Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Yüksək qan təzyiqi yaddaşı pozur

“İllər sonra parlamentə qayıdıb populizmlə məşğul olur”

“İllər sonra parlamentə qayıdıb populizmlə məşğul olur”

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan cəmiyyətində Qarabağ müharibəsi əlilləri, veteranları ilə bağlı istənilən bəyanata olduqca həssas münasibət mövcuddur. Bu da təbii və alqışlanmalı haldır. Çünki xalqın hər bir fərdi doğma torpaqlarımızın azadlığa qovuşmasında tarixi rol oynayan bu qəhrəman oğullarımıza özünü borclu bilir, onlara öz ehtiramını hər fürsətdə ifadə edir.

Amma təəssüf ki, 44 günlük Vətən müharibəsindən sonra cəmiyyətdə daha dərin kök salmış bu həssas münasibətdən kimlərinsə xal qazanmaq üçün yararlanması, sui-istifadəyə yol verməsi, populist çıxışlar etməsi hallarına da rast gəlinir. Bunu adi sıravi vətəndaş etdikdə, hardasa başa düşmək olur. Lakin illərin siyasi təcrübəsinə malik, kifayət qədər məlumatlı şəxslər ən yüksək tribunadan buna yol verdikdə seyrçi qalmaq mümkün olmur...

Öncə vurğulamaq vacibdir ki, torpaq, vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksələnlər, bu yolda sağlamlıqlarını itirənlər ölkənin birinci şəxsi səviyyəsində həmişə dəstəklənib, onlara dövlət qayğısının göstərilməsi üçün sosial layihələrin miqyası ilbəil genişlənib. Bura Prezidentin aylıq təqaüdünün, sosial müavinətlərin artırılmasını, müharibə əlillərinə minik avtomobillərinin, o cümlədən şəhid ailəsi və müharibə əlillərinə mənzillərin verilməsini, məşğulluq məsələlərini, yeni sosial layihələri və s. aid etmək olar. Ümumilikdə dövlətin, cəmiyyətin mövqeyi budur ki, Vətən yolunda canını, sağlamlığını itirənlər ən yüksək münasibətə və bundan da artığına layiqdirlər.

Amma son günlər Milli Məclisdə sosial sahə ilə bağlı müzakirələrdə başqa yanaşma ortaya çıxıb. Hər hansı araşdırma aparmadan Qarabağda döyüşən şəxslərlə bağlı belə bir kampaniya aparılır ki, guya hər hansı iş görülmür, bu şəxslər tamamilə unudulub və s.

Məsələn, deputat Səyyad Aran (Salahlı) ağına-bozuna baxmadan çıxıb bəyan edir ki, Vətən müharibəsi veteranlarına 80 manat məbləğin verilməsi ayıbdan ayıbdır. Səyyad Aran kifayət qədər siyasi, habelə diplomatik təcrübəyə malik, müxtəlif dövlət işlərində çalışmış, hakim partiyanı təmsil edən, hərdən hekayə, povest ərsəyə gətirən yaradıcı ruhlu bir deputatdır. Belə bir zəngin bioqrafiyaya malik Səyyad müəllimin illər sonra parlamentə qayıdıb populizmlə məşğul olması təəccüb doğurmaya bilməz. Ola bilər Səyyad müəllimin qəbuluna gələn Qarabağ veteranı müavinətlə bağlı şikayət edib və ya kimsə qulağına nəsə pıçıldayıb. Amma Səyyad Aran bu ahıl yaşında aranı dağa, dağı arana qatmamalıdır axı? Əmək qabiliyyəti olan şəxslərlə bağlı bütün dünyada mövcud yanaşmanı bilmədən gözünü yumub danışmaq nə dərəcədə doğrudur?

İstər Səyyad müəllim, istərsə də onunla səs-səsə verən bir neçə millət vəkili hər cür araşdırma aparmaq imkanına malikdirlər. İstənilən hökumət üzvü ilə görüşüb bu məsələni müzakirə etmək onlar üçün heç bir çətinlik törətmir.

Əgər müzakirə etsəydilər, mövcud vəziyyətlə bağlı dolğun məlumatlar ala bilərdilər. Bu gün təkcə Azərbaycanda yox, bütün dünyada aparılan siyasət bundan ibarətdir ki, sağlam və əmək qabiliyyətli olan müharibə veteranlarının, ümumiyyətlə, əmək qabiliyyətli bütün kateqoriyaların sosial rifahına passiv deyil, aktiv alətlərlə dəstək verilsin. Özünü xeyirxah göstərmək istəyənlər yaxşı bilirlər ki, dövlət Qarabağ əlillərinin sosial ödənişlərini dəfələrlə artırıb və yanvar ayından yeni artımlar nəzərdə tutulub. Əgər dil pəhləvanlığı edənlər araşdırsaydılar, əmək qabiliyyətinə malik veteranların müavinət almaqla yanaşı, çalışmaları üçün müvafiq addımların atıldığının şahidi olardılar. Misal üçün 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailəsi üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası çərçivəsində 24,4 min şəxsin məşğulluğu təmin edilib. O cümlədən, şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 12,1 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər yaradılıb.

Bu gün əsas hədəf əmək qabiliyyətinə malik bu şəxslərin layiqli iş yerləri ilə təmin olunmasıdır və yaxşı olardı ki, millət vəkilləri yüksək tribunadan özəl sektora çağırış edərdilər. Bu işdə onları daha da aktiv olmağa səsləyərdilər. Yaxud bu şəxslərin məşğulluğu, təhsili olmayanların təhsil almaları ilə bağlı ağlabatan başqa nəsə təklif edərdilər. Təəssüf ki, bunun tam əksinin şahidi olduq. Sual olunur: hansısa əmək qabiliyyətinə malik Qarabağ veteranının çalışıb məsələn 1000-1500 manat və ya daha yuxarı maaş alması daha düzgün yanaşmadır, yoxsa müavinətinin təklif olunduğu kimi heç olmasa 20 manat qaldırılması?

Ümumiyyətlə, sosial sahə ilə bağlı danışan istənilən millət vəkili, ekspert az-çox prosesə bələd olmalıdır. Bunlardan biri də əlillik təyinatıdır. Rəqəmlərə istinad etsək, bu gün 44 günlük Vətən müharibəsində yaralanmış və müalicə kursları tamamlanmış 4 mindən çox hərbi qulluqçuya əlillik təyin edilib. Əlillik təyinatı davamlı və olduqca mürəkkəb bir prosesdir. Proseduru bilmədən, bu sahəyə az-çox bələd olmadan danışmaq sadəcə və sadəcə həssas kateqoriyalar arasında narahatlıq toxumu səpməyə xidmət edir. “Olmazdı ki, bunu belə edərdilər” tipli qeyri-ciddi bəyanatlarla bu kateqoriyaya aid şəxslərdə qıcıq yaratmaq heç də sağlam yanaşma deyil.

Elman Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 28 Noyabr 2024 08:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see377

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see336

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see304

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see284

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see256

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see252

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see247

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see235

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see234

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see226

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see217

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see213

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see206

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see196

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see186

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see186

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see184

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see182

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri