Icma.az
close
up
RU
İlham Əliyevin cavabı və “müstəqil Emin”in sahibləri...

İlham Əliyevin cavabı və “müstəqil Emin”in sahibləri...

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin erməni diasporunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən Emin Hüseynovun sualına qısa və konkret cavabı diqqət çəkdi. E.Hüseynov konfransda panel müzakirələrindən çıxan və konfrans zalının önündə Azərbaycan mediasının suallarını cavablandıran Prezident İlham Əliyevdən soruşur:

- Cənab Prezident, müstəqil mətbuatın da suallarına cavab verə bilərsiniz?

Prezident İlham Əliyev qısa şəkildə “Müstəqil mətbuat yoxdur dünyada” deyir.

E.Hüseynovun məqsədi özünü “müstəqil mətbuatın” nümayəndəsi kimi təqdim edərək, illərdir Azərbaycana qarşı icra etdiyi düşmənçiliyini davam etdirməkdir, lakin onun özü belə Prezident İlham Əliyevin cavabını təxmin edə bilməzdi. Azərbaycan lideri açıq şəkildə bəyan etdi ki, dünyada azad mətbuat yoxdur.

Dünyada hansısa liderin mətbuatın azad olmadığı faktını dilə gətirməsi nadir hallardandır, çünki bu, “Kral çılpaqdır” deyə bilmək kimi bir şeydir. Azərbaycan Prezidenti bunu cəsarətlə bəyan etdi.

Və Prezidentin “Azad mətbuat yoxdur dünyada” sözləri sonuna qədər reallığa söykənən fikirdir.

Elə özünü “müstəqil mətbuat” kimi təqdim edən Emin Hüseynovdan başlayaq. Onun rəhbərlik etdiyi “Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu” xarici donorlar tərəfindən maliyyələşdirilirdi və əsas missiyası da “söz azadlığı” adı altında Azərbaycanın dövlət maraqlarına qarşı fəaliyyət göstərmək, maliyyə aldığı dairələrin maraqlarını müdafiə etmək idi. Vaxtilə adi fotoqraf olan Hüseynovun “yüksəlişi” də amerikalı Sarah Polsvortla evləndikdən sonra baş verdi. S.Polsvortın xüsusi xidmət orqanlarına bağlılığı haqda məlumatlar mövcuddur. Onun yaxın rəfiqəsi olan “Miledi” ləqəbli kəşfiyyatçı Rebekka Vinsent Eminin donorlar tərəfindən maliyyələşdirilməsinə dəstək verib.

2014-cü ildə Hüseynovun qanuni məsuliyyətdən qaçaraq, İsveçrə səfirliyində gizlənməsinin arxasında da onun maliyyə maxinasiyaları dayanırdı. Hələ o vaxt aparılan istintaq işində E.Hüseynovun RATİ vasitəsilə 1 milyon 500 min manatdan çox gəlir əldə etdiyi, 250 min manata yaxın vergidən yayındığı təsdiqlənmişdi. Hüseynov İsveçrəyə köçdükdən sonra da Azərbaycana qarşı düşmən fəaliyyətini erməni diasporu və Soros kimi antiazərbaycan qüvvələrin maliyyəsi ilə həyata keçirib. Təkcə E.Hüseynovun fəaliyyəti və bağlı olduğu dairələr dünyada “müstəqil mətbuat”ın olmadığını sübut edir.

“Müstəqil mətbuat” adı əslində xarici dövlətlərin və maraq dairələrinin casusluq fəaliyyətini və “təsir agentləri”ni kamuflyaj etmək üçün istifadə etdikləri yarlıqdır. Dünyada həqiqətən də müstəqil mətbuat yoxdur. Bununla bağlı konkret nümunələr var.

- “Azadlıq” və “Amerikanın səsi” radioları Konqres tərəfindən rəsmi olaraq maliyyələşir. Trampın büdcə qənaəti siyasətindən sonra bu media resursları ciddi maliyyə problemi ilə üzləşib;

- BBC Böyük Britaniya hökumətinin maliyyəsi ilə fəaliyyət göstərir;

- “Röyters” agentliyi Britaniya hökumətindən gizli şəkildə maliyyə dəstəyi alır və s.

Bu, ən məşhur və “azad media” kimi təqdim olunan informasiya resurslarının bir neçəsidir. Ümumilikdə bütün dünyada media resurslarının maliyyəsi iki mənbəyə söykənir.

Birincisi, mənsub olduqları hökumətlər tərəfindən açıq, yaxud gizli şəkildə verilən maliyyə dəstəyidir;

İkincisi, böyük biznes koorparasiyalarının, şirkətlərin maliyyəsidir.

Bir çox hallarda bu mənbələri gizlətmək üçün media resursları gəlirlərini “reklam” və “ianələr” hesabına olduğunu qeyd etsələr də, reallığı gizlətmək çətindir.

Yazılmamış qaydalar dünyanın istənilən ölkəsində, istənilən media orqanı ilə bağlı eynidir. Media icazə verilən həddə qədər hərəkət edə və informasiyanı lazım olan formada təqdim edə bilər.

Hazırda dünyanın bəhs etdiyi “Epşteyn sənədləri”nin işıq üzü görməsinin medianın azadlığı faktoru ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Sadəcə olaraq, ABŞ daxilində demokratlarla respublikaçıların siyasi mübarizəsi və qlobal siyasi-biznes elitanın savaşı bu sənədlərin tirajlanmasına zəmin yaratdı. Və media yalnız icazə verilən qədərini işıqlandıra bilir.

“Azad mətbuat” artıq böyük dövlətlərin və güclərin digər ölkələrin ictimai rəyini formalaşdırmaq, informasiya axınını öz maraqlarına uyğun yönəltmək üçün istifadə etdikləri rıçaqdır. Misal üçün, Azərbaycan 44 günlük müharibə zamanı öz torpaqlarını azad edərkən, Emin Hüseynov kimilər erməni diasporu/lobbisinin sifarişi ilə ordumuza qarşı qarayaxma kampaniyasını “müstəqil jurnalist” adı altında aparırdılar. Lakin ABŞ-ın istənilən ölkədə keçirdiyi hərbi əməliyyatla bağlı bu ölkənin media resursları əks təbliğat apara bilməz.

Eyni vəziyyət Avropada da mövcuddur, eləcə də Ukraynaya qarşı müharibə aparan Rusiyada da ciddi senzura tətbiq edilib. Bir sözlə, media dünyanın istənilən ölkəsində dövlət maraqlarına və bağlı olduqları dairələrin maraqlarına xidmət edir.

Bütün bunların fonunda “müstəqil mətbuat”dan danışmaq “çılpaq kral”ın libasını tərifləməkdən başqa bir şey deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Fevral 2026 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri