Icma.az
close
up
RU
İlham Əliyev “kimsə toxunulmaz deyil” demişdi və həmin söz bu gün də qüvvədədir!

İlham Əliyev “kimsə toxunulmaz deyil” demişdi və həmin söz bu gün də qüvvədədir!

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Ramiz Mehdiyevlə bağlı baş verənlər bunu bir daha sübut edir

Azərbaycan Konstitusiyasına əsasən hər kəsin qanun qarşısında bərabər olduğu, tutduğu vəzifə və daşıdığı səlahiyyətə baxmayaraq, heç kimin qanunun fövqündə dayanmadığı məlum həqiqətlərədn biridir. Prezident İlham Əliyev də dəfələrlə mediaya açıqlamasında bu nüansa toxunub və açıq şəkildə qeyd edib ki, kimsə özünü toxunulmaz hesab eləməsin. Dövlət başçısı 2021-ci ilin 18 yanvar tarixində AZTV-yə müsahibəsində bir daha bu məqma diqqət çəkərək deyib:

“Təmizləmə prosesi gedir və gedəcək. Hər kəs bunu bilsin. Heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var. Yaxud da ki, kimsə özünü toxunulmaz hesab etməsin”.

Gördündüyü kimi, dövlət başçısı kimliyindən və vəzifəsindən asılı olmayaraq, hər kəsin qanun qarşısında bərabər olduğunu, hər kəsin etdiyi əmələ görə cavab verəcəyini bəyan edib. Dünən Bakı şəhəri Səbail rayon məkəməsinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul etməsi göstərdi ki, dövlət başçısının illər öncə səsləndirdiyi bu söz bu gün də qüvvədədir.

Xatırladaq ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri maddələri ilə ittiham edilir.

Şübhəsiz, Ramiz Mehdiyevlə bağlı irəli sürülən ittihamların nə qədər əsaslı və ya əsassız olduğuna məhkəmə qərar verəcək. Lakin media və sosial mediada Ramiz Mehdiyevlə bağlı yer alan iddialar və bu iddiaların kütləviliyi ona qarşı irəli sürülən rəsmi ittihamlarda həqiqət payının kifayət qədər çox ola biləcəyini düşünməyə əsas verir.

Bundan başqa, bu gün əsas məsələlərdən biri Ramiz Mehdiyevlə yanaşı, həm də onun ətrafında cəmləşən, dövlət maraqlarına deyil, sabiq administrasiya rəhbərinin maraqlarına xidmət edən şəxslərin üzə çıxarılması, onların da əməllərinin təhqiq və təftiş olunmasıdır. Çünki heç kimə sirr deyil ki, Ramiz Mehdiyev ittihamda yer alan qanun pozuntularını təkbaşına icra edə, öz iddiaları təkbaşına həyata keçirə bilməzdi. Bunun üçün onun geniş və sadiq komandaya ehtiyacı var idi ki, məhz həmin komandanın de-şifrə edilməsi ən vacib məsələlərdən biridir.

Əminik ki, rəsmi dövlət qurumları, eləcə də məhkəmə bütün bu detalları ətraflı şəkildə gün üzünə çıxaracaq, yalnız Ramiz Mehdiyevin deyil, öz əməlində qanun pozuntusuna yol verən bütün şəxslərin əməlini hüquqi müstəvidə qiymətləndirəcək.

Seymur ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Oktyabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri