Icma.az
close
up
RU
İKT nin tətbiqi və inkişaf etdirilməsi günün vacib tələblərindəndir TƏHLİL

İKT nin tətbiqi və inkişaf etdirilməsi günün vacib tələblərindəndir TƏHLİL

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Yeni texnologiyaların tətbiqinin günü-gündən inkişaf etdirilməsi istiqamətində ardıcıl addımlar atılır və bu heç də təsadüfi deyil. Çünki informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadə müasir dövrdə ölkələrin həm iqtisadi rəqabət qabiliyyətinə, həm də digər sahələrinə belə əhəmiyyətli dərəcədə təsir edir və bu baxımdan da dövrümüzün əsas tələblərindən sayılır.

Hazırda informasiya və kommunikasiya texnologiyalarının iqtisadi sahədə tətbiqi artıq bəlli imkanlar vəd edir və bunun hər kəs şahididir. Əvvəla ona görə ki, bütün dünya ictimaiyyəti məhz informasiya və kommunikasiya texnologiyalarının iqtisadi inkişafa hansı dərəcədə təsir etdiyini yaxşı bilir. Dövrümüzdə dünyanın ən inkişaf etmiş ölkələrinin məhz informasiya və kommunikasiya texnologiyalarından geniş şəkildə istifadə etməsi də bu mənada başadüşüləndir. Ona görə ki, bir çox maliyyə əməliyyatlarının artıq elektronlaşdırılması işin səmərəliliyinə, vaxt itgisinə yol verilməməsinə, eləcə də bir çox əngəllərin aradan qaldırılmasına öz tövhəsini verməkdədir.

Artıq bir çox əməliyyatların, xüsusilə də maliyyə vəsaitlərinin dövriyyəsi, köçürmələr və ödənişlərin elektron qaydada həyata keçirilməsi məhz informasiya və kommunikasiya texnologiyalarından istifadənin ən sadə və hamı üçün aydın olan nümunəsidir. Maliyyə vəsaitlərinin köçürülməsi, xüsusən də maliyyə hesabatlarının aparılması nöqteyi-nəzərdən informasiya və kommunikasiya texnologiyaları əvəzsizdir. Artıq kommunal ödənişlərin aparılmasından tutmuş, hesabdan hesaba pul köçürülməsinə qədər bir çox əməliyyatların aparılması da məhz elektronlaşdırılmış qaydada aparılır. Bu zaman istər vaxt baxımından, istərsə də insan amili baxımından hərhansı əngəllər aradan qaxmış olur. Səbəbsiz deyil ki, insanlar son dövrlərdə aparılan maliyyə əməliyyatlarından son dərəcə razıdırlar. Ələlxüsus da rahatlıq baxımından, əminlik və etibarlılıq baxımından məhz elektron qaydada aparılan əməliyyatlar insanları qane edir və hər kəs çox yaxşı bilir ki, bütün bu üstünlüklərin əldə edilməsi məhz informasiya və kommunikasiya texnologiyalarından istifadənin sayəsində reallaşır. Ona görə də insanlar qəbul edirlər ki, informasiya və kommunikasiya texnologiyalarından istifadə dövrümüzün tələbidir və inkişafı da qaçılmazdır.

Hazırda dövlət orqanlarında, özəl şirkətlərdə, müəssisələrdə informasiya və kommunikasiya texnologiyalarından istifadə kifayət qədər artıb. İşçilərin işə qəbul edilməsi, əmək qanunvericiliyi, əmək haqlarının ödənişləri istiqamətində da elektronlaşmanın tayı-bərabəri yoxdur. İndi hərhansı bir özəl müəssisənin əməkdaşları belə öz əmək müqavilələri barədə məlumat əldə edə bilirlər və bu məsələdə də məhz informasiya və kommunikasiya texnologiyalarının rolunu dəyərləndirməmək mümkün deyil. Hər bir əməkdaş, hər bir işçi öz əmək müqaviləsi, onun şərtləri, eləcə də özü ilə bağlı məlumatları daim izləyə bilir. Hətta mağazalarda alış-veriş zamanı da öz büdcəsi, kart hesabı və hesablaşmalar barədə izlənilmə aparılması mümkündür və bu prosesdə də məhz informasiya və kommunikasiya texnologiyalarından istifadənin rolunu, onun dövrümüzün əsas tələblərindən biri olduğunu görürük.

Xüsusən diqqətə çatdırmaq istərdik ki, informasiya və kommunikasiya texnologiyalarından istifadə bir çox hüquqi prosedurların aparılmasında da əvəzsizdir. Məsələn, artıq insanlar ASAN Xidmət, Dost mərkəzləri haqqında kifayət qədər məlumatlıdırlar və bilirlər ki, bu xidmətin köməyi ilə bir çox işlər daha asan şəkildə görülür. Bilirlər ki, uzun zaman, xeyli vaxt tələb edən proseslər artıq bir neçə dəqiqə ərzində başa çatdırılır və həmin xidmətə ehtiyacı olan insanlar buna görə ancaq razı qalırlar. Sahibkarlıq subyektlərindən, hüquqi şəxslərdən tutmuş fiziki şəxslərə aid olan əməliyyatlara qədər bir çox məsələlərin həllində haqqında qeyd etdiyimiz xidmətin rolunu danmaq mümkün deyil. İnsanlar görürlər ki, sözügedən xidmət həmçinin bütün bürokratik əngəllərin aradan qaldırılması baxımından da unikaldır. Amma unutmaq lazım deyil ki, bütün bunlar, bütün bu imkanlar və üstünlüklər məhz informasiya və kommunikasiya texnologiyalarından istifadə sayəsində mümkün olub. Deməli, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və istifadəsi günün ən vacib tələblərindəndir.

Təkcə iqtisadi, maliyyə, eləcə də hüquqi əməliyyatlar baxımından deyil, bir çox istiqamətlərdə də İKT-dən istifadə edilməkdədir. Bu gün dünyanın bir çox müharibələrinin nəticələri artıq məhz informasiya və kommunikasiya texnologiyalarından istifadənin səviyyəsi ilə müəyyən edilir. Artıq İKT sahəsində daha inkişaf etmiş ölkələr müharibə meydanında, döyüş meydanında, cəbhədə belə daha böyük nailiyyətlər əldə edirlər. Daha dəqiq desək, elmi-texniki tərəqqi, İKT sahəsində inkişaf səviyyəsinə görə artıq dünya ölkələri bir-birindən fərqlənirlər. Biz bunu ən azından 44 günlük müharibə dönəmində də gördük və şahidi olduq ki, digər sahələrdə üstün olması ilə yanaşı, Azərbaycan işğalçı dövlət olan Ermənistandan həm də informasiya və kommunikasiya texnologiyalarından istifadə baxımından da irəlidədir və bunun da qələbələrimizə hansı şəkildə təsir etdiyinin də şahidi olduq. Şahidi olduq ki, məhz İKT sahəsində də irəlidə oluğumuz üçün bizə qələbə qazanmaq, torpaqlarımızı işğaldan azad etmək, 30 ilə yaxın bir müddət ərzində düşmən tərəfindən qurulan istehkamları aşmaq və Zəfərə imza atmaq üçün cəmi 44 gün bəs etdi. Mütəxəssislərin fikirlərinə görə, hətta gələcəkdə müharibələr dövlətlərin nizami orduları arasında deyil, müasir İKT vasitələri ilə silahlanmış, yüksək hazırlıq görmüş, əsas məqsədi qarşı tərəfin informasiya resurslarını ələ keçirmək və ya nəzarətdə saxlamaq olan xüsusi qruplar arasında aparılacaq.

Biz artıq informasiya cımiyyətində yaşayırıq desək, yanılmarıq. Bu gün informasiyaya hamıdan tez və daha dərin şəkildə sahib olan ən öndə olur. İndi hətta əmtəə, məhsul haqqından məlumat, informasiya həmin əmtəənin, malın, məhsulun özündən də qiymətli sayılır. Bilirik ki, bir çox birjalarda təbii sərvətlərin, xüsusən də neftin qiyməti müəyyən edilir və dəyişdirilir. Amma onu da bilməliyik ki, həmin qiymətlər haqqında ən tez informasiya əldə etmək bu gün neftin özündə də qiymətli ola bilir. Bax elə informasiya müharibəsi dedikdə təkcə döyüş meydanındakı üstünlük nəzərdə tutulmur, elə bütün bunlar göz önündə çanlanır. Lakin nəzərə almalıyıq ki, informasiya müharibəsinin də qalibi olmağımız üçün ilk növbədə İKT sahəsində mütəxəssislərin yetişdirilməsinə xüsusi önəm verilməlidir. Zəfərimizin, qələbələrimizin davamlı olması üçün ilk növbədə onu bilməliyik ki, müasir dövrdə İKT-nin tətbiqi və inkişaf etdirilməsi günün vacib tələblərindəndir...

Müəllif: İnam Hacıyev

6.3.13. "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi"

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Fevral 2025 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri