Icma.az
close
up
RU
İlham Əliyevin Türküstan mesajı: Orta Dəhlizdən rəqəmsal suverenliyə gedən yol ŞƏRH

İlham Əliyevin Türküstan mesajı: Orta Dəhlizdən rəqəmsal suverenliyə gedən yol ŞƏRH

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Qazaxıstanın Türküstan şəhəri mayın 15-də mühüm tarixi hadisəyə ev sahibliyi etdi. Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü türk dünyasının gələcək rəqəmsal inkişaf vektorunu müəyyən etmək baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə reallaşan bu sammit TDT üzvlərinin birliyi, həmrəyliyi və qlobal arenada vahid güc mərkəzinə çevrilməsi yolunda atılan növbəti strateji addımdır. Görüşün ana xəttini "Süni intellekt və rəqəmsal inkişaf" təşkil edib.

Prezident İlham Əliyevin Türküstana səfəri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə reallaşıb və bir daha göstərir ki, Bakı-Astana münasibətləri regional tərəfdaşlıqla məhdudlaaşmır. Eyni zamanda, bu iki dost ölkənin əlaqələri Avrasiya məkanında yeni geosiyasi konfiqurasiyanı müəyyən edən strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Təsadüfi deyil ki, son beş il ərzində Prezident İlham Əliyevin Qazaxıstana 8 rəsmi və işgüzar səfəri, həmçinin K.Tokayevin Azərbaycana 6 qarşılıqlı səfər liderlər arasındakı yüksək səviyyəli siyasi dialoqun, şəxsi etimadın və sarsılmaz iradənin bariz dinamikasını əks etdirir. Bu intensiv, məqsədyönlü təmasların məntiqi və hüquqi zirvəsi olaraq dörd il əvvəl imzalanmış Birgə Bəyannamə, Bakı ilə Astana arasındakı əlaqələri rəsmi olaraq strateji müttəfiqlik səviyyəsinə qaldırıb. Bu sənəd qlobal güc mərkəzlərinin rəqabət meydanına çevrilən regionumuzda həm siyasi, həm iqtisadi, həm də xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) tam gücü ilə işə düşməsini şərtləndirən nəqliyyat-logistika sahəsində dərin, institusional inteqrasiyanı nəzərdə tutur. Paralel olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycan-Qazaxıstan müttəfiqliyi iqtisadi maraqlar və rəsmi protokollar üzərində qurulmayıb. İki dost və qardaş xalq arasında uzun əsrlərə dayanan tarixi əlaqələr, sarsılmaz mənəvi bağlar mövcuddur. 2020-ci ildə Azərbaycan şanlı Zəfəri ilə işğal altındakı ərazilərini azad etdikdə Şuşa ilə qardaşlaşan ilk şəhər də məhz Türküstan oldu. Bu da öz növbəsində çoxəsrlik qardaşlığın və münasibətlərin dərinliyini nümayiş etdirir.

Prezident İlham Əliyev Türküstan sammitində geniş və olduqca strateji məzmunlu çıxış edib. Dövlət başçısı çıxışında həm Azərbaycanın rəqəmsal hədəflərinə, həm də türk dünyasının gələcək geosiyasi çəkisinə dair çox mühüm mesajlar verib. İlham Əliyevin irəli sürdüyü fundamental tezis Türk dünyasının XXI əsrdə qlobal arenada rəqabətədavamlı, nüfuzlu geosiyasi güc mərkəzinə çevrilməsi hədəfini ehtiva edir. Bu isə öz növbəsində Azərbaycan liderinin sadəcə birlik çağırışı deyil, həm də yeni dünya nizamının arxitekturasını müəyyən edən strateji doktrinadır. Azərbaycan Prezidenti çıxışında bu gün formalaşan çoxqütblü geosiyasi konyukturda türk dövlətlərinin müstəqil güc amili kimi möhkəmlənməsini xüsusilə vurğulayıb. Eyni zamanda, dövlət başçısı qeyd edib ki, TDT-yə üzv dövlətlər iqtisadi, rəqəmsal, nəqliyyat-logistika potensialını vahid mexanizm şəklində birləşdirməsi mühüm əhəmiyyət daşıyır. Bu kontekstdə Bakı və Astananın həyata keçirdiyi layihələr, xüsusilə "Orta Dəhliz"in rəqəmsal seqmentini təşkil edən Transxəzər fiber-optik kabel xəttinin inşası və Zəngəzur dəhlizinin perspektivləri türk dünyasını təkcə coğrafi baxımdan deyil, həm də qlobal ticarət və rəqəmsal data axınları səviyyəsində qovşaq nöqtəsinə çevirir. Yəni Prezidentin təklif etdiyi bu baxış, əslində, TDT-ni yalnız mədəni-tarixi platforma olmaqdan çıxararaq onu Şərqlə Qərb arasında yeni iqtisadi müvazinət yaradan, rəqəmsal suverenliyi təmin olunmuş və qlobal siyasi qərarların qəbuluna birbaşa təsir göstərən strateji tərəfdaşlıq ittifaqına çevirmək iradəsini nümayiş etdirir. Bu baxışın TDT platformasında təqdim edilməsi də səbəbsiz deyil. Çünki məhz Azərbaycanın TDT-yə sədrliyi dövründə real, icraolunan və genişmiqyaslı layihələrə keçid müşahidə edilib. Prezidentin uzaqgörən xarici siyasət kursu sayəsində Azərbaycan türk dünyasının inteqrasiyasının sadəcə bir diplomatik hədəf olmadığını sübut edərək üzv dövlətlərin "ailə birliyi" fəlsəfəsinə söykənən fundamental geosiyasi reallığa çevirib. Azərbaycanın TDT-yə sədrliyi dövründə iqtisadi əməkdaşlığın genişlənməsi, gömrük və logistik prosedurların sadələşdirilməsi, rəqəmsal ekosistemin birgə inkişafı kimi təşəbbüslər reallaşıb. Bu isə üzv dövlətlərə qlobal böhranlar qarşısında vahid cəbhədən çıxış edən bir ailə ittifaqı kimi operativ qəbul və icra olunan qərarlar qəbul etməyə imkan verir.

Yuxarıda da qeyd edildiyi kimi, bu gün türk dünyasında birlik və vahid ailə modeli sadəcə bəyanatlarla məhdudlaşmır. Xüsusilə də Azərbaycanın moderatorluğu ilə qlobal miqyaslı nəhəng infrastruktur layihələri reallaşdırılır. Məsələn, Avropa və Asiyanı bir-birinə bağlayan tarixi İpək Yolunun "Rəqəmsal İpək Yolu" layihəsinin ana seqmenti Azərbaycan ilə Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə çəkilən Trans-Xəzər Fiber-Optik Kabel xəttinin artıq yaxın aylarda istifadəyə verilməsi Avrasiyanın geosiyasi xəritəsində yeni bir səhifə açacaq. Azərbaycan və Qazaxıstanın birgə səyi nəticəsində reallaşan bu layihə regionda rəqəmsal infrastrukturun inkişafı baxımından çox önəmlidir. Eyni zamanda, bu, TDT-yə üzv ölkələrin qlobal data axınlarında və rəqəmsal tranzitdə müstəqil operatora çevrilməsini təmin edir. Qərbə uzanan ənənəvi nəqliyyat və enerji dəhlizlərini rəqəmsal infrastrukturla tamamlayan bu layihə türk dünyasını qlobal rəqəmsal iqtisadiyyatın yeni mərkəzinə çevirir və Bakı ilə Astananın regionda yaratdığı texnoloji suverenliyin rəmzi kimi özünü göstərir.

Bu gün dünyada, əsasən də Yaxın Şərqdə gedən proseslər ənənəvi tranzit yollarında yaşanan təhlükəsizlik problemləri, qlobal tədarük zəncirlərinin qırılması fonunda Orta Dəhliz Şərqlə Qərb arasında ən qısa, təhlükəsiz və səmərəli marşruta çevrilir. Bu nəhəng logistik arxitekturanın tam gücü ilə fəaliyyət göstərməsi və rəqabət üstünlüyünün maksimallaşdırılması isə reallaşmaqda olan Zəngəzur dəhlizi layihəsini sadəcə regional deyil, qlobal miqyaslı geosiyasi zərurət kimi önə çıxarır. Hələ bir neçə il əvvəl Prezident İlham Əliyev Zəngəzur dəhlizinin böyük əhəmiyyətini dəfələrlə qeyd etməsi bir sıra ölkələrdə bu marşruta ciddi maraq yaradıb. Bu gün də ölkə başçısı Türküstanda bir daha qeyd etdi ki, Zəngəzur dəhlizi Orta Dəhlizin ən kritik və tamamlayıcı seqmentidir. Bundan əlavə, sözügedən marşrut türk dünyasının coğrafi bütövlüyünü təmin edir, nəqliyyat xərclərini azaldır və Asiyadan Avropaya daşınan yüklərin hərəkət dinamikasını sürətləndirir. Logistik və nəqliyyat infrastrukturunun fiziki baxımdan tamamlanması ilə yanaşı, bu nəhəng marşrutun rəqabət qabiliyyətinin qorunması Orta Dəhliz boyunca gömrük və inzibati prosedurların radikal şəkildə sadələşdirilməsindən və rəqəmsallaşdırılmasından birbaşa asılıdır. Bu məqsədlə də TDT-nin rəqəmsal doktrinasına uyğun şəkildə inteqrasiya edilən və tətbiq olunan "e-Permit", yəni elektron icazə sistemi transsərhəd daşımalarda bürokratik maneələri aradan qaldıran bir təşəbbüsdür. Quru yolu ilə yükdaşımalar zamanı tələb olunan icazə blanklarının elektron qaydada doldurulması və operativ rejimdə təqdim edilməsi öz növbəsində gömrük-keçid məntəqələrində vaxt itkisini minimuma endirir. Paralel olaraq isə xərcləri azaldır, şəffaflığı maksimum səviyyəyə yüksəldir. TDT-yə üzv dövlətlərin gömrük orqanlarının vahid rəqəmsal ekosistemdə birləşdirilməsi Orta Dəhlizi təkcə coğrafi deyil, həm də inzibati cəhətdən qlobal ticarət üçün ən cəlbedici marşruta çevirir. Beləliklə, innovativ texnologiyaların gömrük idarəçiliyinə tətbiqi yükdaşımaların sürətini qat-qat artırmaqla, Prezident İlham Əliyevin bəyan etdiyi "türk dünyasının rəqəmsal və iqtisadi potensialının birləşdirilməsi" hədəfinin ən uğurlu və praktiki mexanizmlərindən biri kimi çıxış edir.

Türküstan sammiti göstərdi ki, bu gün Türk dünyası rəqəmsal dünyaya sürətli adaptasiyanı özünə əsas prioritet kimi seçib. Məsələn, təşkilatın rəqəmsal doktrinasında süni intellekt texnologiyalarının məsuliyyətli, etik və təhlükəsiz istifadəsi, ondan qanunazidd məqsədlər üçün istifadənin qarşısının alınması kimi prioritetlər artıq müəyyənləşib. Bu kibertəhlükəsizlik və rəqəmsal suverenlik çərçivəsi, türk dünyasının qlobal texnoloji yarışda təkcə bir istehlakçı deyil, həm də milli dəyərlərə və beynəlxalq hüquqa əsaslanan təhlükəsiz rəqəmsal ekosistemin qurucusu olduğunu nümayiş etdirir. Qlobal səviyyədə qəbul edilən bu strateji hədəflərin və gələcək yol xəritəsinin praktiki icrası baxımından yaxın perspektivdə Bakının ev sahibliyi edəcəyi beynəlxalq tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində TDT-nin şəhərsalma üzrə yüksək səviyyəli dialoqunun təşkili, həmçinin bu ilin iyun ayında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş "Türk Dünyası Həftəsi"nin reallaşdırılması Azərbaycanın bu birliyə verdiyi çoxşaxəli töhfənin bariz nümunəsidir. Beləliklə, Bakının həm rəqəmsal, həm modern şəhərsalma, həm də köklü elmi-mədəni irs platformalarına ev sahibliyi etməsi Türkistan sammitində verilən qərarların effektli icrasında Azərbaycanın lokomotiv rolunu və türk dünyasının intellektual, rəqəmsal və mənəvi mərkəz missiyasını bir daha təsdiqləyir… //Report.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 May 2026 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri