Icma.az
close
up
RU
Статья не опубликована
İlham Əliyev: Liderimiz və güvən yerimiz

İlham Əliyev: Liderimiz və güvən yerimiz

Icma.az, Aznews.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. Sosial şəbəkələrdə bir bayram abu-havası var. Cəmiyyətin ən müxtəlif kəsimlərinə mənsub olan insanlar Azərbaycan liderinin dünyaya gəlişini qutlayır. Təşkil olunmuş bir kampaniya deyil bu. Erməni bəlasını başımızdan sovmuş tarixi şəxsiyyətə indiki nəsillərin həm də keçmiş və gələcək adına təşəkkürünün ifadəsidir. Bəli, ölkəmizin müasir tarixində xüsusi yeri olan İlham Əliyev öz yüksək liderlik keyfiyyətləri və yaratdığı güvənlə xalqımızı ən çətin sınaqlardan uğurla keçirərək güclü və firavan bir Azərbaycan formalaşmasına nail olub. Günümüzün Azərbaycanı bütün tarixinin iqtisadi, sosial, siyasi və mədəni baxımdan qızıl çağını yaşayır- millətimiz və dövlətimiz heç zaman bu qədər müstəqil və ötkəm olmayıb. Bütün nailiyyətlərimizin arxasında dayanan ən mühüm amillərdən biri də İlham Əliyevin bir lider kimi özünə və yoluna güvən yaratma bacarığıdır.

Liderə güvən duyulması yalnız onun fərdi keyfiyyətlərindən asılı deyil, həm də fəaliyyətindən və xalqa xidmətindən qaynaqlanır. İlham Əliyevə güvəni Azərbaycan xalqının düşüncə sistemində incələməyə çalışaq.

Hər şeydən öncə, İlham Əliyev dürüst və aydın bir siyasətçidir. Onun çıxışları və qəbul etdiyi qərarlar Azərbaycan xalqının maraqlarına xidmət etməklə yanaşı, tarixi şüurumuza, cəmiyyətlə səmimi münasibətlərə, dürüst və aydın siyasi xəttə söykənir.

Tarix dəfələrlə sübut edib: Macəraçı, qərarsız və dəyişkən liderlərə güvən ya az olur, ya da olmur. Sabit və prinsipial qərarlar verən liderlər isə həm cəmiyyətdə, həm də komanda üzvlərində güvən hissi yaradaraq hətta böhranları belə fürsətə çevirə bilirlər. Ölkənin ərazi bütövlüyünün bərpası və Qarabağın azad edilməsi İlham Əliyevin sabit, prinsipial və qərarlı siyasətinin ən bariz nümunəsidir. Münaqişələrin diplomatik yollarla həlli üçün illərlə göstərilən cəhdlər effect verməyəndə belə, xalqımız lazım olduğu anda İlham Əliyevin doğru qərarlar vermək bacarığına inandı.

Çünki Əliyev peşəkar və uzaqgörən siyasi xadimdir. İlham Əliyev beynəlxalq siyasətdə Azərbaycanın milli maraqlarını qorumaq və mövqeyini gücləndirmək üçün sözün bütün mənalarında dahilik nümunəsi yaradır. O, iqtisadiyyatın diversifikasiyası, enerji layihələrinin uğurla həyata keçirilməsi və Azərbaycanın strateji mövqeyinin artırılması ilə ölkəmizi dünyada tanıdır və Azərbaycanı qlobal oyunçuya çevirir.

Xalqla bir olmağın məntiqi nəticəsidir bu. Prezident hər zaman xalqın yanında olub, cəmiyyətin ehtiyaclarını və istəklərini diqqətdə saxlayıb. Təbii fəlakətlər və ya çətin dövrlərdə - istər pandemiya, istərsə də digər həssas zamanlarda – xalqına dəstək olmağı, hər bir azərbaycanlının yanında olduğunu ən bariz şəkildə nümayiş etdirib.

Nəticələr ortadadır.

Qarabağ Zəfəri yeni dövrün başlanğıcı oldu. Bu tarixi və misilsiz qələbə Azərbaycan xalqının milli qürurunun yüksəlməsinə və daha güclü gələcəyə inamının artmasına səbəb oldu.

İnfrastruktur və sosial inkişaf baxımından Azərbaycan keçmiş post sovet ölkələri arasında ən böyük layihələrə imza atıb, ən güclü orta təbəqəyə malikdir. Regionumuzda və özümüzü müqayisə edə biləcəyimiz yeni dövlətlər arasında ən güclü orta təbəqə- dövlətin dirəyi sayılır- Azərbaycandadır. İlham Əliyev Azərbaycanın inkişafını yalnız iqtisadi göstəricilərlə deyil, həm də sosial rifahla təmin etməyi əsas hədəf kimi müəyyən edib. Ölkə üzrə çəkilən yollar, tikilən məktəblər, xəstəxanalar və digər sosial, inzibati obyektlərin inşası bu siyasətin tərkib hissəsidir. Azərbaycanın hər kəndində, hər qəsəbəsində İlham Əliyevin əsrlərlə yaşayacaq imzası var.

Bu imza eyni zamanda beynəlxalq aləmdə də keçərlidir. İlham Əliyevin sözü olaraq. Onun rəhbərliyi altında Azərbaycan beynəlxalq arenada güclü və etibarlı tərəfdaş kimi tanınır. O, Azərbaycanı həm regionda, həm də dünyada strateji oyunçuya çevirən layihələrin müəllifidir.

Bu gün Liderimizin və güvən yerimizin doğum günüdür.

Adı Azərbaycan qədər yaşayacaq, xidmətləri Qarabağ qədər xatırlanacaq çağımızın ən böyük azərbaycanlısının yeni yaşı qutlu olsun.

Qarşıda bizi daha böyük sınaqlar, daha çətin mərhələlər gözləyir.

Yeni milli hədəflərimizə qovuşacağımıza inamımız tamdır.

Çünki önümüzdəki Bayraqdarı tanıyır və Ona inanırıq.

Bilirik ki, İlham Əliyev Azərbaycanı şərtlərin sürüklədiyi yola aparmadı, Azərbaycan üçün yeni yol açdı.

Liderlik də elə budur!

Taleh ŞAHSUVARLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 24 Dekabr 2024 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see248

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see238

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see232

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see204

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see172

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see154

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see151

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see146

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see144

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see144

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see142

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see141

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see139

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see138

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see133

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see132

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see132

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see131

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see131

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri