Icma.az
close
up
RU
Prezident İlham Əliyevin atdığı bu tarixi addımları yüksək qiymətləndiririk

Prezident İlham Əliyevin atdığı bu tarixi addımları yüksək qiymətləndiririk

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində imzalanmış sənədlər Azərbaycan diplomatiyasının və dövlətçilik iradəsinin tarixi qələbəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində, ölkəmiz təkcə öz milli maraqlarını təmin etməklə kifayətlənməyib, həm də regionda sülhün və sabitliyin möhkəmlənməsi üçün mühüm addım atmışdır.
ABŞ-la Strateji Tərəfdaşlıq Xartiyasına aparacaq Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması, Azərbaycan–Amerika münasibətlərinin yeni keyfiyyət mərhələsinə keçdiyini təsdiqləyir. Bu, ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun artmasının, Prezident İlham Əliyevin şəxsində Azərbaycan liderliyinə göstərilən yüksək etimadın bariz nümunəsidir.
Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən imzalanan Birgə Bəyannamə isə Cənubi Qafqazda onilliklər boyu davam edən qarşıdurmanın həllinə yönəlmiş dönüş nöqtəsidir. Sülh sazişinin mətni
üzərində razılığın əldə olunması, ATƏT Minsk Qrupunun fəaliyyətinin tarixi missiyasını tamamlaması və regionda kommunikasiyaların açılması barədə razılaşmalar, Azərbaycanın prinsipial mövqeyinin və diplomatik uğurlarının nəticəsidir.
Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və milli maraqları qəti şəkildə müdafiə edən mövqeyi sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş, postmünaqişə dövründə isə regional əməkdaşlıq və qarşılıqlı faydalı tərəfdaşlıq modelini təşviq edən aparıcı gücə çevrilmişdir. Bu prosesdə ABŞ-ın vasitəçiliyi ilə əldə olunan razılaşmalar həm ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirir, həm də Cənubi Qafqazda yeni siyasi və iqtisadi reallıqlar yaradır.
“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi olaraq biz Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin atdığı bu tarixi addımları yüksək qiymətləndirir, əldə olunan razılaşmaların bölgədə uzunmüddətli sülhün, təhlükəsizliyin və inkişafın əsasını qoyacağına əminliyimizi bildiririk.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Avqust 2025 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see306

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see298

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see263

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see246

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see245

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see242

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see235

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see228

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see228

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see221

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see204

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see203

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see202

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see201

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see196

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see195

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see193

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see187

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see185

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri