Icma.az
close
up
RU
“İlham Əliyev. İnkişaf məqsədimizdir” çoxcildliyinin 144 cü kitabı çapdan çıxıb

“İlham Əliyev. İnkişaf məqsədimizdir” çoxcildliyinin 144 cü kitabı çapdan çıxıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 11 sentyabr, AZƏRTAC

“Biz Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinə böyük əhəmiyyət veririk və bu təşkilatın təməlində dayanan prinsipləri bölüşürük. Regionda etibarlı tərəfdaş və mühüm dövlət olan Azərbaycan beynəlxalq və regional sülhün, təhlükəsizliyin bərqərar olmasına töhfə verməkdə davam edir, ticarət, kommersiya və investisiya əlaqələrinin genişlənməsinə yönəlmiş, bununla da qlobal iqtisadi inkişafa və Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına kömək edən irimiqyaslı iqtisadi-ticari, nəqliyyat, infrastruktur və energetika sahələrində layihələr həyata keçirir.

Əminəm ki, ölkələrimizin sıx ikitərəfli qarşılıqlı fəaliyyəti Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığının dərinləşməsinə və bu Təşkilatın statusunun artmasına səmərəli surətdə kömək edəcək”.

AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 144-cü kitabında yer alan bu fikirləri dövlətimizin başçısı Çinin Sinxua Agentliyinə müsahibəsində söyləyib.

Çoxcildliyin 144-cü kitabında toplanmış materiallar 2025-ci ilin aprel-may aylarını əhatə edir.

Yeni kitaba Prezident İlham Əliyevin 4-cü Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə, “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Albaniyaya, habelə Macarıstana işgüzar səfərlərinə, Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakına dair materiallar daxil edilib. Çoxcildliyin bu kitabında Azərbaycan Prezidentinin Çinə dövlət səfəri, həmin səfər zamanı Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması, habelə imzalanmış digər sənədlər haqqında informasiyalar, dövlətimizin başçısının Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsinin mətni də yer alıb.

Oxucular bu kitabda Prezident İlham Əliyevin Azərbaycana səfərə gəlmiş Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə görüşləri haqqında materiallarla, habelə “Vietnam News Agency” agentliyinə müsahibəsinin mətni ilə tanış ola bilərlər.

Dövlətimizin başçısı may ayında Qarabağ bölgəsinə səfər edib, Şuşa rayonunun Daşaltı kənd məscidinin, Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışlarında, Şuşada inşa ediləcək 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib. Prezident, həmçinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında, “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılış mərasimində iştirak edib. Prezident İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, bu rayonun Kəngərli kəndinin bərpasının birinci mərhələsinin açılış mərasimlərində iştirak edib, kəndə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib, Kəngərli kənd tam orta məktəb binasının açılışını edib, habelə Ağdam Muğam Mərkəzinin açılış mərasimində çıxış edib. Bütün bunlarla yeni kitabda tanış olmaq mümkündür.

144-cü kitabda Prezidentin Bakı Ekspo Mərkəzində XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri ilə tanışlığı haqqında materiallar da verilib.

Bu kitabda Azərbaycan Prezidentinin Qlobal Cənub QHT Platformasının təsis konfransının, XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının, “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresinin, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GLOBE Şəbəkəsi) 6-cı Plenar iclasının, “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətlərinin mətnləri də toplanıb.

Çoxcildliyin buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

Bu cildin hazırlanmasında da Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:255
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Sentyabr 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri