İlkin hərbi qeydiyyatla bağlı yeni qaydaılar hazırlanır
Icma.az, Aznews.az portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması qaydası hazırlanacaq.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti 3 ay müddətində Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edəcək.
Eyni zamanda Nazirlər Kabineti 3 ay müddətinə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
AzNews.az

İlkin hərbi qeydiyyatla bağlı cərimələr artırılır
07 Mart 2025 21:49
İlkin hərbi qeydiyyatla bağlı siyahıların müəyyənləşdirilmiş müddətdə təqdim edilməməsinə görə cərimələr artırılır
23 Yanvar 2025 16:06
Hərbi qeydiyyatla bağlı təqdimetmə müddəti də dəyişdirilir
13 Dekabr 2024 15:16

