Icma.az
close
up
RU
İlk 4 ayda...

İlk 4 ayda...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Büdcənin gəlirləri artıb, xərclər tam və vaxtında təmin edilib

2025-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 13 milyard 964,9 milyon manat təşkil edib ki, bu da 4 aylıq proqnozdan 219,7 milyon manat və ya 1,6 faiz çoxdur. Büdcə gəlirlərinin 6 milyard 923,5 milyon manatını Dövlət Vergi Xidməti təmin edib ki, bu fiskal yığımlar proqnozdan 398,2 milyon manat və ya 6,1 faiz çoxdur. Həmçinin, Dövlət Gömrük Komitəsi 2,65 milyard manat büdcəyə vəsait köçürməklə proqnozdan 37,9 milyon manat və ya 1,9 faiz fiskal ödənişi reallaşdırıb. Dövlət Neft Fondundan büdcəyə transfertin həcmi isə 4 milyard 579,1 milyon manat təşkil edib. Digər büdcə daxilolmalarının strukturunda Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmaların payı 14,8 milyon manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 200,3 milyon manat təşkil edib.

Büdcənin yığım potensialı artır

Büdcənin gəlirlər hissəsi üzrə daxilolmalarda qeydə alınan artımlar büdcə xərclərinin tam şəkildə icrasının da təmin edilməsinə mühüm təsir göstərib. Belə ki, cari ilin 4 ayı üzrə dövlət büdcəsinin xərcləri 11 milyard 191,9 milyon manat təşkil etməklə, bütün xərc prioritetlərinin yerinə yetirilməsinə səbəb olub. Əməkhaqları, müavinətlər, pensiyalar, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, dövlət proqramları və məqsədli tədbirlərin, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.

Qeyd edək ki, 2025-ci ilin dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərclərinin məbləği isə 41 milyard 407,6 milyon manat nəzərdə tutulub. Büdcə gəlirlərinin 18 milyard 773 milyon manatı neft-qaz sektorunun, 19 milyard 543 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür. Qeyri-neft gəlirləri büdcədə 51 faizə yaxın olmaqla, xüsusi üstünlük təşkil edir. Dövlət büdcəsinin xərcləri nominal və funksional baxımdan ən böyük xərc toplusu hesab oluna bilər. Belə ki, xərclərin məbləği 2024-cü ilin təsdiq edilmiş ilk büdcəsinə nisbətən 4 milyard 605 milyon manat və yaxud 12,5 faiz, yenidən baxılmış büdcəyə nisbətən isə 1 milyard 625 milyon manat və yaxud 4,1 faiz çoxdur. Bu isə büdcənin yığım potensialı nəzərə alınmaqla böyük bir maliyyə təminatının yaradılması deməkdir. İlk rüb üzrə yığımlar isə həmin təminatın tam həcmdə və hətta artıqlaması ilə yerinə yetiriləcəyinə dəlalət edir. 

Əsas xərc hədəfi azad ərazilərin maliyyə təminatıdır

2025-ci ildə dövlət büdcəsinin xərc prioriteti kimi ilk yeri müdafiə və təhlükəsizlik istiqaməti tutur. Həmin xərclərin məbləği 8 milyard 396,3 milyon manat olmaqla cəmi xərclərin 19 faizini təşkil edir. Büdcə xərclərində ikinci başlıca istiqamət isə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsidir. Bu xərc siyasətinə əsasən, azad ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət,  mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin  bərpası və yenidən qurulması, yaşayış evlərinin  tikintisi və s.) məqsədilə 4 milyard manat vəsait nəzərdə tutulub. Büdcədə keçmiş məcburi köçkünlərin sosial müdafiəsi üçün 311 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Büdcədə gəlirlərin artması və profisitin yaranması qarşıdakı aylarda əsas xərc hədəfi olan azad ərazilərin yenidən qurulması ilə bağlı layihələrin maliyyə təminat?nın daha da artırılmasına səbəb ola bilər.

Beşinci sosial paket üçün dayanıqlı təminat

2025-ci ilin büdcə zərfi Azərbaycan dövlətinin sosial iradəsini əks etdirməklə sosialyönümlü prioritetlərə əsaslanır. Büdcədə sosial xərclərin məbləği 41 faiz təşkil edəcək ki, bu da vətəndaşların sosial rifahının və təminatının yaxşılaşdırılması üçün mühüm maliyyə bazası deməkdir. Bu, eyni zamanda, birbaşa sosial xərclərin maliyyə tutumunun 20 milyard manata yaxın olmaqla əhatəli sosial qərarların qəbul edilməsini gerçəkləşdirəcək. Təkcə, sosial müdafiə və sosial təminat xərcləri 4,8 milyard manat təşkil edir. Bundan başqa, Dövlət Sosial Müdafiə Fondunun büdcə gəlirləri 8 milyard manat olmaqla, növbəti ildə sosial xərcləri qarşılamaq üçün əhəmiyyyətli maliyyə mənbəyi formalaşdırır. Ümumilikdə, cari ilin büdcə gəlirlərində qeydə alınan artımlar beşinci sosial islahat paketinin icra olunması üçün güclü baza yaradır. Sosial paket çərçivəsində yanvar ayından minimum əmək haqqı və minimum pensiyalar, əmək pensiyaları, bir sıra dövlət orqanlarının əməkdaşlarının əməkhaqları artrılıb. Yaxın günlərdə isə təqaüd və digər müavinətlər də artırılacaq. Beləliklə, 2025-ci ilin büdcə potensialı sosial tədbirlərin əhatəsinin genişlənməsi üçün hüquqi əsaslar yaradır.

Ümumilikdə, cari ilin yanvar-aprel ayları üzrə yığımlar büdcədəki bütün xərc istiqamətləri üzrə təminatların tam həcmdə və hətta artıqlaması ilə yerinə yetiriləcəyinə təminat verir.

ELBRUS CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 May 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1194

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see469

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see367

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see366

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see366

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see359

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see317

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see294

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see263

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see237

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see208

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see207

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see203

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see199

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see194

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see189

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see179

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri