İlhamiyə Rzayeva: Şükürbəyli və Horovlu kəndlərində tikinti işləri son tamamlanma mərhələsindədir
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Cəbrayıl, 4 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
İkinci ildir ki, Cəbrayıl Şəhəri Günü doğma sakinlərinin iştirakı ilə qeyd olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva bildirib.
"Beş ildir azadlığına qovuşan bu qədim yurdun bayramı əslində yeni tarixin başlanğıcından xəbər verir. Hazırda Cəbrayılda genişmiqyaslı bərpa-quruculuq işləri böyük vüsətlə davam edir. Şükürbəyli və Horovlu kəndlərində tikinti işlərinin birinci mərhələsi artıq başa çatıb, son tamamlanma mərhələsi həyata keçirilir. Bununla yanaşı, Soltanlı kəndində də tikinti işlərinə start verilib. Bayram sevincinin yaşandığı Cəbrayılda insanlar doğma torpağa dönüşün, kəndlərin dirçəlişinin canlı şahidinə çevriliblər. Quruculuqla yanaşı, bu gün burada həm də gələcəyin işıqlı sabahına inam hissi hökm sürür", - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 04 Oktyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















