Icma.az
close
up
RU
İlham İsmayıl: “Rusiya nüvə silahına ehtiyac duymadan da böyük dağıdıcı gücə malik raketlərdən istifadə edə bilər“

İlham İsmayıl: “Rusiya nüvə silahına ehtiyac duymadan da böyük dağıdıcı gücə malik raketlərdən istifadə edə bilər“

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünyanın ən ölümcül raketlərinin siyahısı açıqlanıb. Siyahıda Rusiya bütün rəqiblərini qabaqlayaraq ilk yerdə qərarlaşıb. Ölkənin arsenalında onlarla strateji və yüksək dağıdıcı gücə malik raket var. Rusiyanın bu qədər güclü raket arsenalına malik olması hansı təhlükələri yaradır? Bu, hazırkı və gələcək müharibələrin gedişatına necə təsir göstərə bilər? Digər ölkələr – xüsusilə ABŞ və Çin – bu silah üstünlüyünə necə reaksiya verə bilər?

Bu barədə Moderator.az-a danışan təhlükəsizlik məsələləri  üzrə ekspert İlham İsmayıl bildirib ki, Rusiyanın hərbi gücə yönəlməsi tarixi ənənədən qaynaqlanır:

“Rusiyanın imperatorlarından III Aleksandrın məşhur bir sözü var: Rusiyanın iki etibarlı müttəfiqi var — ordusu və donanması. Yəni Rusiya tarixən müttəfiqlərə deyil, öz hərbi qüdrətinə arxalanan ölkə olub. Bugünkü vəziyyətdə də bu ənənə dəyişməyib. Rusiya Ukrayna müharibəsində faktiki olaraq yalnız Çin, İran və Şimali Koreya səviyyəsində dəstək alır, amma qlobal miqyasda əsl müttəfiqləri yoxdur. Buna görə də Moskva öz hərbi və xüsusilə raket potensialını gücləndirməyə məcburdur.”

Ekspertin sözlərinə görə, Rusiya artıq uzun müddətdir ki, dünyadakı strateji balansı pozan raket sistemlərinə sahibdir:

“2017-ci ildən etibarən Rusiyanın təxminən 10-a yaxın raket sistemi var idi ki, bunlar qlobal güc balansını dəyişdirirdi. “Sarmat” tipli nüvə daşıyıcıları, eləcə də son illərdə istehsal edilən “Areşnik” və “Kalibr” raketləri yüksək dağıdıcı gücə malikdir. Hətta Çin və ABŞ-la müqayisədə belə, Rusiyanın raket arsenalı daha çox dağıdıcı qüvvəyə sahibdir”.

İlham İsmayıl qeyd edib ki, bu vəziyyət gələcək üçün ciddi təhlükələr yaradır:

“Rusiya nüvə silahına əl atmadan da böyük dağıdıcı gücə malik raketlərlə hədəfləri vurmaq imkanına sahibdir. Bu, demək olar ki, hər gün Ukrayna ərazisində özünü göstərir. Onlar bu raket zərbələrini az qala ‘bayram’ kimi təqdim edirlər. Əgər Rusiya gələcəkdə yeni müharibələrə başlasa, ilk növbədə postsovet məkanı, NATO-ya üzv Şərqi Avropa və Baltik ölkələri risk altında olacaq.”

Ekspert diqqətə çatdırıb ki, Rusiyanın bu raketlərin böyük hissəsini Kalininqradın (Königsbergin) ərazisində yerləşdirməsi Avropa üçün ciddi təhlükə yaradır:

“Bu isə Avropaya daha yaxın məsafədən zərbə endirmək imkanını artırır. Rusiya bu raketləri öz ərazisində saxladığı üçün onların istifadəsinə qarşı hər hansı beynəlxalq qadağa mövcud deyil. Yəni istədiyi an bu silahlardan istifadə edə bilər. Təəssüf ki, bəşəriyyət üçün təhlükəli bir dövlətin arsenalında bu qədər dağıdıcı gücə malik raketlərin olması bütün dünya üçün ciddi təhdiddir”.

Ekspert hesab edir ki, bu vəziyyət Azərbaycanın da maraqlarını birbaşa təsir edə bilər:

“Rusiya bizim qonşumuzdur və bu qədər güclü silah potensialına sahib olan bir ölkə ilə münasibətləri mümkün qədər sabit və normal saxlamaq Azərbaycanın milli maraqlarına uyğundur. 

ABŞ və Çin də Rusiyanın raket üstünlüyünü uzun müddətdir diqqətlə izləyir. Amerika da, Çin də yaxşı bilir ki, Rusiya bu sahədə hələlik öndədir. Hər iki ölkə öz raket sistemlərini modernləşdirmək istiqamətində ciddi işlər aparır. Mənə elə gəlir ki, yaxın illərdə həm ABŞ, həm də Çin bu istiqamətdə Rusiyanı keçməyə çalışacaq. Xüsusilə Amerika bu sahədə daha fəal addımlar ata bilər”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Oktyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri