Icma.az
close
up
RU
“İlkin tibbi yardım həyat qurtarır, amma bizim insanlar bilmir Terapevt

“İlkin tibbi yardım həyat qurtarır, amma bizim insanlar bilmir Terapevt

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

İlkin tibbi yardım qəfil qəza, xəsarət və ya həyati təhlükə yaradan hallarda insanın həyatını xilas edə bilən ən vacib addımlardan biridir. Bu biliklər doğru tətbiq edildikdə həm ağır fəsadların qarşısını alır, həm də peşəkar tibbi yardım gələnədək vəziyyəti sabit saxlamağa kömək edir. Lakin təəssüf ki, Azərbaycanda insanların böyük əksəriyyəti ilkin tibbi yardım haqqında kifayət qədər məlumata malik deyil, hətta ən sadə müdaxilələri belə necə edəcəyini bilmir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən həkim-terapevt Sübhan Hacıyev təəssüflə bildirdi ki, bizim insanlarımızda ilkin tibbi yardımın əsaslarını bilməyən çox böyük bir qisim var:

"Bu da onunla bağlıdır ki, bu, bizim məktəblərdə, xüsusilə də yuxarı siniflərdə, universitetlərdə, həmçinin böyük bir müəssisədə çalışan, ən azından yüzlərlə əməkdaşı olan təşkilatlarda öyrədilmir. Və nəticə etibarilə də biz qəfil ürək dayanması zamanı yaxınlarımızı, doğmalarımızı, əzizlərimizi itirmiş oluruq. Əslində isə ilkin tibbi yardımın əsasları çox da dərin tibbi biliklər tələb etməyən, hər hansı bir instrumental müayinə gərəkdirməyən və xüsusilə də xüsusi tibbi avadanlığa ehtiyac olmadan, sadəcə əllərimizlə insanlara yardım edib həyat qurtara bildiyimiz biliklərdir. Bunun üçün mütləq şəkildə huşunu itirmiş şəxsə yaxınlaşıb, ayıq olub-olmamasını silkələməklə bilmək olar, tənəffüs edib-etmədiyini və iri magistral arteriyası olan yuxu arteriyası üzərində 5-10 saniyə ərzində palpasiya edərək nəbzin olub-olmamasını müəyyənləşdirmək mümkündür. Bu üç sadalanandan biri yoxdursa, mütləq şəkildə ilkin yaşam dəstəyi olan ürəyin qapalı masajına başlanılmalıdır: 30-un 2-yə nisbətində, yəni 30 kompressiya, iki nəfəsvermə. Bunun düzgün şəkildə öyrədilməsi və göstərilməsi həkimlər tərəfindən müəyyən vaxtlarda, müxtəlif yerlərdə aparılır, amma görünən odur ki, çox azdır.

Əgər insanlar yanında, ətrafında bu cür vəziyyətdə olan, yəni huşunu itirmiş, ürək dayanması yaşayan şəxsləri görsələr, belə yardımı göstərərək mütləq şəkildə ürəyin nasos funksiyasını bərpa edə bilər və nəticə etibarilə həmin dəqiqələr itirilməmiş olar. Təbii ki, burada mütləq şəkildə yardıma başlamazdan öncə təcili tibbi yardım və professional komanda çağırılmalıdır. Çünki həmin qrupun gəlməsi ən azı 10 dəqiqə vaxt aparır, amma 10 dəqiqə bu hallarda çox gec ola bildiyi üçün, əgər yaxınlıqda olan insanlar bunu bilsələr, heç olmasa ilkin tibbi yardıma başlaya bilərlər və artıq peşəkar komanda gəldikdə işi ələ alaraq daha irəli yaşam dəstəyi üçün ACLS protokolu üzrə müalicəni davam etdirər və uyğun klinikaya hospitalizasiya edər".

Həkim vurğuladı ki, bir çox inkişaf etmiş ölkələrdə AED adlanan Automatik Eksternal Defibrilatorlar mövcuddur ki, bunların sadəcə insanın bədəninə elektrodlarını yapışdırmaq kifayətdir və cihaz həmin ritmi özü analiz edərək yardım göstərir:

"Əgər şok lazım olsa, cihaz avtomatik olaraq şok verir; şok lazım deyilsə, ürəyin qapalı masajına davam etmək barədə komanda verir. Bu tip avadanlıqlar bir çox inkişaf etmiş ölkələrdə marketlərdə, telefon köşklərində, ictimai yerlərdə mövcuddur. Bizdə də olsa, çox faydalı olar və bu cür hallarda artıq bir çox insanlarımızın, vətəndaşlarımızın həyatını qurtarmaq mümkün olar".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Oktyabr 2025 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see147

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri