Icma.az
close
up
RU
İlham Əliyevin yaratdığı siyasi reallıq, həmin dövlətlərin niyyətlərinin gerçəkləşməsinə mane oldu

İlham Əliyevin yaratdığı siyasi reallıq, həmin dövlətlərin niyyətlərinin gerçəkləşməsinə mane oldu

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili İlham Əliyevlə Vladimir Putin arasında Düşənbədə keçirilən görüşü şərh edib. O, sosial şəbəkədə yazıb ki, İlham Əliyev Rusiya ilə münasibətlərdə bütün Qafqazın şərəfini qoruyub və digərlərinə nümunə olub. Saakaşvilinin sözlərinə görə, əvvəllər Azərbaycandan uzaq duran Qərb dairələri indi Prezident Əliyevə ehtiram göstərməyə çalışırlar.

Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirdi ki, Mixail Saakaşvilinin sosial şəbəkədə yazdığı statusu oxuyub.

"Şübhəsiz ki, Gürcüstanın keçmiş prezidenti Cənubi Qafqaz bölgəsində mövcud siyasi reallığın formalaşmasında məhz İlham Əliyevin rolunun olduğunu çox dəqiq şəkildə ifadə edir. Çünki reallıq ondan ibarətdir ki, Cənubi Qafqaz bölgəsində 30 ildən artıq bir müddətdə ötən əsrin 1988-ci ilindən başlayan və kifayət qədər ağır nəticələrə gətirib çıxaran bir münaqişənin başa çatdırılması məhz Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində mümkün olub. Əgər bir məsələyə xüsusilə diqqət yetirsək ki, istənilən münaqişə istənilən bölgədə, istənilən güclü dövlətlər üçün bir alət kimi istifadə oluna bilər, bu zaman həmin dövlətlərin bu və ya digər bölgələrdə öz qazanc maraqlarını təmin etmək məqsədilə yaranmış vəziyyətdən necə faydalanmağa çalışdıqlarını görmək mümkündür. Bu təcrübəni biz bir çox münaqişələrin timsalında müşahidə etmişik".

Deputat əlavə etdi ki, Azərbaycanda, daha geniş anlamda isə Cənubi Qafqaz bölgəsində Ermənistan–Azərbaycan münaqişəsinin həll olunması bir çox dövlətlərin bu münaqişə üzərindən bölgədə hökmranlıq etmək məqsədilə hazırladıqları planları alt-üst etdi:

"Eyni zamanda, xatırlayaq ki, artıq 100 ildən çoxdur ki, “erməni məsələsi” bir çox dövlətlər, həm qonşu, həm də uzaq dövlətlər üçün bir vasitə, bir kart kimi istifadə olunurdu. ABŞ, Fransa, Rusiya və digər dövlətlər bu məsələni daim öz geostrateji maraqlarını təmin etmək üçün müxtəlif formalarda işə salıblar. Lakin Azərbaycan nəticə etibarilə, bir neçə onillik davam edən bu məsələyə son qoymaqla həmin dövlətlərin istifadə etməyə çalışdıqları bu vəziyyəti aradan qaldırmış oldu. Bu isə təbii ki, bölgədə gərginlik yaratmaq və prosesi öz nəzarətində saxlamaq istəyən dövlətlərin planlarını da puça çıxardı. İlham Əliyevin yaratdığı bu siyasi reallıq, həmin dövlətlərin niyyətlərinin gerçəkləşməsinə mane oldu. Bir qədər daha geniş kontekstdə baxdıqda, aydın olur ki, həmin dövlətlər, hansı ki, zamanında Ermənistan vasitəsilə Cənubi Qafqaz bölgəsinə daxil olaraq vəziyyəti destabilizasiya etməyə, qeyri-sabit bir ictimai-siyasi mühit yaratmağa və bu yolla öz hegemonluqlarını qurmağa çalışırdılar. Artıq bu gün Azərbaycanın yaratdığı reallıqla barışmaq məcburiyyətində qalıblar. Onlar anlayırlar ki, bu gün Cənubi Qafqaz bölgəsi, xüsusilə də Azərbaycan ilə qarşılıqlı fayda verə biləcək münasibətlərin qurulması yalnız bərabərhüquqlu tərəfdaşlıq əsasında mümkündür".

Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycana qarşı çıxmaq istəyən qüvvələr bölgədəki maraqlarının üstündən xətt çəkmək məcburiyyətində qala bilərlər, necə ki, bu, artıq baş verib.

"Hətta 44 günlük Vətən müharibəsindən sonra belə, bəzi dövlətlər yenə də Ermənistan vasitəsilə müəyyən cəhdlər göstərməyə çalışırdılar ki, bölgədə öz siyasi təsir imkanlarını genişləndirsinlər. Bu prosesi xüsusilə Fransanın timsalında müşahidə etdik. Lakin Azərbaycanın bir çox sahələrdə müəyyən etdiyi strateji kurs xüsusilə enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat, logistika, kommunikasiyaların istifadəyə verilməsi, gələcəkdə yaşıl enerji və digər prioritet istiqamətlər bu gün həmin dövlətlər üçün də mühüm əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən, onlar Azərbaycanla yaxından əməkdaşlıq etməklə, bu sahələr üzrə öz geostrateji maraqlarını təmin etməyə çalışırlar. Amma bu da yalnız qarşılıqlı fayda verə biləcək ikitərəfli, üçtərəfli və çoxtərəfli, bərabərhüquqlu münasibətlər əsasında mümkündür. Heç bir dövlət düşünməsin ki, o böyükdür, qüdrətlidir və digər dövlətlərə yuxarıdan aşağı baxaraq istədiyi formada hökm edə bilər. Azərbaycan nümunəsi göstərdi ki, bu, belə deyil. Əksinə, Azərbaycanın yaratdığı bu siyasi reallıq ölkənin xarici siyasət kursundan irəli gələn və praqmatik baxış bucağı ilə şərtlənən bir yanaşma əsasında mümkün olub", - deyə Azər Allahverənov yekunlaşdırdı. 

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Oktyabr 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see240

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see239

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see191

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see148

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see147

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see137

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see131

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri