İllər sonra səhnəyə “Leyli” kimi qayıdır
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə.az Musavat-a istinadən xəbər verir ki, sənətkarın “Leyli”yə dönüşü noyabrın 14-də Bakı Musiqi Akademiyasının nəzdində opera studiyasının konsert salonunda baş tutacaq. Azərbaycan klassik vokal sənətinin parlaq simalarından olan Gülüstan Əliyeva bu dəfə də dahi Üzeyir Hacıbəylinin ölməz “Leyli və Məcnun” əsərində Leylinin obrazını canlandıracaq.
Tamaşada “Məcnun” obrazını Əməkdar artist Elnur Zeynalov ifa edəcək. Əsərin musiqi rəhbəri və dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Gülüstan Əliyevanın uzun illər sonra “Leyli” obrazına qayıdışı həm sənətkarın yaradıcılıq yolunda xüsusi məqam, həm də Azərbaycan opera sənətinin sevənləri üçün əlamətdar hadisə olacaq. Sənətkarın özünəməxsus ifa üslubu və səhnə təcəssümü ilə yadda qalan Leyli obrazına yenidən müraciəti tamaşaçılarda böyük maraq doğurur.
Baxış sayı:53
Bu xəbər 05 Oktyabr 2026 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















