Icma.az
close
up
RU
Politoloq: AŞPA özü üçün problemlər axtarır

Politoloq: AŞPA özü üçün problemlər axtarır

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan hakimiyyəti heç Bakıdakı erməni hərbi cinayətkarları bu qədər müdafiə etmir

AŞPA Azərbaycanı separatçı liderləri azad etməyə çağıran qətnamə qəbul edib. Beynəlxalq təşkilatların Azərbaycana qarşı münasibətinin hansı standartlarda olduğu hər zaman açıq görünüb. İkili standartların olduğu, beynəlxalq hüquqa söhkənməyən qərarların müdafiə olunduğu bu cür təşkilatlar son zamanlar bütün imkanlarını təzyiq etmək üçün istifadə etməyə başlayıblar. Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) ötən ilin ilk günlərindən Azərbaycana qarşı təzyiq ritorikası seçib. Belə ki, 2024-cü ilin 22 yanvar tarixində AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatlar çağırış etmişdi. 24 yanvarda isə Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını verdi və nümayəndə heyəti bununla bağlı bəyanat yaydı.

Bu dəfə də AŞPA Azərbaycana münasibətdə bütün dəyərlərin üzərindən xətt çəkmək anlamına gələn bir bəyanat yayıb. Söhbət ondan gedir ki, AŞPA hər zaman insan hüquqları, azad və müstəqil məhkəmə, demokratiya və buna bənzər dəyərləri ön planda tutduğunu bəyan edib. Amma yenə də AŞPA Azərbaycana qarşı münasibətdə bu dəyərləri heçə sayıb. Belə ki, AŞPA Azərbaycana yenidən çağırış edib.“AŞPA Dağlıq Qarabağın Bakıda saxlanılan separatçı liderlərinin və bütün erməni hərbi əsirlər ilə bağlı vəziyyəti izləyir, Azərbaycana bu şəxsləri azadlığa buraxmağa dair çağırışını bir daha təkrarlayır”, - deyə AŞPA bəyanatında deyilib.


Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə “Sherg.az"a açıqlamasında deyib ki, AŞPA Azərbaycanla bağlı Qətnamədə Azərbaycanda demokratiyanın, qanunun aliliyinin və insan hüquqlarının getdikcə pisləşməsi ilə bağlı çağırışlar edib. Guya, bu, AŞPA-nın əsas prinsiplərdi. Amma Azərbaycana qarşı işğal, soyqırımı, vandalizm, hərbi cinayət törədən erməni  separatçıların azad olunması ilə bağlı çağırışı prinsipsizliyini ortaya qoyur:


 “Azərbaycan xalqı haqlı olaraq AŞPA-nın bu qətnaməsini və çağırışını ciddi qəbul etmir. AŞPA-nın separatçı hərbi cinayətkarlarla bağlı çağırışı bu qurumun fəaliyyətinə kölgə salmış olur. Bu qurumun yalnız öz maraqları kontekstində çalışdığını göstərir. AŞPA Azərbaycan xalqının hüquqları ilə bağlı çağırışını erməni hərbi cinayətkarları ilə bağlı paralel aparmaqla Azərbaycan xalqına qarşı hörmətsizlik edir. Bu qurumda oturanlar Fransanın geosiyasi maraqlarını müdafiə edir və Ermənistanın cinayətlərini görməzdən gəlir. Ona görə də AŞPA bir qurum kimi etimadını zəiflədib.

Avropa İttifaqı Rusiya-Ukrayna müharibəsində belə bir qeyri-konstruktiv mövqe sərgiləyir. AŞPA reallıq hissini itirib. Ermənistan hakimiyyəti Bakıdakı erməni hərbi cinayətkarları müdafiə etmir. AŞPA özü üçün problemlər axtarır. Görünür, AŞPA Azərbaycanla əlaqələrin bərpasında maraqlı deyil. Erməni separatçıları ilə bağlı çağırış edəndə Bakıda sərt reaksiya doğuracaqlarının fərqindədirlər. Azərbaycanda daima insan hüquqları, demokratiya ilə bağlı iki qurum arasında fikir ayrılıqları olub. Amma Qarabağ müharibəsindən sonra AŞPA Azərbaycanla bağlı problemlər axtarmağa başladı”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Fevral 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see381

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see368

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see340

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see338

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see304

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see300

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see289

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see236

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see216

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see216

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see213

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see207

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see202

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see202

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see200

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see190

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see190

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see185

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri