Icma.az
close
up
RU
İlham Əliyevlə xanımının paradda iştirakı təcavüzkar ritorikalara qarşı simvolik mesaj idi Deputat

İlham Əliyevlə xanımının paradda iştirakı təcavüzkar ritorikalara qarşı simvolik mesaj idi Deputat

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Pekində keçirilən hərbi parad tarixi bir hadisədir. Parad Çin xalqının yapon işğalına qarşı göstərdiyi müqavimətin və İkinci Dünya müharibəsində qazanılmış böyük qələbənin 80 illiyində Pekinin güc nümayişi kimi qiymətləndirilməlidir. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmin tədbirdə iştirakı işğal və təcavüzkar ritorikalara qarşı simvolik mesaj idi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Çində keçirilən paradda iştirakından danışarkən bildirdi.

"Prezident İlham Əliyev bu paradda məhz qalib xalqın lideri kimi iştirak etdi və bir daha dünyaya göstərildi ki, Azərbaycan xalqı tarixin çətin sınaqlarından şərəflə çıxaraq ərazi bütövlüyünü bərpa etmiş, milli qürurunu və dövlətçilik iradəsini bütün dünyaya nümayiş etdirmişdir. Dövlət başçımızın beynəlxalq tədbirlərdə bu cür yüksək qəbul olunması Azərbaycanın artan nüfuzunun, möhkəmlənən beynəlxalq tərəfdaşlıqlarının və qlobal proseslərdə oynadığı rolun bariz təzahürüdür. Çin dünyanın ən güclü ordularından birinə və ən yüksək inkişaf tempinə malik müdafiə sənayesinə sahibdir. Rəsmi Pekin və Bakı arasındakı münasibətlər daha çox iqtisadi sferada inkişaf etsə də, hazırda hərbi sahədə əməkdaşlığı genişləndirmək üçün də böyük perspektivlər mövcuddur. Baxmayaraq ki, Azərbaycan və Ermənistan arasında artıq sülh və əməkdaşlıq mühiti formalaşıb, lakin ordu quruculuğu hələ də ölkəmizin prioritet istiqamətlərindən biri olaraq qalmaqdadır", - deyə siyasətçi vurğuladı.

Millət vəkili əlavə etdi ki, İlham Əliyevin Silahı Qüvvələrimizin modernləşməsinə və texnika parkının yenilənməsinə göstərdiyi diqqət irəliləyən dövrdə Çindən yüksək texnoloji hərbi texnikaların alınması üçün zəmin yaradır:

"Ölkə başçısının paradda iştirakı Çinin ən son hərbi yenilikləri ilə yerində tanış olması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı Azərbaycanın bu gün dünya miqyasında hörmətlə qarşılanması, məhz ölkə başçımız cənab İlham Əliyevin qətiyyətli siyasəti, müdrik diplomatiyası və qalib dövlət başçısı olmağı ilə birbaşa bağlıdır. Çin kimi böyük bir dövlətin paytaxtında keçirilən paradı izləyən liderlər arasında dövlət başçımızın xüsusi nüfuzunu, həm ölkəmizin mövqeyini, həm də xalqımızın tarixi Zəfərinin əks-sədasını bir daha göstərmiş oldu".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see447

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see280

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see190

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see159

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see149

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see141

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see139

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see135

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri