Icma.az
close
up
RU
Azərbaycanda psixoanalitik folklorşünaslıq sahəsində ilk dəfə olaraq filologiya elmləri doktoru diplomu təqdim edilib

Azərbaycanda psixoanalitik folklorşünaslıq sahəsində ilk dəfə olaraq filologiya elmləri doktoru diplomu təqdim edilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 2 iyul, AZƏRTAC

Son illər AMEA-da aparılan genişmiqyaslı islahatların mühüm istiqamətlərindən birini ölkəmizdə humanitar və ictimai elmlərin prioritetlərinin dövlətin milli maraqlarına və dünyanın elmi məktəblərinin intellektual çağırışlarına uyğunlaşdırılması istiqamətində görülən işlər təşkil edir. İslahatlar nəticəsində müxtəlif elm sahələrində sosial-antropoloji elmi istiqamətin tədqiqat rakursu genişləndirilib, bu sahədə yüksəkixtisaslı kadr hazırlığına diqqət artırılıb. Dövlətin elm siyasətinə müvafiq olaraq həyata keçirilən bu islahatlar AMEA-da elmi göstəricilərin yüksəldilməsi ilə yanaşı, yüksəkixtisaslı kadr hazırlığı sahəsində nəzərəçarpacaq irəliləyişlərin əldə olunmasına şərait yaradıb.

“Folklorda metaforik düşüncənin psixoanalitik semantikasi” mövzusunda elmlər doktoru dissertasiyası müdafiə etmiş AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi dosent Səfa Qarayevə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə folklorşünaslıq ixtisası üzrə filologiya elmləri doktoru elmi dərəcəsi verilib. Psixoanalitik folklorşünaslıq sahəsində müdafiə edilmiş ilk dissertasiya işi Səfa Qarayevin 10 ildən artıq müddətdə mütəmadi apardığı tədqiqatlar nəticəsində ortaya çıxıb.

Bu barədə AZƏRTAC-a Folklor İnstitutundan məlumat verilib. Dissertasiya sosial-antropoloji elmi istiqamət kimi formalaşan psixoanalitik folklorşünaslığın nəzəri-metodoloji alətlər sistemindən, folklora proyeksiya hadisəsi kimi yanaşma üsulundan, insanın (kollektivin) mətndə aktuallaşan qeyri-şüuri arzularının semantik oxusuna imkan verən ekvivalentlik sistemindən istifadə edilərək hazırlanıb.

Dissertasiyada psixoanalitik metod folklorun kollektivlik, ənənəvilik və variantlılıq xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilib. Aparılan təhlillərdə müəyyən edilib ki, mərasimlər, dastanlar, nağıllar, lətifələr, inanclar və ayrı-ayrı folklorik obraz, motiv və davranışlar yalnız şüurlu cəmiyyət ideyalarının ifadəçisi deyil, onlar həmçinin cəmiyyətin açıq müzakirəyə çıxarmadığı, kollektivin birbaşa dərk etmədiyi ideyaları simvolik şəkildə təcəssüm etdirir.

Dissertasiyada qeyri-şüurilik kontekstində folklora psixoanalitik yanaşmanın nəzəri-metodoloji əsasları problemi üzrə psixoanalitik nəzəri anlayışlar və onların folklora tətbiqi məsələləri, Ziqmund Freydin psixoanalitik təhlil metodu, eləcə də Alan Dundesin psixoanalitik folklorşünaslıq görüşləri araşdırılıb, psixosemantik məna oxunuşunun nəzəri əsasları müəyyənləşdirilib, folklorda qəhrəmanın “infantil qeyri-şüuri cənnət” axtarışının psixogenezisi və bunun konfliktyaradıcı mahiyyəti kontekstində “dirilik suyu” motivi, ana və ata əcdad obrazlarının psixosemantikası təhlil olunub.

Tədqiqat çərçivəsində folklorda “ata yasağı”na infantil reaksiyanın metaforik-simvolik təzahürləri və onların psixoanalizi problemi araşdırılıb, qəhrəmanın qadın mühitindən kişi mühitinə keçidi kontekstində müstəqilləşmə prosesi, ataya qarşı protestin mədəni-psixoloji effektləri və buta motivində aşiq-məşuq münasibətlərinin psixosemantikası məsələləri tədqiq olunub.

Folklorda konfliktyaradıcı infantil “Ailə dramı”nın mənayaradıcı gücü və simvolik proyeksiyası problemi kontekstində Azərbaycan folklorunda Edip süjeti və digər infantil mövqeli mətnlərin psixosemantikası, eləcə də folklorik mənayaradıcılığı prosesində infantil mövqenin iştirakı araşdırılıb.

Dissertasiyada, həmçinin folklorik metaforaların sosial gerçəklikdə aqressiv reaksiyalar və fantaziyaları sanksiyalaşdırması problemi Molla Nəsrəddin obrazının antinormanı aktuallaşdırması və Novruz mərasimlərinin yaradılış simvollarının psixosemantikası kontekstində öyrənilib.

Xatırladaq ki, Səfa Qarayev 2015-ci ildə AMEA-nın Folklor İnstitutunda “Azərbaycan folklorunda mifoloji xaos” mövzusunda dissertasiya işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2018-ci ildə isə folklorşünaslıq ixtisası üzrə dosent elmi adını alıb.

O, hazırda folklorun psixoanalitik metod əsasında araşdırılması, folklorda psixoloji proyeksiya modelləri və simvolik ekvivalentlik sisteminin analizi, metaforik reallığın stereotip və psixoloji komplekslərlə əlaqələrinin müəyyənləşdirilməsi, mifoloji xaos və kosmos münasibətləri, onların mədəniyyətdə təzahür səviyyələrinin öyrənilməsi, folklorda mənayaradıcı amillərin aşkarlanması istiqamətlərində sistemli və ardıcıl elmi-tədqiqat işlərini davam etdirir.

Səfa Qarayev ölkəmizdə bu sahədə aparıcı mütəxəssislərdən biri kimi tanınır. O, 7 kitabın və 60-a yaxın elmi məqalənin müəllifidir. Alimin elmi məqalələrinin bir qismi respublikada, digərləri isə beynəlxalq elmi nəşrlərdə çap olunub. Onun “Web of Science” və “Scopus” kimi nüfuzlu beynəlxalq bazalarda indeksləşən jurnallarda 4 elmi məqaləsi dərc edilib. Səfa Qarayev bir sıra respublika və beynəlxalq səviyyəli elmi konfranslarda ölkəmizi uğurla təmsil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyul 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri