Icma.az
close
up
RU
İlk Kreml addım atmalıdır: Azərbaycanla münasibətlərin yaxşılaşmasında top Rusiyadadır

İlk Kreml addım atmalıdır: Azərbaycanla münasibətlərin yaxşılaşmasında top Rusiyadadır

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Moskva azərbaycanlılara qarşı qərəzli mövqeyini ortaya qoyur


Çingiz Qənizadə: Putin Çindəki salamlaşmadan nəticə çıxarmalıdır


Azərbaycan-Rusiya arasında əməkdaşlıq və qarşılıqlı anlaşma çərçivəsində atılan addımlara baxmayaraq, son dövrlərdə baş verən hadisələr bu münasibətlərin ciddi gərginlik mərhələsinə qədəm qoyduğunu göstərir. Xüsusilə mülki təyyarənin vurulması, günahsız insanların həyatını itirməsi və bu hadisəyə görə rəsmi Moskvanın məsuliyyət götürməkdən boyun qaçırması Azərbaycan cəmiyyətində və siyasi dairələrində haqlı narahatlıq yaradıb. Paralel olaraq Rusiyada azərbaycanlılara qarşı həyata keçirilən kütləvi həbslər, insan haqlarının pozulması və Rusiya mediasında Azərbaycana qarşı aparılan təbliğat kampaniyası ikitərəfli münasibətləri daha da soyutmaqda davam edir.

Bütün bunlarla yanaşı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bəyan edib ki, Azərbaycanda həbsdə olan Rusiya vətəndaşlarının azad edilməsi Moskva və Bakı arasında münasibətlərin normallaşması üçün vacib addım ola bilər. Bu açıqlama bir daha göstərir ki, münasibətlərin sabitləşməsi üçün ciddi diplomatik addımlar atılmalıdır. Bu isə ilk növbədə Rusiyadan konkret və məsuliyyətli davranış tələb edir.


Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Sherg.az-a Rusiya ilə Azərbaycan arasında artan gərginlikdən və onun səbəblərindən danışıb:


"Rusiya-Azərbaycan münasibətlərinin bu həddə gəlib çatmasında bir mənalı olaraq Rusiyanın siyasi hakimiyyəti və siyasi dairələri məsuliyyət daşıyır. Təyyarəmiz vurulduqdan sonra Prezident İlham Əliyev dəfələrlə qeyd etdi ki, bu qəsdən törədilən cinayət deyil, amma Rusiya bununla bağlı üzr istəməli və kompensasiya ödəməlidir. 8 aydan artıq müddət keçib, lakin Moskva mülki təyyarəyə atəş açması və çoxsaylı insanın həlak olması ilə nəticələnən cinayət əməlinə görə hələ də üzr istəmək istəmirlər. Bu, Azərbaycan-Rusiya münasibətlərinə, eləcə də 22 fevral 2022-ci ildə bağlanan müttəfiqlik sazişinə ziddir. Rusiya özü bu barədə düşünməlidir. 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarovanın bu açıqlaması mətbuatda bu gün müzakirə mövzusudur. O, Azərbaycanda saxlanılan Rusiya vətəndaşı olan jurnalistlərin buraxılmasını tələb edir. Amma yaxşı olardı ki, ilk olaraq qeyd edərdi ki, biz təyyarə ilə bağlı Azərbaycandan bu günlərdə rəsmi üzr istəyərək təzminat məsələsini gündəmə gətirəcəyik və Rusiyada günahsız saxlanılan iş adamlarınızın hamısını həbsdən azad edəcəyik. Onların hamısı şərlənərək, müxtəlif bəhanələr altında həbs olunublar". 


Ekspert Azərbaycan vətəndaşlarından qanunlara əməl etməyi tələb edən Rusiyanın özünün bu gün korrupsiya, rüşvət və qanunsuzluq içərisində yaşayan dövlət olduğunu söyləyib:

"Moskva azərbaycanlılara qarşı qərəzli mövqeyini ortaya qoyur. Saxlanılan azərbaycanlıların hamısı cinayət törədən şəxslər deyillər. Ola bilər, əməllərində hansısa bir kriminal hərəkət olsun, amma bu da əsas vermir ki, kütləvi şəkildə onlar həbs edilsin, evlərinə basqınlar olunsun, təhqir edilsinlər, döyülsünlər. Rusiya öz hərəkətlərini müzakirə edərək sivil formaya salmalıdır. Bundan sonra Bakıdan qarşılıqlı şəkildə burada saxlanılan rusiyalı "jurnalistlərin" buraxılmasını tələb edə bilər. Rusiya bizim gözlədiyimiz addımları atdıqdan, soydaşlarımızı azad etdikdən sonra, bərabər şəkildə biz də Rusiyanın burada cinayət törədən və Rusiya xüsusi xidmət orqanlarına bağlı olan şəxslərin azad olunması ilə bağlı razılaşma edə bilərik. Bu, Prezident İlham Əliyevin və hüquq-mühafizə orqanlarının mövqeyi ola bilər. Amma ilk olaraq Rusiya addım atmalıdır. Çünki rəsmi Moskva Bakıya qarşı heç bir məntiqə, beynəlxalq hüquqa, dostluq və əməkdaşlıq münasibətlərinə uyğun olmayan addımlar atdı. Kremldən sifariş alan yaramaz "teleulduzların" Azərbaycana qarşı iftira və təhqir dolu çıxışları telekanallarda yayımlandı. Bundan sonra Azərbaycan da müvafiq addımlar atdı. 

Azərbaycanla münasibətlərin yaxşılaşmasında top Rusiyadadır. 


Müsahibimiz  Rusiyanın törətdiyi əməllərə görə Azərbaycanla münasibətləri normallaşdırmaq üçün beynəlxalq hüquqa və eyni zamanda əməkdaşlıq edən dövlətlər arasında olan məsələlərə uyğun davranmalı olduğunu bildirib:

"Bütün hallarda Rusiya ilk addımı atmalıdır. Vladimir Putin Çində, Pekindəki tədbir zamanı yaxınlaşaraq İlham Əliyevə əl uzatdı. Biz gördük ki, İlham Əliyev bu salamı çox incik reaksiya ilə qəbul etdi. Putin bundan nəticə çıxarmalıdır. Rusiya hegemonluqla, silah və topxanaya arxalanaraq digər dövlət və xalqlara qarşı yuxarıdan aşağı baxmaq siyasətinə son qoymalıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri