Icma.az
close
up
RU
İlk dəfə olaraq internet folkloru mövzusu üzrə filologiya elmləri doktoru diplomu təqdim edilib

İlk dəfə olaraq internet folkloru mövzusu üzrə filologiya elmləri doktoru diplomu təqdim edilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 1 iyul, AZƏRTAC

Son illər ölkəmizdə rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının inkişafı istiqamətində yürüdülən dövlət siyasəti və həyata keçirilən genişmiqyaslı tədbirlərə müvafiq olaraq, Azərbaycan Milli Elmlər Akademiyasında da məqsədyönlü işlər aparılıb, əhəmiyyətli nəticələr əldə edilib. AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə innovativ multidisiplinar tədqiqatların genişləndirilməsi, xüsusilə süni intellektin humanitar və ictimai elmlər sahəsində tətbiqi istiqamətində mühüm addımlar atılıb. Bu islahatlar yüksəkixtisaslı kadrların hazırlanmasında və yeni elmi istiqamətlərin formalaşdırılmasında böyük rol oynayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə AMEA Folklor İnstitutunun direktoru dosent Hikmət Quliyev folklorşünaslıq ixtisası üzrə (mövzu: “İnternet folkloru: nəzəri-metodoloji kontekst və folklorik məna yaradıcılığı”) filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. Dissertasiya işi təxminən 10 ilə yaxın müddətdə AMEA Folklor İnstitutu ilə Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun elmi əməkdaşlığı çərçivəsində hazırlanıb.

Bu barədə AZƏRTAC-a İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib. Bildirilib ki, dosent Hikmət Quliyevin “İnternet folkloru: nəzəri-metodoloji kontekst və folklorik məna yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası multidisiplinar metodologiya, sosial-antropoloji folklorşünaslıq yanaşmaları və informasiya texnologiyalarının tətbiqi əsasında meydana çıxıb. Tədqiqatda bəşəriyyətin inkişafında epoxal dəyişikliklər yaradan informasiya inqilablarının, elmi-texnoloji tərəqqinin sosial-demoqrafik proseslərə təsiri geniş şəkildə araşdırılıb. Eyni zamanda, H.Quliyevin tədqiqatlarında informasiya təhlükəsizliyi və folklor, Milli Rəqəmsal Folklor Resursları Verilənlər bazasının arxitekturunun hazırlanması, kollektiv təbii intellektdən qaynaqlanan süni intellekt texnologiyalarının analizi, texnoloji innovasiyaların təsiri ilə virtual kommunikasiyada meydana gələn dəyişikliklər kimi məsələlər araşdırılıb.

Xatırladaq ki, H.Quliyev 2015-ci ildə Folklor İnstitutunda “Azərbaycan folklorunda Müdrik qoca arxetipi” mövzusunda dissertasiya işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2018-ci ildə isə folklorşünaslıq ixtisası üzrə dosent elmi adını alıb. O, azərbaycandilli virtual folklor mühitinin spesifik xüsusiyyətləri, rəqəmsal folklor resurslarının dinamikası, internet folklorunun toplanması, təsnifi və çoxparametrli təhlili kimi prioritet istiqamətlərdə sistemli və ardıcıl elmi-tədqiqat işləri aparıb.

Ölkəmizdə bu sahədə aparıcı mütəxəssislərdən biri kimi tanınan H.Quliyev 6 kitabın və 60-a yaxın elmi məqalənin müəllifidir. Alimin elmi məqalələrinin bir qismi respublikada, digərləri isə beynəlxalq elmi nəşrlərdə çap olunub. Onun “Web of Science” və “Scopus” kimi nüfuzlu beynəlxalq bazalarda indeksləşən jurnallarda 4 elmi məqaləsi dərc edilib. Alim bir sıra respublika və beynəlxalq səviyyəli elmi konfranslarda ölkəmizi uğurla təmsil edib.

H.Quliyev hazırda IV Sənaye İnqilabının çağırışları və rəqəmsal transformasiyalar fonunda xalq mədəniyyətində müşahidə olunan dəyişikliklər, süni intellekt və folklor münasibətlərinin araşdırılması, internet folklorunun müasir problemləri kimi aktual elmi istiqamətlərdə tədqiqatlarını davam etdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyul 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see181

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see152

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see139

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri