Icma.az
close
up
RU
İkinci nəfəs fenomeni: Nə vaxt yatmaq daha doğrudur? Həkim izah edir

İkinci nəfəs fenomeni: Nə vaxt yatmaq daha doğrudur? Həkim izah edir

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Təbiət müalicəçisi, doktor Kara "ikinci nəfəs” fenomenini və onun yuxuya təsirini izah edib. 

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, əgər insan saat 23:00 ilə 01:00 arasında yatırsa, orqanizmdə kortizol və melatonin hormonlarının təbii tarazlığı pozulur ki, bu da yuxunun keyfiyyətini pisləşdirir.

"Əgər siz 23:00–01:00 aralığında yatırsınızsa, hormonlarınıza zərər vurursunuz. Axşam kortizol səviyyəsi minimum olmalıdır ki, melatonin maksimuma çatsın və bədəni bərpa edən dərin yuxu təmin olunsun", deyə həkim "New York Post" nəşrinə bildirib. 

Həkimin sözlərinə görə, bu saatlardan sonra orqanizm ikinci, bəzən üçüncü və dördüncü kortizol dalğası yaşayır:

"Bu dalğa melatoninin ifrazını azaldır, bəzən də gecənin ortasında qan şəkərinin düşməsinə (hipoqlikemiyaya) səbəb olur, nəticədə insan bir neçə saatdan sonra oyanır. Ən yaxşı yatmaq vaxtı təxminən saat 22:30-dur – bu halda ikinci kortizol dalğasından qaçmaq və səhər 06:30-da təbii şəkildə oyanmaq mümkündür".

Yuxu üzrə mütəxəssis Metyu Bird ("A.H. Beard” şirkətinin rəhbəri) də "ikinci nəfəs”in real fenomen olduğunu təsdiqləyib:

"Bu, axşam saatlarında bədənə qısa müddətli enerji axını gətirən təbii sirkadiyal ritmdir. İnsan dincəlmək vaxtı gəldikdə birdən canlanma hiss edə bilər. Əgər bu an yatmağa çalışsanız, yuxuya getmək çətinləşəcək və yuxunun keyfiyyəti aşağı olacaq".

Bird bildirib ki, əksər böyüklər üçün ən optimal yatmaq vaxtı 22:00–22:30 aralığıdır. Bu saatlar bədənin bioloji ritmləri ilə uyğunlaşır və enerjini bərpa edən dərin və REM yuxu fazalarını dəstəkləyir. Bununla belə, o qeyd edib ki, ideal vaxt fərdidir: yeniyetmələr bioloji olaraq gec saatlarda daha aktiv, yaşlı insanlar isə səhər erkən oyanmağa meyllidirlər. Yaşam tərzi, iş rejimi və "xoruz” (səhər aktiv) və ya "bayquş” (gecə aktiv) xronotipi də bu ritmə təsir göstərir.

Yuxu rejimini tənzimləmək üçün məsləhətlər

Metyu Bird aşağıdakı üsulları tövsiyə edir:

* Yatmaq vaxtını hər bir neçə gündə 15–20 dəqiqə geri çəkməklə tədricən dəyişmək;

* Yuxudan bir saat əvvəl parlaq ekranlardan uzaq durmaq;

* Yatmazdan əvvəl rahatlaşdırıcı vərdiş formalaşdırmaq (məsələn, kitab oxumaq, yüngül dartınma hərəkətləri);

* Hər gün eyni vaxtda yatmaq və oyanmaq;

* Axşam saatlarında kofein və ağır qidalar qəbul etməmək.

Yeni tədqiqat: beş fərqli "yuxu profili"

Avstraliyanın Sidney şəhərində yerləşən Vulkok İnstitutunun alimləri "PLOS Biology” jurnalında dərc olunan araşdırmada 770 gənc yetkinin yuxu göstəricilərini analiz edərək beş fərqli "yuxu profilini” müəyyən ediblər:

* "Zəif yatanlar" – narahatlıq və tez-tez oyanma ilə xarakterizə olunur;

* "Yuxuya davamlılar” – diqqət pozğunluğuna baxmayaraq, normal yuxuya malikdirlər;

* "Az yatanlar” – az yatır, qıcıqlanma və yaddaş zəifliyi yaşayırlar;

* "Yatmaq üçün vasitə qəbul edənlər” – yuxu dərmanlarından və əlavələrdən istifadə edirlər;

* "Pozulmuş yuxulular” – alkoqol, siqaret və ya susuzluq səbəbindən yuxuları keyfiyyətsiz olur.

Hər bir qrupun beyin fəaliyyətində özünəməxsus fərqlər müşahidə olunub. Alimlər hesab edirlər ki, bu, gələcəkdə narahatlıq və depressiya hallarının erkən diaqnozu və fərdi yuxu müalicəsi üsullarının hazırlanmasına kömək edə bilər.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 07:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see318

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see217

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see166

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see136

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri