Icma.az
close
up
RU
İlham Əliyev BMT də bu qurumun 4 qətnaməsinin icrasına təkbaşına nail olmuş lider kimi çıxış edir

İlham Əliyev BMT də bu qurumun 4 qətnaməsinin icrasına təkbaşına nail olmuş lider kimi çıxış edir

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfəri, yeni geosiyasi reallıqda Azərbaycan-BMT münasibətlərində həm ölkəmiz, həm də təşkilat üçün tam yeni səhifə açır. Çünki tarix boyunca heç bir Azərbaycan lideri BMT-nin mənzil-qərargahında beynəlxalq hüququn aliliyini təmin etmiş qalib qismində qonaq olmayıb. Eyni zamanda, bütövlükdə təşkilatın tarixində dünyanın heç bir dövlət başçısı mütləq hərbi-siyasi qələbənin müəllifi kimi BMT toplantılarına qatılmayıb".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Azərbaycanın beynəlxalq nüfuzunun BMT-də yenidən nümayiş olunmasından danışarkən bildirdi. 

"Sirr deyil ki, təşkilat II Dünya müharibəsinin qalibləri tərəfindən yaradılmış nizam əsasında fəaliyyət göstərir. Lakin unutmamalıyıq ki, II Dünya müharibəsindəki qələbə kollektiv mübarizənin nəticəsi idi və heç bir dövlət bu müharibənin nəticələrini təkbaşına mənimsəyə və özünü yeganə mütləq qalib hesab edə bilməz. Azərbaycan Prezidenti isə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahına yalnız Ermənistan yox, onun çoxsaylı havadarları üzərində mütləq hərbi-siyasi zəfər qazanmış lider kimi təşrif buyurmuşdur. Beləliklə, o, eyni zamanda BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874, 884 nömrəli qətnamələrinin icrasına təkbaşına nail olmuş və beynəlxalq hüququn aliliyini təmin etmiş lider kimi çıxış edir".

Deputat qeyd etdi ki, Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakı onun təhlükəsizliyi və xarici siyasəti üçün mühüm əhəmiyyət kəsb edir.

"Rəsmi Bakı hesab edir ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT, Azərbaycan Respublikasının üzləşə biləcəyi mümkün təhlükəsizlik problemlərinə tərəfdaş dövlətlərin diqqətini cəlb etmək üçün əlverişli forum rolunu oynayır. Ölkəmiz həmçinin BMT-nin beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olmasında, davamlı inkişafın və demokratikləşmənin qorunub saxlanmasında əvəzsiz rol oynadığını qəbul edir. Bu mənada əminliklə demək olar ki, Prezident İlham Əliyev yeni reallıq yaradan lider kimi, 150-dən çox dövlət və hökumət başçısının iştirak etdiyi Baş Assambleyanın 80-ci sessiyasında arzuolunan qonaq qismində iştirak edir. Sessiyadan öncə qarşı tərəflərin müraciətləri ilə nəhəng biznes korporasiyalarının rəhbərləri ilə görüşlər, sessiya çərçivəsində isə təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında ilk gündəcə İraq, Keniya, Finlandiya Prezidentləri, Yunanıstanın Baş naziri və Avropa Şurasının Baş katibi ilə görüşlər keçirilmişdir. Bundan əlavə, cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli müzakirələrdə iştirak etmiş və ABŞ Prezidenti cənab Donald Trampın xüsusi qonaqpərvərliyi və diqqəti ilə qarşılanmışdır", - deyə millət vəkili yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Sentyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri