Icma.az
close
up
RU
İlham Əliyevin Cənubi Qafqazın sabitliyi üçün fəaliyyəti ən yüksək mükafata layiq görülməlidir RƏY

İlham Əliyevin Cənubi Qafqazın sabitliyi üçün fəaliyyəti ən yüksək mükafata layiq görülməlidir RƏY

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

“Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan Prezidenti İlham Əliyev bütün fəaliyyəti boyu  xalqının iradəsini ifadə edən,  dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. Cənab Prezident təkcə Azərbaycanda böyük hörmətə və nüfuza malik deyil, Azərbaycan Prezidentinin siyasi portreti bütün dünyada məşhurdur. İlham Əliyev Milli Məclisin deputatı olduğu dövrdə də geniş və çoxşaxəli fəaliyyət göstərib. O, daim xalqın içərisində olub, onun problemlərini öyrənib, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərib”. 

Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. 

“Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü olmuş İlham Əliyevin Avropa Şurasının Parlament Assambleyasında  Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti doğma xalqa qətiyyətlə və cəsarətlə xidmət etməsinin nümunəsidir. Onun AŞPA-dakı məqsədyönlü, qətiyyətli və cəsarətli çıxışları Azərbaycanın Avropa məkanında nüfuzunun daha da artmasına güclü təsir göstərib. Məhz İlham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olunub, Azərbaycanın ayrılmaz parçası olan Qarabağ haqqında, qondarma "Dağlıq Qarabağ problemi" barədə Qərb dünyasında obyektiv rəy formalaşıb, həmin münaqişəyə düzgün siyasi qiymət, onun həlli yolunda mühüm qərarlar verilib. Xüsusilə, Azərbaycanın beynəlxalq yarışlarda, idmanın müxtəlif sahələrində ön mövqelərə çıxması, Bakının dünya üzrə mühüm beynəlxalq yarışların keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın şöhrətini daha da artırır, onun beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Bu, İlham Əliyevin gənclər siyasətinin ən böyük uğurlarından biridir. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafeyini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır. 

Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik  islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində bir çox böyük dünya dövlətlərinin maraqları toqquşan regionumuzda sabitlik mövcuddur. Məhz bu hegemon dövlətlərin maraqlarının üst-üstə düşdüyü digər bölgələrə nəzər salsaq, bunun nə qədər əhəmiyyətli və həyati zərurət daşıdığını görərik. Əminliklə deyə bilərəm ki, əgər bu gün Avropada müharibə nəticəsində sivil insanlar həyatını itirir, kütləvi məzarlıqlarda dəfn olunursa, deməli, Azərbaycan rəhbəri İlham Əliyevin Cənubi Qafqazın sabitliyi üçün fəaliyyəti məhz insanlıq naminə görülən işlərdən ən yüksək mükafata  layiq görülməlidir”. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://pravda.az
archiveBu xəbər 24 Dekabr 2024 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see215

Yaxın gələcəkdə üçtərəfli danışıqlar olmayacaq

03 İyun 2025 15:47see117

Kılıçdaroğlu CHP sədrliyinə dönmək üçün hazırlıqlara başladı

03 İyun 2025 15:21see115

Çelsi Sançodan imtina etdi

03 İyun 2025 15:37see115

Attestat üçün əlavə ödəniş tələb olunur? RƏSMİ

03 İyun 2025 15:21see114

Biləcəridə şəhid adına olan küçənin təmiri yekunlaşır VİDEO

03 İyun 2025 15:14see114

Anar Ələkbərov Yaponiyada Nazirlə görüş olub + FOTOLAR

03 İyun 2025 15:26see114

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see113

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see112

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Fransa Azərbaycan sərhədində kəşfiyyat yuvası açdı Parisin Zəngəzur gedişi

03 İyun 2025 14:36see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see111

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see111

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see110

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see109

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri