İlham Əliyev: Kamboca ilə bağlı ənənəni bərpa etmək lazımdır
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Kamboca baş naziri Hun Manetlə mətbuat üçün birgə bəyanatla çıxış edərkən bildirib.
Prezidentin sözlərinə görə, tərəflər həmçinin turizmin inkişafı və təhsil sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
"Biz həmçinin (bu gün Bakıda) müxtəlif sənaye sahələrində birgə istehsalın yaradılması imkanlarını, turizmin inkişafı və təhsil sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etdik. Sovet dövründə Azərbaycanda yüzlərlə kambocalı tələbə təhsil alırdı. Biz hesab edirik ki, bu ənənəni bərpa etmək və hər iki ölkənin vətəndaşlarının bir-birinin ölkəsində təhsil alması üçün imkanlar yaratmaq lazımdır. Bu, həmçinin xalqlarımız arasında birbaşa əlaqələrin möhkəmlənməsinə kömək edəcək", - İlham Əliyev bildirib.
Baxış sayı:135
Bu xəbər 12 Oktyabr 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















