Icma.az
close
up
RU
İlham Əliyevin yaratdığı reallıq: “Makron başa düşdü ki...”

İlham Əliyevin yaratdığı reallıq: “Makron başa düşdü ki...”

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Albaniyada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı bir sıra siyasi mesajlarla yadda qalıb. 

Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Prezidenti İlham Əliyevə yaxınlaşaraq onunla səmimi şəkildə söhbət etməsi ilk baxışda sadə diplomatik jest kimi görünə bilər.

Ancaq bu səhnə əslində illərdir regionda birtərəfli siyasət aparan Fransanın artıq reallıqlarla barışmağa məcbur qaldığının əlaməti idi.Azərbaycanın geosiyasi çəkisi, Türkiyə ilə güclü strateji ittifaqı, regionda nəqliyyat dəhlizləri üzərində artan təsiri Parisin istəsə də, istəməsə də, yeni mövqe formalaşdırmasına səbəb olur. 

Makronun bu jesti, təkcə diplomatik ehtiram deyil, həm də siyasi zərurətdən doğan bir addımdır. Bu, Fransa üçün “diktə edən tərəf” mövqeyindən “anlayan tərəf” mövqeyinə keçidin başlanğıcı ola bilər.

Parisin mövqeyi həqiqətənmi dəyişir?  Ümumiyyətlə, Makronun bu addımı Azərbaycan diplomatiyasının yeni uğur səhifəsi sayıla bilərmi?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlama verən millət vəkili Tural Gəncəliyev bildirib ki, “Avropa Siyasi Birliyi” məhz Avropa İttifaqı ilə onun qonşuluğunda yerləşən, mühüm siyasi, iqtisadi və geosiyasi çəkiyə malik olan, lakin Aİ-yə üzv olmayan ölkələr üçün yaradılmış bir platformadır. 

Onun sözlərinə görə, bu platforma dialoq məqsədi daşıyır, yəni Avropa İttifaqına üzv və qeyri-üzv ölkələr arasında fikir mübadiləsinin aparılması üçün bir məkan rolunu oynayır:

"Bunu eyni zamanda Avropa İttifaqının daha hegemon və yönəldici bir mövqedən çıxış etmək niyyətinin müəyyən mənada neytrallaşdırılması kontekstində də dəyərləndirmək olar.Çünki artıq Avropa İttifaqı Azərbaycan, Türkiyə və ittifaqı tərk etmiş Böyük Britaniya kimi ölkələrlə əməkdaşlıq etməyə can atır. Onlarla ünsiyyət qurmaq, dialoqa girmək, ortaq anlayış formalaşdırmaq üçün bu cür bir platformanın təşəbbüsünü irəli sürüb.

Bu mənada “Avropa Siyasi Birliyi” həm də Avropa İttifaqının öz qonşuluğundakı əsas oyunçularla münasibətləri yeni formatda qurmaq cəhdidir.
Sammitdə xüsusilə diqqətçəkən məqamlardan biri isə Azərbaycan Prezidentinin oradakı rolu oldu. Açıq şəkildə görünürdü ki, Avropa İttifaqının üzv ölkələri, xüsusilə də özünü lider kimi təqdim etməyə çalışan Fransa Prezidenti Emmanuel Makron şəxsən Azərbaycan Prezidentinə yaxınlaşaraq onunla dialoq qurmağa çalışdı.

Bu, həm iki ölkə arasındakı gərgin münasibətlərin fonunda baş verirdi, həm də Emmanuel Makronun münasibətləri daha da kəskinləşdirməmək üçün addım atdığını nümayiş etdirirdi. Bunun əsas səbəbi, şübhəsiz ki, Azərbaycan Prezidentinin yaratdığı yeni geosiyasi reallıqdır. Fransa və onun təzyiqlərinə baxmayaraq, istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də ondan sonrakı postmünaqişə mərhələsində  Azərbaycanın ortaya qoyduğu müstəqil, qətiyyətli və prinsipial xarici siyasət Fransada da ciddi şəkildə qəbul edildi. 

Fransa, nüvə dövləti və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi düşünürdü ki, Azərbaycana təzyiq göstərmək, müxtəlif alətlər, o cümlədən Ermənistan, beynəlxalq institutlar və qeyri-hökumət platformaları vasitəsilə təsir etmək mümkündür. Lakin Azərbaycan Prezidentinin prinsipial mövqeyi və siyasi çəkisi bu təsir imkanlarını neytrallaşdırdı.Elə bu səbəbdən də “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında Emmanuel Makronun Azərbaycan Prezidentinə yaxınlaşması, dialoqa cəhd göstərməsi, təşəbbüs nümayiş etdirməsi bizə göstərdi ki, artıq geosiyasi reallıq dəyişib. Bu, Azərbaycanın güclənməsinin, bölgədə nüfuz sahibi bir ölkəyə çevrilməsinin açıq göstəricisidir".

Millət vəkili qeyd edib  ki, Emmanuel Makronun bu jestində nə qədər səmimi olub-olmaması, əlbəttə, zamanla bəlli olacaq.

Tural Gəncəliyev vurğulayıb ki, əgər gələcəkdə biz Avropa institutlarında, xüsusilə də Cənubi Qafqazda Ermənistan vasitəsilə Azərbaycana qarşı yönələn yanaşmalarda bir dəyişiklik müşahidə etsək, bunu həmin tədbirdəki diplomatik davranışın davamı kimi dəyərləndirə bilərik. 

"Əks halda, bu, sadəcə Azərbaycan Prezidentinin beynəlxalq platformadakı çəkisinin və siyasi nüfuzunun göstəricisi kimi tarixə düşəcək.Toplantıda iştirak edən liderlərin davranışlarına baxdıqda aydın görünürdü ki, kim hansı çəkidədir, kim hansı reallığı yaradıb. 

Azərbaycanın oradakı yeri, çəkisi və önəmi heç bir şübhə doğurmurdu. Mən, hətta Azərbaycanı Ermənistanla müqayisə etməyə belə ehtiyac görmürəm. Çünki burada məsələ təkcə Ermənistanla bağlı deyil, söhbət Avropa liderlərinin cənab Prezidentə olan münasibətindən, bu münasibətlərin inkişaf etdirilməsi və dərinləşdirilməsi istiqamətində atılan addımlardan gedir. Xüsusilə də ev sahibi ölkə olan Albaniyanın Azərbaycan Prezidentinə bəslədiyi hörmət və xüsusi dəvət onu göstərdi ki, Azərbaycan bu platformada mühüm və güclü bir aktor kimi qəbul edilir. 

Halbuki bir neçə il əvvəl “Avropa Siyasi Birliyi”nin keçmiş tədbirlərindən birində Azərbaycana qarşı təxribat xarakterli cəhdlər olmuşdu. Amma bu dəfə, xüsusilə də Fransa və onun Prezidenti Emmanuel Makron başa düşdü ki, indi söhbət başqa reallıqdan gedir.

Fransanın Ermənistan vasitəsilə Azərbaycana qarşı müxtəlif investisiyalar etməsinə, bu istiqamətdə təbliğat yürütməsinə baxmayaraq, Yelisey Sarayında da artıq anlayırlar ki, Azərbaycanla münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında qurmaq lazımdır. Çünki diktə ilə deyil, qarşılıqlı hörmət və bərabər mövqe əsasında qurulacaq əməkdaşlıq gələcək üçün daha dayanıqlı ola bilər".

Səbinə Uğur 
"Cebheinfo.az"

Açar sözlər: İlham Əliyev Makron Albaniya Zirvə toplantısı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 May 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri