Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan: Etibarlı tərəfdaş və regional lider

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan: Etibarlı tərəfdaş və regional lider

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın beynəlxalq əlaqələri və strateji tərəfdaşlıqları son zamanlarda diqqət çəkəcək səviyyədə güclənməkdədir. Ölkə dünyanın aparıcı dövlətləri ilə müxtəlif sahələrdə əməkdaşlıq qurur. Cənubi Qafqaz regionunda qəbul edilən qərarlarda Azərbaycanın rolu artmaqda, regionda sülh və təhlükəsizliyin formalaşmasında ölkənin təşəbbüsləri önəmli rol oynamaqdadır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu beynəlxalq siyasət Azərbaycanı dünyaya etibarlı və məsuliyyətli tərəfdaş olaraq tanıdıb:

"Son illərdə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, o cümlədən Azərbaycanın Qoşulmama Hərəkatına 4 ildə sədrlik etməsi, COP-29-a ev sahbliyi etməyimiz və digər tədbirlər bizi dünyaya tanıdılmasında əsas rol oynayıb. Beynəlxalq ictimaiyyət Azərbaycanı beynəlxalq hüquqa hörmətlə yanaşan ədalətli ölkə kimi tanıyıb. Dövlət başçımızın yüksək diplomatik məharəti və ünsiyyət yaratmaq bacarığı, dəyişilməz mövqeyi və müstəqil siyasət yürütməsi dostlarımızın sayını artırır.  Azərbaycan dünyanın ən böyük ikinci iqtisadiyyatı olan Çİn Xalq Respublikası ilə strateji münasibətlər qurub. Ölkələrimiz arasıında qarşlıqlı şəkildə viza tələbinin ləğv edilməsi əməkdaşlıq imkanlarını genişləndirir. Azərbaycan Avropa İttifaqına daxil 10 ölkənin enerji təhlükəsilziyinin təmin olunmasında yaxından iştirak edir".

Deputat əlavə etdi ki, Avropa Azərbaycanı sözü imzası qədər möhkəm tərəfdaş kimi qəbul edib.

"Azərbaycanın strateji tərəfdaşlıq etdiyi ölkələrin coğrafiyası günü-gündən genişlənir. Belə ki, çağırışlarımıza ədalətlə yanaşan və münasibətlərimizə dəyər verən hər bir ölkə ilə qarşılıqlı hörmət və fayda əsasında ikitərəfli əməkdaşlıq üzərində işləyirik və dostluğumuzu möhkəmləndirirk. Bu baxımdan dünyanın ən böyük iqtisadiyyatı və hərbi gücü olan ABŞ ilə Azərbaycan münasibətlərində də yeni bir səhifə açıldığını deyə bilərik. Düzdür, Bayden-Blinken administrasiyası dövründə erməni lobbisinin təsiri altında münasibətlərdə böyük çat yaranmasına baxmayaraq Donald Trampın prezident seçilməsi ölkələrimiz arasında münasibətlərdə yeni bir dövrün başlanğıcı qoyuldu.

Prezident Donald Trampın dəvəti ilə Prezident İlham Əliyevin Vaşinqtona etdiyi səfəri çərçivəsində aparılan ikitərəfli müzakirələr və imzlanan sənədlər Azərbnaycan-ABŞ münasibətlərinin inkişafında tərəflərin maraqlı olduğunu bir daha təsdiq etdi. Artıq ölkələrimiz arasında əməkdaşlığın əsas üç istiqaməti müəyyən olundu, Azadlığa Dəstək Aktının 907-ci maddəsinə olunmuş əlavə ləğv edildi və starteji əməkdaşlıq Xartiyasının hazırlanması üçün hökumətlərarası komissiyanın yaradılması təsdiq olundu. Beləliklə, deyə bilərik ki, Azərbaycan dünyanın ən böyük siyasi-iqtisadi güc mərkəzləri ilə dostluq və strateji əməkdaşlıq qura bilib. Azərbaycanın dünyada nüfuzunun artması və dostlarımızın sayının hər gün artması Prezident İlham Əliyevin liderliyinin qazandırdığı nailiyyətlərdir", - deyə Azər Badamov vurğuladı.

Milli Məclisin deputatı Vüqar Bayramov isə bildirdi ki, Azərbaycan dünyanın aparıcı dövlətləri ilə strateji tərəfdaşlığı ardıcıl olaraq gücləndirir:

"Çin ilə strateji tərəfdaşlıq haqqında anlaşmanın imzalanması, ardınca ABŞ-də iki ölkə arasında strateji əməkdaşlığın əsasının qoyulması bu siyasətin mühüm nümunələrindəndir. Digər aparıcı dövlətlərlə münasibətlərdə də praktiki addımlar atılması Azərbaycanın geosiyasi mövqeyinin gücünü təsdiqləyir. Yeni reallıqlar fonunda ölkəmizin regionda orta güc dövləti kimi daha da möhkəmləndiyi müşahidə olunur. Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın həm geosiyasi, həm də iqtisadi mövqeyinin yüksəlməsinə imkan yaradıb. Cənubi Qafqazla bağlı qəbul edilən qərarların Azərbaycanın iştirakı olmadan reallaşmaması bu mövqeyin bariz göstəricisidir".

Deputat qeyd etdi ki, Azərbaycan-Ermənistan razılaşmasında irəli sürülən şərtlərin qəbul olunması, ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması, Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq, eləcə də Ermənistan Konstitusiyasında dəyişikliklərdən sonra sülh müqaviləsinin imzalanması regionda Azərbaycanın lider rolunu təsdiqləyir.

"Azərbaycan həm regional sülhün, həm də təhlükəsizliyin təmin edilməsində aktiv mövqe tutur, davamlı təkliflər və təşəbbüslərlə çıxış edir. Vaşinqton görüşü və digər ölkələrlə əldə edilən razılıqlar da təsdiqləyir ki, ölkəmiz orta güc dövləti kimi regional proseslərə təsir imkanlarını artırır", - deyə Vüqar Bayramov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Avqust 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri