Icma.az
close
up
RU
İlham Əliyev: Ulu Öndər məktəbinin davamçısı və müasir Azərbaycan dövlətçiliyinin lideri

İlham Əliyev: Ulu Öndər məktəbinin davamçısı və müasir Azərbaycan dövlətçiliyinin lideri

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyevin doğum günü həm ölkənin müasir tarixi baxımından, həm də dövlətçilik ənənələrinin davamlı inkişafı kontekstində xüsusi bir məna daşıyır. Bu gün həm də bir ailənin, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin ailəsinin formalaşdırdığı böyük dövlətçilik məktəbinin yetkinləşmiş davamçısına nəzər salmaq üçün əlamətdar hadisədir. Cənab Prezident İlham Əliyevin həyat yolu, siyasi fəaliyyəti və idarəçilik fəlsəfəsi həm şəxsi inkişaf mərhələlərinin, həm də böyük bir dövlətçilik missiyasının sintezindən meydana çıxmışdır.

Cənab Prezident İlham Əliyev 24 dekabr 1961-ci ildə Bakı şəhərində, Azərbaycanın gələcək taleyinə həlledici təsir göstərəcək bir ailədə dünyaya gəlib. Atası, Ulu Öndər Heydər Əliyev uzun illər dövlətçilik tarixinin baş memarlarından biri kimi tanınmış, ailədə yüksək intizam, vətənpərvərlik və məsuliyyət prinsipləri formalaşdırmışdır.

Cənab Prezident İlham Əliyevin uşaqlıq və gənclik illəri dövlətçilik mühitini yaxından görməsi, geniş dünyagörüşü qazanması, diplomatiya və idarəçilik əsasında yetişməsi ilə seçilir. O, hələ gənc yaşlarından Ulu Öndər Heydər Əliyevin həyat fəlsəfəsini, onun Azərbaycan sevgisini və dövlət idarəçiliyinə yanaşmasını yaxından müşahidə etmişdir.

Ulu Öndər Heydər Əliyev dəfələrlə oğlu İlham Əliyevin siyasətə gəlişi, intellekti və idarəçilik bacarıqları barədə yüksək fikirlər səsləndirmişdi. O, deyirdi: “İlham Azərbaycanın vətəndaşıdır, dövlətimizə və xalqımıza bağlıdır. O, Azərbaycanın gələcəyini dərindən anlayır, müasir düşüncəli, geniş dünyagörüşlü bir şəxsiyyətdir.”

Bir çıxışında Heydər Əliyev bildirirdi: “Mən İlham Əliyevə inanıram. Mənim inamım onun biliyinə, təcrübəsinə, bacarığına, ən əsası isə Vətənə olan sədaqətinə əsaslanır”. Bu fikirlər cənab Prezident İlham Əliyevin sonrakı fəaliyyətində öz təsdiqini tapdı və onun siyasi yolunun ideya dayaqlarından birinə çevrildi.

İlham Əliyev cənabları orta təhsilini başa vurduqdan sonra dünyanın ən nüfuzlu siyasi-diplomatik mərkəzlərindən biri olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MGİMO) təhsil aldı. Burada o, beynəlxalq münasibətlər, diplomatiya, siyasi sistemlərin analizi, qlobal iqtisadiyyat və müasir dünya siyasəti üzrə dərin biliklərə yiyələndi. MGİMO illəri onun dünya siyasətinə baxışını formalaşdırdı, fərqli mədəniyyətlər və siyasi modellərlə tanış etdi. Təhsilini başa vurduqdan sonra bir müddət elmi fəaliyyətlə məşğul oldu, beynəlxalq münasibətlər istiqamətində araşdırmalar apardı.

Cənab Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 1983-cü ildə ailə həyatı qurublar. Mehriban Əliyeva dünya səviyyəsində tanınmış humanitar lider, elm və mədəniyyət xadimi olub, onun fəaliyyəti Azərbaycanın beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayıb. Bu ailə birliyi təkcə şəxsi bir münasibət deyil, həm də Azərbaycan dövlətinə xidmət edən intellektual tandem, humanizm, mədəniyyət və modern dövlətçilik dəyərlərinin təcəssümüdür. Onlar Leyla, Arzu və Heydər adlı övladlar böyüdüblər.

1990-cı illər Azərbaycan üçün son dərəcə mürəkkəb, siyasi və iqtisadi çətinliklərlə dolu bir dövr idi. Bu illərdə cənab Prezident İlham Əliyev milli siyasətə aktiv şəkildə qatıldı.1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçildi. Avropa Şurasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdi, Azərbaycanın Avropa ilə hüquqi-siyasi inteqrasiyasında mühüm rol oynadı.2001-ci ildə SOCAR-ın vitse-prezidenti kimi ölkənin enerji strategiyasının icrasında birbaşa iştirak etdi.2003-cü ildə Baş Nazir təyin olunaraq ölkənin strateji idarəçiliyində yeni mərhələ başlatdı.2003-cü ildə xalqın etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin rəhbərliyi dövrü müasir Azərbaycan tarixində yeni inkişaf mərhələsinin əsasını qoydu.

İdarəetmədə şəffaflıq, yeni dövlət idarəçiliyi modeli, elektron xidmətlər, kadr islahatları genişləndirilmiş, yeni dövlətçilik fəlsəfəsi formalaşmışdır. Azərbaycan bu dövrdə Cənubi Qafqaz regionunun aparıcı iqtisadi gücünə çevrildi. Neft gəlirlərinin idarə olunması, qeyri-neft sektorunun inkişafı, nəqliyyat-logistika şəbəkələrinin genişləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən oldu.

TANAP, TAP, Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihələri Azərbaycanı Avropanın mühüm enerji tərəfdaşına çevirdi.

2020-ci ilin Vətən müharibəsi Azərbaycan dövlətçiliyinin ən mühüm tarixi nailiyyətlərindən biri oldu. Cənab Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Cənubi Qafqazda yeni geosiyasi nizam formalaşdı.

Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma və bərpa işləri başlandı. “Böyük Qayıdış” proqramı azad edilmiş ərazilərə həyatın qayıdışını təmin etdi.

Cənab Prezident İlham Əliyevin xarici siyasəti Azərbaycanı beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, sabitlik aktoru və qlobal təşəbbüslərin dəstəkləyicisi kimi tanıtdı. Onun siyasətinin əsas elementləri:

Qonşu ölkələrlə etibarlı əməkdaşlıqQoşulmama Hərəkatına rəhbərlikTürk Dövlətləri Təşkilatında inteqrasiyanın dərinləşdirilməsiAvrasiyada nəqliyyat və enerji əməkdaşlığının gücləndirilməsi

Cənab Prezident İlham Əliyevin liderlik fəlsəfəsi bir neçə əsas prinsip üzərində qurulub:

Müstəqillik və dövlətçilik maraqlarına sarsılmaz sadiqlikPraqmatik və çevik diplomatiyaDəqiq strateji planlaşdırmaBöyük yenidənqurma və modernləşmə vizyonuXalqın rifahını prioritet edən sosial siyasət.

Cənab Prezident İlham Əliyevin doğum günü müasir Azərbaycan dövlətinin keçdiyi inkişaf yolunu, dövlətçilik ənənələrinin davamlılığını və ölkənin regional–qlobal proseslərdə rolunu qiymətləndirmək üçün mühüm bir fürsətdir. Cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin yaratdığı böyük dövlətçilik məktəbinin layiqli davamçısı kimi XXI əsrin Azərbaycanını formalaşdıran əsas siyasi liderlərdən biridir.

Doğum günü münasibətilə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarını səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətində yeni-yeni uğurlar arzulayıram!

Cənab Prezident, Azərbaycan Sizinlə güclüdür!

Nicat İsmayılov

Yeni Azərbaycan Partiyasının fəalı, politoloq Nicat İsmayılov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Dekabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri