Icma.az
close
up
RU
Sahibkarlar üçün ciddi problemlər yaranacaq KONKRET

Sahibkarlar üçün ciddi problemlər yaranacaq KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

“Görünən odur ki, növbəti mərhələdə bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlərə nəzarət gücləndiriləcək. Vergiyə cəlb etmək üçün həmin müəssisələrdə kassa aparatlarının, yaxud POS terminaların qoyulmasına daha ciddi nəzarət olunacaq”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a iqtisadçı Allahverdi Aydın deyib.

Onun sözlərinə görə, gələn ildə bir çox vergi növləri üzrə artımlar labüddür:

“Məlum olduğu kimi, gələn ilin büdcəsində vergi yığımlarının artırılması nəzərdə tutulub. Fiziki şəxslərin gəlir vergisindən başqa, digər vergilərin də artırılması gözlənilir. Neft gəlirlərindən büdcəyə ayrılan pulda kəskin azalma var. Alternativ variant kimi vergi sisteminə nəzarət mexanizminin gücləndirilməsinə diqqət ayrılacaq. Yaxın günlərdə sadalanan obyektlərdə Dövlət Vergi Xidmətinin əməkdaşları tez-tez görünəcəklər”.

Ekspert vurğulayıb ki, ƏDV ödəyicisi olmaq üçün nəzərdə tutulan dövriyə həcmi artırımalıdır:

“Azərbaycanda əlavə dəyər vergisi ilə bağlı illik 200 min manat dövriyyə nəzərdə tutulur. Yəni hüquqi şəxs 200 min manat dövriyəni keçdikdən sonra ƏDV ödəyicisi olur. Bu qərar təxminən 20 il əvvəl verilib. Həmin dövrdən indiyə qədər manat dəfələrlə ucuzlaşıb, dəyərdən düşüb.

O dövrdə 200 min manat böyük məbləğ idi. Bu gün orta səviyyəli bir müəssisənin çox rahatlıqla 200 min manatlıq dövriyəsi ola bilir. Ona görə də, ƏDV üçün nəzərdə tutulmuş bu məbləğ artırılmalıdır. Ən azı 500 min manat olmalıdır. Təbii ki, bundan yuxarı da ola bilər. Bu məbləğdən aşağı dövriyyəsi olan müəssisələr ƏDV ödəyicisi kimi qeydə alınmamalıdır. Görünür ki, hələ ki bu məsələ müzakirə olunmur”.

A.Aydın deyib ki, yeni qaydalar sahibkarlar üçün heç də müsbət şeylər vəd etmir:

“Əlbəttə, yeni qaydalar bir çox obyektlərə problem yaradacaq. Fikrimcə, şəhərin mərkəzində olan kiçik həcmli gözəllik salonunu əlavə dəyər vergisinə cəlb etmək doğru yanaşma deyil. Bu tip müəssisələri daha sadələşdirilmiş vergi ödəyicisi kimi qeydə almaq olar. Hesab edirəm ki, sahibkarlar üçün növbəti illərdə ciddi problemlər yaşanacaq”.

Sonda iqtisadçı bildirib ki, bərbərxana və gözəllik salonların ƏDV-yə cəlb edilməsi təklif olunan xidmətlərin qiymətini artıracaq:

“İstər-istəməz bərbərxana, gözəllik salonu işlədən şəxslər xidmətlərdə qiymət artımına gedəcək. Bu birmənalıdır. Qiymətlərin ucuz olmasının birbaşa səbəblərindən biri odur ki, sözügedən xidmətləri göstərən şəxslər vergi ödəmir. Amma kassa aparatı varsa və vergi ödəyirsə, sahibkar sözsüz ki, təqdim etdiyi xidmətlərin qiymətini artıracaq. Söhbət 18 faizlik vergidən söhbət gedir. Bu isə qiymətlərin ən az 20-30 faiz qalxması deməkdir”.

Qeyd edək ki, “ƏDV geri al” mexanizmi bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Oktyabr 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see282

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see223

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see222

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see219

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see213

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see212

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see211

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see210

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see196

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see196

Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir

23 Avqust 2026 13:17see169

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see165

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see163

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see161

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see159

ABŞ də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib

23 Avqust 2026 13:29see159

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see159

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see158

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see157

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri