Icma.az
close
up
RU
İlkin tibbi yardım həyat qurtarır Bunları hər kəs bilməlidir

İlkin tibbi yardım həyat qurtarır Bunları hər kəs bilməlidir

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İlk tibbi yardım – qəza nəticəsində xəsarət almış insana göstərilən ilk tibbi köməkdir.  Bu zaman əsas məqsəd təcili tibbi yardım maşını gələnədək yaralının həyatını xilas etmək, onun vəziyyətini nəzarətdə saxlamaqdır. Lakin ilk tibbi yardım heç də hər kəsin bacarmadığı və kifayət qədər operativlik, psixoloji hazırlıq, soyuqqanlıq tələb edən işdir. Təsəvvür edin, qəzaya uğrayan və ağır vəziyyətdə olan şəxsin həyatını xilas etməyə çalışırsınız. Bu zaman yol verəcəyiniz azacıq diqqətsizlik ya həmin insanın ölümünə, ya da ömürlük şikəst qalmasına səbəb olar. Çünki bir çox halda şüuru yerində olan, qanı belə axmayan şəxs də onurğa sümüyündən ciddi xəsarət ala bilər. Belə olan halda həmin şəxsin azacıq belə hərəkət etməsi təhlükədir. Məhz buna görə də, ilk tibbi yardımın nə dərəcədə önəmli olduğunu təsəvvür etmək elə də çətin deyil.  Odur ki, hər bir sürücü ilk tibbi yardım qaydalarını az da olsa bilməli və həmin qaydalara maksimum əməl etməyə çalışmalıdır.

İlk tibbi yardım qaydaları

Yadda saxlayın ki, baş vermiş qəza hadisənin inkişaf istiqaməti sizin nə edəcəyinizdən asılıdır. Yəni qəzada xəsarət almış şəxs müəyyən zamandan sonra həyatını itirə də bilər, yol verdiyiniz diqqətsizlik üzündən gələcəyini əlil arabasında da keçirə bilər, əksinə sağalıb yenidən aktiv həyata qayıda da bilər. Bu üzdən sakitləşin və yol qəzasında xəsarət almış şəxsin ümumi vəziyyətini öyrənməyə çalışın. Əgər həmin insan danışa bilirsə onunla ünsiyyətdə olun. Beynin fəaliyyət göstərməsi ilk növbədə həmin insanın şüurunun ayıq olmasını, real vəziyyətə qiymət vermə bacarığını göstərir. Daha sonra ondan əllərini, xüsusən də ayaqlarını hərəkət etdirməyi xahiş edin. Əgər əl və ayaqlar normal hərəkət edirsə deməli onurğa zədələnməyib. Yox əgər həmin şəxs əzalarını tərpədə bilmirsə demək onurğa zədə alıb və bu, sizin işinizi daha da çətinləşdirəcək. Belə ki, onu tərpətmək, avtomobildən çıxartmaq (təbii ki, əgər yanğın baş verməyibsə) olmaz.

Əgər yaralı qanaxmadan əziyyət çəkirsə rezin juqutla, tənziflə qanı mütləq dayandırmağa çalışın. Əks halda yaralı qanaxmadan həyatını itirə bilər. Xəbərdarlıq nişanı quraşdırmağı və qəza dayanma işıqlarını yandırmağı da unutmayın. Mütləq Təcili Tibbi Yardıma zəng edin (103) Əgər hər hansı sınığın olmasından şübhələnirsinizsə (yaralı həmin nahiyəni azacıq hərəkət etdirə bilsə də, aktiv hərəkət nəzərə çarpmır və ya həmin nahiyə gücsüz halda sallanır) həmin hissəyə çox əl vurmayın. Amma bu hissənin sabit qalması önəmlidir. Odur ki, iki çubuq parçası götürüb qolun üstünə və altına qoyun. Daha sonra sarğı ilə bağlayın. Bu halda sınmış sümük digər əzaları yaralaya bilməyəcək və ağrı qismən də olsa azalacaq.

İlk tibbi yardım edə bilmrsiniz? 

Yadda saxlayın, hər bir sürücü İlk tibbi yardımı az da olsa bacarmalıdır. Yox əgər sizin ümumiyyətlə bu sahədə hər hansı məlumatınız yoxdur və üstəlik də yaralı insana yaxınlaşmaqdan qorxursunuzsa deməli aşağıdakı məsləhətlər məhz sizin üçündür:

Bilin ki, ilk tibbi yardımın ən böyük qaydası “zərər verməməkdir”. Başqa sözlə, qaş düzəltdiyiniz yerdə vurub gözü də çıxartmayın. Odur ki, vaxt itirmədən Təcili Tibbi Yardıma zəng edin Ətrafdakı digər insanları, avtomagistralda isə digər sürücüləri saxlayıb, kömək etməsini xahiş edin Təcili Tibbi Yardım maşını gələnədək hadisə yerində qalın. Axı əsas məqsəd yaralı insanın sağ qalmasına nail olmaqdır Xəbərdarlıq nişanı quraşdırmağı da unutmayın

Əgər peşəkar sürücü adını qazanmaq istəyirsinizsə yalnız avtomobil idarə etmək azdır. Siz həm də ilk tibbi yardım qaydalarını mənimsəməli, bunun üçün müvafiq kurslara getməlisiniz. Avtomobildə ilk tibbi yardım çantası saxlamaq isə mütləqdir. Yadda saxlayın ki, həmin çanta gözlə görünə biləcək  və istifadə etmək üçün münasib yerdə olmalıdır.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri