Icma.az
close
up
RU
İlin sonu bizneslər üçün güzgüdür Problemlər niyə məhz indi görünür?

İlin sonu bizneslər üçün güzgüdür Problemlər niyə məhz indi görünür?

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

İlin sonu kiçik və orta bizneslər - KOB-lar üçün yalnız maliyyə hesabatlarının bağlandığı texniki mərhələ deyil. Bu dövr eyni zamanda biznesin il ərzində gündəlik əməliyyatların fonunda görünməyən struktur problemlərinin daha aydın şəkildə üzə çıxdığı mərhələdir. Beynəlxalq təcrübə göstərir ki, məhz ilin sonu KOB-larda idarəetmə, maliyyə və təşkilati çatışmazlıqların diaqnostikası üçün ən uyğun zamandır. Bu mərhələdə ən çox yaranan suallardan biri belədir: Dövriyyə artımı niyə real maliyyə dayanıqlığı yaratmır? Bir çox KOB-da ilin sonunda satış həcminin və dövriyyənin artması müşahidə olunsa da, bu artım əksər hallarda pul axınının yaxşılaşması ilə nəticələnmir. OECD və Dünya Bankının KOB-lar üzrə apardığı tədqiqatlarda bu vəziyyət “growth without profitability” - mənfəətsiz böyümə kimi xarakterizə olunur. Araşdırmalar göstərir ki, problem bazarın zəifliyi ilə deyil, satışın keyfiyyətinin ölçülməməsi, marja analizinin aparılmaması və debitor borclarına nəzarətin zəifliyi ilə bağlıdır. Bu isə KOB-larda satışın kəmiyyət göstəricisi kimi qəbul edildiyini, lakin gəlirlilik və likvidlik göstəricilərinin strateji qərarlarda yetərincə nəzərə alınmadığını göstərir.
İlin sonu həm də insan resurslarının və komanda performansının obyektiv qiymətləndirilməsi üçün mühüm fürsətdir. Lakin yerli KOB-ların böyük hissəsində bu proses formal xarakter daşıyır. Beynəlxalq təcrübə ilə müqayisədə əsas fərq ondadır ki, inkişaf etmiş KOB modellərində, xüsusilə Almaniya və Skandinaviya ölkələrində performans qiymətləndirməsi nəticəyə əsaslanan ölçülə bilən indikatorlar üzərindən aparılır. Yerli praktikada isə idarəetmə daha çox şəxslər üzərində qurulur. Bu da strukturun deyil, fərdi münasibətlərin dominant olduğu idarəetmə modelini formalaşdırır.
Təhlillər göstərir ki, KOB-ların əhəmiyyətli hissəsində sahibkar strateji idarəedici rolunu deyil, operativ icraçı funksiyasını yerinə yetirir. OECD-nin KOB idarəetməsi üzrə tövsiyələrinə əsasən, bu model qısa müddətdə effektiv görünsə də, uzunmüddətli perspektivdə biznesin böyüməsini və institusional inkişafını məhdudlaşdırır. Sahibkarın əməliyyatlara həddindən artıq cəlb olunması qərarvermənin mərkəzləşməsinə və biznesin bir şəxsdən asılı vəziyyətdə qalmasına səbəb olur.
KOB-ların ilin sonunda üzləşdiyi digər sistemli problem fəaliyyət sahələrinin həddindən artıq genişləndirilməsidir. Beynəlxalq araşdırmalar göstərir ki, KOB-lar çox zaman riskləri azaltmaq məqsədilə paralel istiqamətlərə yönəlir. Lakin bu yanaşma resursların parçalanmasına və strateji fokusun itməsinə gətirib çıxarır. Təhlil göstərir ki, KOB üçün əsas təhlükə fokusun olmaması deyil, fokusdan yayınmanın normallaşdırılmasıdır. Halbuki uğurlu KOB modellərində məhdud resurslarla yüksək nəticə əldə etməyin əsas şərti fokuslanmış strategiyadır.
Aparılan ümumi təhlil onu göstərir ki, KOB-ların ilin sonunda üzləşdiyi çətinliklər situativ deyil, struktur xarakterlidir. Dövriyyə problemləri, komanda idarəçiliyi, sahibkarın rolu və strateji fokus bir-biri ilə sıx əlaqəlidir və ayrı-ayrılıqda həll edilə bilməz. Beynəlxalq təcrübə də təsdiqləyir ki, KOB-larda dəyişiklik ehtiyacı ilin sonunda yaranmır, ilin sonunda daha aydın görünür. Məhz bu mərhələdə analitik yanaşma və düzgün idarəetmə qərarları verən sahibkarlar növbəti ilə eyni problemlərlə deyil, daha dayanıqlı və sistemli idarəetmə modeli ilə daxil olurlar.
Çinarə Ağayeva
Biznes məsləhətçi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:36
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Dekabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri