Icma.az
close
up
RU
İlk dəfə səndən ayrılanda ağladım

İlk dəfə səndən ayrılanda ağladım

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kamalə ABİYEVA

SEVGİ AXTARDIM

İlk dəfə səndən ayrılanda ağladım.

Mən ilk dəfə ilk ayrılığa ağladım.

Məni sinənə sıxanda

əllərin doğmalığında rahatladım,

sevənim olduğunu, sevgini anladım.

İlk dəfə sevdim.

Və bir oyuncaq həsrətindən

bir rahatlıq həsrətinə böyüdüm.

Hər əldə doğmalıq,

hər sinədə sevgi olmur, anladım.

Laqeyd üzlər, biganə gözlər,

nə qədər yadlar gördüm.

Nə ayrılıqlar yaşadım,

nə saxtalar tanıdım,

nə yalanlardan yıxıldım.

Sevgi axtardım...

Sənin kimi sevən aradım.

Tapsam, sığınacam ona,

daha ağlamayacam, ana.

NƏNƏMİN DARIXMAĞI

Babam çoxdan ölmüşdü.

rayondakı evində nənəm təmtək qalmışdı.

Övladları hamısı şəhərə gəlmişdilər.

Universitetlər oxuyub şəhərli olmuşdular.  

Ara-sıra gedərdilər yanına,

baş çəkərdilər ona.

Mənim nənəm dərziydi.

Zinger maşını vardı, o maşını qoymuşdu

pəncərə qabağına.

Pəncərə örtüyünü çəkmişdi bir az yana.

düzəltmək istəyəndə:

"Ordan yola baxıram, əl vurmayın" - deyərdi.

ordan yol görünərdi.

Tikiş tikməyəndə də ordaca oturardı,

nənəm yola baxardı...

o yolla sevinərdi, o yolla darıxardı.

Daha gözləmir nənəm nə qəfil qonaqları,

nə o evdə böyüyən "şəhərli" uşaqları.

İndi o ev də tənha, indi o yol da tənha,

Nə gedən var, nə gələn, nə də ki yol gözləyən,

heç biri yoxdu daha...

Təmtəkcə həsrətim var kaşkilərin əlində.

Bir də o tənhalıq tək ürəyimdə daş olan,

gözlərimdə yaş olan nənəmin darıxmağı -

Darıxmağın yoxluğu...

ELƏ SEVƏRSƏN Kİ...

(İzelimə)

Elə sevirsən ki, elə sevirsən,

Sevgin sığmır nə sözə,

nə baxışa, nə gözə.

Sevgi var ki, onsuz yaşaya bilmirsən,

elə çox ki, daşıya bilmirsən.

Sığmır ruhuna, varlığına,

bu dünyanın darlığına.

Elə sevirsən.

Elə sevirsən ki, önündə çarəsizsən.

gözündən bir damla düşsə,

dənizlər gözündən düşər.

Bir damlada boğularsan.

Təbəssümündə yenidən doğularsan.

Elə sevirsən!

Elə sevirsən ki, bu sevgindən kövrəlirsən.

Kövrəlirsən gözəlliyindən,

əzizliyindən, təmizliyindən,

ağlamaq, hayqırmaq istəyirsən

xoşbəxtliyindən. 

Elə sevirsən,

mən səni sevdiyim kimi.

Bütün nifrətlərə nifrət kimi,

Bütün sevgilərə heyrət kimi.

Elə sevirəm səni.

Sən bütün xəyanətlərin gedişi,

bütün namərdlərdən qurtuluşum.

Sən həyata, mövcudluğa toxunuşum.

Gözəlim,

Səninlə doğuldu bu sevgim, İzelim.

lll

Çilik-çilik olan səsdi,

Çəkə bilmədiyin ahdı sükut.

içinə dolan nəfəsdi,

gözündən axan günahdı sükut.

UŞAQLIĞIM

Düşür yadıma hərdən

bircə şirin kəlmədən bəxtəvər olan çağım,

o məsum uşaqlığım.

Xatirələr vurnuxub siz məni aldatmayın.

Yellənçəkdə yuxlayan sevinci oyatmayın.

Ürəyim dözməz axı, bu sevincin qəminə.

Nə olar ki, qıymayın gözlərimin nəminə.

O körpə ürəyimdə gizlədiyim məhəbbət,

Gizlənqaç oynayanda yaşadığım səadət,

Onsuz da bilirəm mən gözlərimi açan tək

itəcəkdir ömrümdən, bir daha dönməyəcək.

Xatirələr, ömrümdə, amandır, dolanmayın.

Mürgülü xatirələr, amandır, oyanmayın.

Siz məni o günlərə, amandır, aparmayın...

Mən ki ötən illəri unutmaq istəyirəm.

Axı xatirələrlə yaşamaq istəmirəm,

Bu günləri mən elə o bəxtəvər uşaq tək

yaşamaq istəyirəm.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Sentyabr 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see891

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see342

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see314

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see301

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see278

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see265

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see232

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see230

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see205

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see203

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see202

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see201

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see201

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see195

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see188

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see188

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see187

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see175

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri