İlk üç ayda 8 erkən nikah Bu RAYONLARDA
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Azərbaycanda erkən nikah hallarının qarşısının alınması üçün qanunvericilik təkmilləşdirilib, artıq 18 yaş nikah yaşı olaraq müəyyən edilib və bundan əvvəlki istisnalar ləğv olunub.
Buna baxmayaraq ölkəmizdə hələ də erkən nikaha cəhd edən şəxlərə rast gəlinir.
Modern.az məsələ ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb.
Qurumdan verilən məlumata görə, 2025-ci ilin ilk 3 ayı ərzində Dövlət Komitəsinə, eləcə də Komitənin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 8 erkən evlilik halının qarşısı alınıb.
Erkən nikaha cəhd edən 3 Qəbələ və Ağdam sakini olub, eyni zamanda Zərdabda, Goranboyda, Kürdəmirdə və Bərdədə də oxşar hadisələr baş verib. Bütün hallarda erkən evlilik halının qarşısı alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 04 Aprel 2025 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















