İlk qatlanan “iPhone” hansı ölkədə neçəyə satılır? Siyahı
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
“Apple”ın ilk qatlanan smartfonunun qiyməti ölkələr üzrə kəskin fərqlənir.
Yeniavaz.com “OpenTheRank” platformasına istinadən xəbər verir ki, 256 GB yaddaşa malik “iPhone Duo”nun qiyməti Türkiyədə 4 689 dollar, ABŞ-də isə 1 999 dollar təşkil edir.
Məlumatlara görə, Türkiyədən sonra Braziliya 4 230 dollarla ikinci, Hindistan isə 3 124 dollarla üçüncü yerdə qərarlaşıb.
Avropa ölkələrində də smartfonun qiyməti yüksəkdir. İsveçdə 2 698 dollar, İtaliyada 2 687 dollar, Fransada isə 2 652 dollar təşkil edir. Almaniyada qiymət 2 607 dollar səviyyəsindədir.
Türkiyədə qiymətin yüksək olmasının əsas səbəblərindən biri smartfonlara tətbiq edilən vergilərdir. Burada 20 faizlik əlavə dəyər vergisi ilə yanaşı, xüsusi istehlak vergisi və digər ödənişlər də yekun qiymətə təsir göstərir. Türkiyə lirəsinin dəyər itirməsi də idxal olunan texnologiya məhsullarının qiymətinə təsir edən amillərdəndir.
Çində isə 256 GB yaddaşa malik “iPhone Duo” 2 382 dollara təklif olunur. Bu qiymət ABŞ-dəki göstəricidən təxminən 19 faiz yüksəkdir. “Huawei” və “Xiaomi” kimi yerli istehsalçıların qatlanan smartfon modelləri ilə rəqabət də Çin bazarında qiymət siyasətinə təsir edən amillərdən biri hesab olunur.
256 GB yaddaşa malik “iPhone Duo”nun ölkələr üzrə qiymətləri:
Türkiyə – 4 689 dollar
Braziliya – 4 230 dollar
Hindistan – 3 124 dollar
İsveç – 2 698 dollar
İtaliya – 2 687 dollar
Meksika – 2 655 dollar
Niderland – 2 652 dollar
İspaniya – 2 652 dollar
Fransa – 2 652 dollar
Birləşmiş Krallıq – 2 652 dollar
Almaniya – 2 607 dollar
Avstraliya – 2 433 dollar
Cənubi Koreya – 2 427 dollar
Sinqapur – 2 426 dollar
İsveçrə – 2 394 dollar
Çin – 2 382 dollar
Tayland – 2 379 dollar
Malayziya – 2 329 dollar
Yaponiya – 2 319 dollar
Birləşmiş Ərəb Əmirlikləri – 2 314 dollar
Honkonq – 2 230 dollar
Kanada – 2 216 dollar
ABŞ – 1 999 dollar
Məlumat üçün bildirək ki, Azərbaycanda aparıcı ixtisaslaşmış pərakəndə satış mağazalarında “iPhone Duo”nun satışı həyata keçirilmir. Lakin, ayrı-ayrı elan saytlarında “iPhone Duo”nun sifarişli satışı həyta keçirilir. Elan saytlarında 256 GB yaddaşa malik “iPhone Duo”nun 5 000 manatdan (2 940 dollar) təklif olunduğu görülür. 1 TB yaddaşa malik “iPhone Duo” isə “Soliton” mağazasında 7 500 manata (4 412 dollar) təklif olunur.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:İlk qatlanan “iPhone” belə olacaq Foto
07 İyun 2026 15:59
iPhone 17 Pro ən baha bu ölkədə satılır
02 Avqust 2026 20:58
Bu ölkədə “iPhone” bahalaşır
19 İyul 2026 13:37
Apple tarixində ilk qatlanan iPhone u təqdim etdi iPhone Duo
09 Sentyabr 2026 22:09
Analitiklər ilk qatlanan iPhone un qiymətini açıqlayıblar
25 Noyabr 2025 12:02
Baxış sayı:41
Bu xəbər 09 Oktyabr 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















