İlham Əliyev İsrail nazirini qəbul etdi
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də İsrail Dövlətinin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqevi qəbul edib.
"Cebheinfo.az" xəbər verir ki, Miri Reqev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İsrailin dövlət başçısına çatdırmağı xahiş edib.
Görüşdə Bakıda keçirilən COP29-un əhəmiyyəti vurğulanıb, iqlim dəyişmələri ilə bağlı məsələlərin müzakirəsi baxımından bu tədbirin önəmli olduğu qeyd edilib.
Miri Reqev COP29-un yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb.
Söhbət zamanı ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:128
Bu xəbər 22 Noyabr 2024 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















