifrəsi” kimi yeni anlayışların fəlsəfi və elmi tədqiqi bizə aktual görünür. Vurğuladığımız beşinci tezisin semantik sahəsində bu kimi anlayışların öz yeri vardır.

Prezident İlham Əliyevin tarix, mədəniyyət və görkəmli şəxsiyyətlərlə bağlı ifadə etdiyi lakonik tezis həm də, bütövlükdə, türk dünyasına səslənişdir. Burada iki semantik və məntiqi özəllik vəhdətdə ifadə edilmişdir.

Birincisi, qlobal geosiyasi dinamikanın hazırkı qarışıq mənzərəsi fonunda hər bir türk dövləti özünəməxsus tarixi, mədəni dəyərləri və görkəmli şəxsiyyətlərinin töhfələrini nəinki arxa plana atmamalıdır, hətta onlara daha sıx bağlanmaqla öncə öz daxilində birliyi, bütövlüyü, türklüyü sağlam təməl üzərində bərqərar etməyin yeni səviyyəsinə keçməlidir. Bununla hər bir türk dövləti həm özünü gücləndirmiş olur, həm də qardaş dövlətlərə real dəstək verə bilmək qüdrətini daha da artırır. Əsl qardaş qardaşının daha güclü olmasını istər və bu yolda real addım atar. Azərbaycan Prezidenti növbəti dəfə bu aspektdə nümunə olur.

İkincisi, Azərbaycan Prezidenti hazırkı mərhələdə Türk Dövlətləri Təşkilatının (TDT) güclənməsində başlıca şərtlərdən birinin tarix, mədəniyyət və görkəmli şəxsiyyətlərin töhfələrinin vahid semantik sahədə, açıq və qeyri-xətti fəaliyyət sistemində birləşdirici rolunun önə çıxarılmasından ibarət olduğunu ifadə edir. Naxçıvanın yeni səviyyədə geniş bir geosiyasi məkanda nəqliyyat-logistika və enerji habı roluna yüksəlməsi “sahə”də Azərbaycan diplomatiyasının böyük uğurudur. Yəni Azərbaycan həm konseptual formul verir, həm də onun həyata keçməsi nümunəsini göstərir! Bu da bütövlükdə Türk dünyasının birliyi məsələsində növbəti mərhələnin başlanğıcı ola bilər.

Ən əsası isə ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tarix, mədəniyyət, dil, Türk dünyasının görkəmli şəxsiyyətlərinin böyük töhfələri kimi milli mənəvi-mədəni, siyasi, sosial, elmi faktorlarını Türk dünyasının birliyinin təməl şərtləri statusuna yerində və əsaslı gətirməsi yeni inteqrasiya hadisəsidir. Bu məsələnin başqa səbəblərlə yanaşı, müasir mərhələdə davamlı və perspektivli inteqrasiya nümunələrinin formalaşması aspekində də əhəmiyyəti çox böyükdür. Türk dövlətləri həmin nümunə üzrə həm Türk dünyasının mədəni, tarixi, siyasi, ideya aspektlərində uğurlu inteqrasiya edə, həm xüsusi olaraq TDT-nin güclənməsində yeni mərhələyə yüksəlmək şansı əldə edər. Məsələnin bu tərəfi Azərbaycan Prezidentinin son Özbəkistan səfəri zamanı bütün aktuallığı ilə gündəmə gəlmişdir.

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Avqust 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see839

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see465

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see331

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see297

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see283

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see281

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see281

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see264

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see253

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see252

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see252

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see246

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see244

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see241

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see239

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see225

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see222

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see221

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see220

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri