Icma.az
close
up
RU
İldə bir dəfə hansı tibbi müayinələrdən keçməliyik?

İldə bir dəfə hansı tibbi müayinələrdən keçməliyik?

Medicina portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.



"Profilaktik məqsədlə hər bir fərdin ildə ən azı bir dəfə terapevt müayinəsindən keçməsi tövsiyə olunur".


Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun terapevti Vüsalə Məmmədova açıqlayıb.

Onun sözlərinə görə, bu müayinə çərçivəsində ümumi qan və sidik analizləri, arterial təzyiqin ölçülməsi, qanda qlükoza səviyyəsinin yoxlanılması, lipid profili, bədən kütlə indeksinin hesablanması aparılmalıdır:

"Yaşdan və risk faktorlarından asılı olaraq, elektrokardioqrafiya, qaraciyər və böyrək funksional testləri, həmçinin göz və diş müayinələri məsləhət görülür. Qadınlarda ginekoloji, kişilərdə uroloji profilaktik müayinələr mütləqdir. Əslində özümüzü yaxşı hiss etsək belə, bəzi xəstəliklər illərlə simptomsuz gedə bilər. Ona görə də ildə bir dəfə ümumi yoxlanışdan keçmək məsləhətdir".

V.Məmmədova bildirib ki, bəzən bir çox xəstəliklərin əlamətləri nəzərə çarpmadığından artıq son həddə çatanda həkimə müraciət edilir:

"Bu isə çətin olmaqla yanaşı, həm də gecikməyə səbəb olur. Elə buna görə də xəstəlik getdikcə irəliləyir və sağalma ehtimalı azalır. Buna görə də müayinələrdən vaxtlı-vaxtında keçmək çox əhəmiyyətlidir".

Terapevt vurğulayıb ki, müayinələrdən əvvəl əməl edilməli olan bəzi göstərişlər də var:

"Xəstələr müayinəyə acqarına gəlməlidirlər, çünki onu müayinə edəndə, hansısa bir şikayətə uyğun analiz tələb oluna bilər. Öd kisəsi, öd yolları və mədəaltı vəzin acqarına müayinəsi daha rahatdır. Xəstə qidalanıb müayinəyə gələndə bəzi detallar sonoqrafik müayinədə gözdən qaça bilər.

Hazırda sağlamlığa nəzarətin əsas sınanmış üsulu vaxtaşırı profilaktik yoxlanışlardan keçib, həkimin verdiyi təlimatları yerinə yetirməkdir. Zamanında edilən tibbi müdaxilə xəstənin xilasına səbəb olur".



MEDİCİNA.AZ


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 17 Dekabr 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri