Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

İlham Əliyevin Çin səfəri: Dövlət Protokolunun zirvəsi və tarixi mərasimlər

İlham Əliyevin Çin səfəri: Dövlət Protokolunun zirvəsi və tarixi mərasimlər

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Bu səfər haqqında siyasi və iqtisadi proqnozlara girmədən, qarşılama mərasimi, protokol qaydaları və detallar haqqında yazmaq istədim.

Qeyd edim ki, İlham Əliyevin Çin Xalq Respublikasına (ÇXR) ilk işgüzar səfəri 2014-cü ildə, rəsmi səfəri isə 2015-ci ildə olub. Ölkə başçısı 2019-cu il aprelin 27-də Pekində baş tutan ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib.

2015-ci ildə rəsmi səfəri zamanı İlham Əliyev Çinin ilk imperatoru Tsin Şixuandinin dəfn olunduğu və dünyada "Torpaq ordusu" (Терракотовая армия) kimi tanınan məşhur və qədim tarixi abidəni ziyarət etmişdi. Torpaqdan (gildən) düzəldilən bu ordunun hər bir əsgəri döyüşə hazır vəziyyətdə, nizam-intizamlı təsvir olunub. Hər bir əsgərin üz cizgiləri unikaldır. Bu nəhəng yeraltı ordu imperatorun ölümündən sonra ona digər dünyada xidmət etmək üçün yaradılmış, burada xeyli sayda at, döyüş arabalarının heykəlləri, xeyli sayda bürünc silahlar mövcuddur. Tarixi dəyərinə görə bu kompleks unikal hesab olunur. İmperatorun belə miqyasda mavzoley inşa etməsi onun birbaşa əldə etdiyi uğurla bağlıdır.

İmperator Tsin e.ə. 221-ci ildə ilk dəfə Çini birləşdirərək, vahid dövlət yaradıb və Tsin sülaləsinin əsasını qoyub.

Çin qədim ənənələrə və mədəniyyətə malik unikal və sirli ölkədir. Həm də Çin simvol və detallara çox əhəmiyyət verir. Bəlkə də, nəhəng yeraltı ordunu görmək istəyi elə Prezident İlham Əliyevin öz arzusu olub. Çünki o zaman gündəlikdə duran əsas məsələ Qarabağın azadlığı və Azərbaycan ərazisinin bütövlüyünü təmin etmək idi.

Bütün hallarda əsas problemi cənab prezident həll edərək, Azərbaycan ərazisini birləşdirdi. Və bu məsələdə onun ordusu böyük şücaət göstərdi.

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına budəfəki səfəri qarşılanma mərasimi ilə diqqət çəkdi.

İlk növbədə fəxri qarovulun təşkili, yolboyu Azərbaycan bayraqlarının şəhəri bəzəməsi, ali qonağın qarşılanması üçün birincidərəcəli hazırlığın getdiyi gözdən yayınmadı.

Rəsmi qarşılanmada hərbi orkestrin Azərbaycan himninin ifası zaman top atəşlərinin musiqi ilə həmahəng şəkildə səsləndiyi də diqqətdən qaçmadı.

Bəs himnin ifası zamanı top atəşi nəyə eyham vurur? 21 dəfə top atəşi adətən alisəviyyəli qonağın şərəfinə olunur. Bundan başqa Çində top atəşləri yüksək dövlət tədbirləri, bayramlar və əhəmiyyətli tarixi hadisələr qeyd olunanda istifadə olunur. Bu ənənə ölkənin gücünü, əzəmətini ifadə edir.

Maraqlı məqamlardan biri də odur ki, 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyinə qovuşanda Çin ölkəmizin müstəqilliyini ilk tanıyan dövlətlərdən olub. 1992-ci ildə Azərbaycanda Çinin, 1993-cü ildə isə Azərbaycanın Çində səfirlikləri fəaliyyətə başlayıb.

Hətta o zaman ulu öndər Heydər Əliyev 1994-cü ilin martında Çinə səfər edərək, ilk siyasi-iqtisadi maraqları əhatə edən razılıqları əldə etmişdi.

Təbii ki, bu gün Azərbaycanla Çin arasında münasibətlərin ən yüksək səviyyədə olması heç kim üçün sirr deyil.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri aprelin 24-də başa çatdı. Bu dəfə də dövlətimizin başçısının şərəfinə Pekin Beynəlxalq Hava Limanında fəxri qarovul dəstəsi düzüldü və ən yüksək səviyyədə yolasalma mərasimi həyata keçirildi.

Yəni ki, Çin özü üçün dəyərli olan alisəviyyəli qonaqları ali səviyyədə qarşılayıb-yola salır. Bununla da dünyaya mesaj verir. Bu mesajı görmək, izləmək olduqca qürurverici hissdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Aprel 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri