İllər sonra eyni layihədə
Icma.az xəbər verir, Olay.az saytına əsaslanaraq.
Türk istehsalı “Teşkilat” serialı 7-ci mövsüm öncəsi iddialı transferlərlə adından söz etdirir.
OLAY yazır ki, “TRT1”in bazar axşamlarına damğasını vuran serialın heyətinə çox uğurlu bir aktyor qoşulur. Serhat Kılıç aksiyonun bir an belə səngimədiyi layihənin heyətinə daxil olub. Avqustun 25-də çəkilişlərə başlanması planlaşdırılan serialda Kılıç bomba zərərsizləşdirmə mütəxəssisi “Yadigar” obrazını canlandıracaq.
Serhat Kılıç 2017-ci ildə yayımlanan “Söz” serialında “Teşkilat”ın “Altay” obrazını canlandıran Tolga Sarıtaşla birlikdə kamera qarşısına keçmiş və 16 aprel 2018-ci ildə yayımlanan “Söz” serialının 42-ci bölümündə komandadan ayrılmışdı.
İki uğurlu aktyorun yolları 8 il sonra “Teşkilat” serialında yenidən kəsişib. Lakin Sarıtaş və Kılıç bu dəfə “Çolak” və “sarı komandir” ləqəbli “Leytenant Yavuz” rollarında olduğu kimi qarşı-qarşıya deyil, eyni cəbhədə yer alacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 25 Avqust 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















