Icma.az
close
up
RU
Ordumuz, liderimiz və xalqımız bir yerdədir, məğlubedilməzdir!

Ordumuz, liderimiz və xalqımız bir yerdədir, məğlubedilməzdir!

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Mənəvi çatışmamazlıq xəstəliyinə düçar olanlar, dəyərlər sistemi zəif, mənəvi prinsipləri olmayan və siyasi qərarlarını yalnız şəxsi maraqları üzərində quran,
milli, mədəni və etik dəyərlərə malik olmayan, “əhəmiyyətsiz siyasətçi kompleksi” yaşayan, hər vasitəni “haqlı” hesab edən şərəf yoxsulları…
Vaxt var idi, Zəngəzur dəhlizi ilə bağlı ikiüzlü mövqelərini ortaya qoyub deyirdilər ki, “Zəngəzuru unutdular.”
Xankəndində Azərbaycan bayrağını görməyincə isə deyirdilər: Yarımçıq suverenlik kimə lazımdır? “Xankəndi həll olundu” sözünün arxasında dura bilməyənlər, şəxsi faydaları üçün mövqelərini asanlıqla dəyişənlər, satqınlığa meyilli olanlar, siyasi fürsətpərəstlər…
Şərəf yoxsulluğunu nümayiş etdirənlər isə keçdilər digər şantajlarına: “Rusiyadan asılıyıq”, “Sivil dünya belə gəldi, belə getdi” və başqa böhtanlara.
Xankəndidə parad keçirdik, Azərbaycan bayrağı dalğalandı, amma siz yenə də boş danışmaqdan əl çəkmədiniz. Rusiya ilə münasibətləri görürsünüz, amma sizə qalan ancaq məsuliyyətsiz söz yığınlarıdır. Bu vicdansızlığı yalnız vicdan yoxsulları edə bilərlər çünki onların gözündə nə dövlət marağı, nə milli qürur, nə də həqiqət dəyər daşıyır. Doğru ilə yanlışı, düzlə əyrini, ədalətsizliklə ədaləti ayırd edə bilsələr də, qəsdən ədalətsizliyə, əyriyə, yanlışa üstünlük verənlər xalqın maraqlarını tapdalayan siyasətşünaslar üçün vicdan yalnız ritorikadır.
Onlar üçün həqiqət deyil, şəxsi maraq müqəddəsdir.
Onlar doğru bildiyini susar, yalanı isə yüksəkdən səsləndirər.
Bu səbəbdən tarix onların adını şərəfsizlərin sırasında yazacaq.
Xankəndi bizdə, region bizdə, Zəngəzur bizdə, Qarabağ bizdə!
Reallıqları dəyişən güc bizdə, böyük düşüncə sahibi olan lider bizdə, ərazi bütövlüyümüz bizdə!
Vaxtilə dövlətimizin qüruru ilə oynayan hissiyatsızların başına endirilən yumruq bizdə!
Cənab Prezidentin dediyi kimi, dünyanın bir nömrəli ofisində, qüdrətli dövlət başçısı ilə region reallıqlarını müzakirə edən bacarıq, intellekt və siyasi iradə bizdə!
Ucadan-ucaya dövlətimizin qürurunu qaldıran İlham Əliyev, öz diplomatiyası, xarici siyasəti, geosiyasi baxışları, plan və proqramları ilə dövlətçilik prinsiplərinə sadiqliyini, xidmətini, hörmətin və sayğının nə olduğunu bütün dünyaya göstərdi. Siz, əbləhlər, şərəf yoxsulları, hələ də düçar olduğunuz mənəvi yoxsulluq xəstəliyindən sağala bilmirsiniz.
Dünyanın super gücü ilə regionda strateji nəqliyyat marşrutunun yaradılması bölgədə uzunmüddətli sülhün və dayanıqlı inkişafın təminatıdır. Həm də, ümumiyyətlə, cənab İlham Əliyevin hakimiyyəti dövründə gördüyü işlər dünya siyasəti miqyasında ölkəmizə faydalar gətirdi, uğurlar qazandırdı və qürurlu tarix yazmağımızla nəticələndi. Siz isə, qürur yoxsulları olduğunuz üçün, bu xoşbəxtliyi yaşaya bilmədiniz. Rəsul Quliyev demişkən, ey bədbəxtlər!..
Bu torpaq bizimdir qanımızla, qürurumuzla, gələcəyimizlə!
Hər addımımızda tarix yazırıq, hər qərarımızla gələcəyimizi qururuq.
Satqınların, vicdansızların səsi isə küləklə uçan yarpaq kimidir unudulacaq, silinəcək.
Bizim ordumuz, liderimiz və xalqımız bir yerdədir məğlubedilməzdir!
Azərbaycanın gücü onun birliyindədir, onun namusu onun xalqındadır!
Bizim gücümüz, birliyimiz və iradəmiz qarşısında heç bir satqın, heç bir vicdansız dayanmayacaq.
Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri,
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 Avqust 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri