İlham Əliyevin sülh istiqamətində atdığı addımlar sülh rəmzi kimi yaddaşlarda qalacaq
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
"Vaşinqton görüşü milli maraqlarımızın qorunması və regional sabitliyin təmin olunması baxımından tarixi əhəmiyyət kəsb edir. Bu görüş yalnız keçmiş problemlərin həlli ilə məhdudlaşmayıb, eyni zamanda sabitlik və inkişaf üçün yeni əməkdaşlıq səhifəsinin açılmasına yol göstərdi".
Redaktor.az xəbər verir ki, bunu deputat Səbinə Xasayeva parlamentin bugünkü iclasında bildirdi.
"İmzalanmış sənədlər və əldə olunmuş razılaşmalar bölgədə uzunmüddətli sülh və tərəfdaşlıq üçün konkret zəmin yaratdı. Görüş həmçinin Azərbaycanın strateji tərəfdaşlıq səviyyəsini yüksəltdi və ölkəmizin etibarlı və söz sahibi tərəfdaş olduğunu bir daha təsdiqlədi. İlham Əliyevin sülh istiqamətində atdığı addımlar sülh rəmzi kimi yaddaşlarda qalacaq", - deyə o, əlavə etdi.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 09 Sentyabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















