Icma.az
close
up
RU
İllərdir belə edirik deməyin! Ekspert qışa banka bağlayan xanımlara səsləndi

İllərdir belə edirik deməyin! Ekspert qışa banka bağlayan xanımlara səsləndi

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Payızın gəlişi ilə evlərdə qış tədarükü üçün müxtəlif növ konservlər, mürəbbə və kompotların hazırlanmasına başlanılıb. Ev şəraitində hazırlanan məhsulların düzgün şəkildə konservləşdirilməsi və saxlanılması isə qida təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bəs ev şəraitində konserv, mürəbbə və kompot hazırlayarkən hansı məqamlara diqqət yetirmək lazımdır? Məhsulların hazırlanması və saxlanması zamanı qida təhlükəsizliyini necə təmin etmək olar? Xüsusilə botulizmdən qorunmaq üçün istehlakçılar hansı qaydalara əməl etməlidirlər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti Ağa Salamov bildirib ki, bu məhsulları hazırlayarkən qida təhlükəsizliyi qaydalarına mümkün qədər deyil, mütləq şəkildə riayət etmək çox vacibdir.

Onun sözlərinə görə, düzgün aparılmayan konservləşdirmə prosesi birbaşa ciddi, hətta ölümcül qida zəhərlənmələrinə gətirib çıxara bilər:
"Hər il bunun şahidi oluruq ki, neçə-neçə ailə və ailə üzvü ölümlə nəticələnən qida zəhərlənmələri ilə üz-üzə qalır. Turşuların düzgün hazırlanmaması nəticəsində baş verə biləcək zəhərlənmələrdən biri, təbii ki, botulizmdir. Botulizmdən qorunmaq çox vacibdir və bunun üçün müəyyən qaydalar var. Botulizmə torpaqda yaşayan Clostridium botulinum bakteriyasının oksigensiz mühitdə, yəni bağlı bankada ifraz etdiyi güclü toksinlər səbəb olur. Bu risklərdən qorunmaq üçün bir sıra qaydalara əməl etmək lazımdır. Məsələn, tərəvəzlər, xüsusilə pomidor, xiyar, badımcan, göbələk və s. axar su altında, lazım gəldikdə fırça vasitəsilə torpaq qalıqlarından tam təmizlənərək yaxşıca yuyulmalıdır. Fırçadan istifadə etməyin səbəbi budur ki, çox vaxt tərəvəzlərin üzərində çıxmayan torpaq qalıqları olur və həmin torpaqlar yaxşı təmizlənmir. Halbuki fırça vasitəsilə bu torpaqları çıxarmaq mümkündür. Torpaq tam təmizlənmədikdə isə botulizm bakteriyasının sporlarının məhsula düşməsi və uyğun şərait yarandıqda toksin əmələ gətirməsi riski artır. Ona görə də bakteriyanın əsas mənbələrindən biri olan torpaqdan tərəvəzlər mütləq şəkildə təmizlənməlidir. Digər vacib məsələ turşuluq dərəcəsidir. Turşularda turşuluğun reseptə uyğun səviyyədə olması vacibdir. Bunun üçün sirkə və ya limon turşusu kimi turşulaşdırıcı maddələr reseptə uyğun miqdarda əlavə edilməlidir. Çox vaxt sirkənin miqdarını azaldırlar. Bu zaman isə bakteriyaların inkişafı üçün əlverişli mühit yarana bilər və botulizm riski artır. Ona görə də istifadə olunan sirkənin miqdarı düzgün hesablanmalıdır. Bu, bankanın ölçüsündən  yarım litrlik, bir litrlik, iki litrlik və ya üç litrlik olmasından  və konkret məhsulun reseptindən asılı olaraq dəyişə bilər. Buna görə reseptdən kənara çıxmamaq və turşu hazırlayarkən mütəxəssislərin tövsiyələrinə əməl etmək lazımdır. Bəzən deyirlər ki, “Biz illərdir turşu qoyuruq və heç nə olmayıb”. Amma əvvəlki dövrlə indiki dövr arasında müəyyən fərqlər var. Keçmişdə kənd təsərrüfatında pestisidlər və herbisidlər indiki qədər geniş istifadə olunmurdu. İndi isə tərəvəzlərin üzərində müxtəlif kimyəvi maddələrin qalıqları ola bilər. Buna görə tərəvəzlər hazırlanmazdan əvvəl yaxşıca yuyulmalı və torpaq qalıqlarından təmizlənməlidir. Qida məhsullarının yuyulması ilə bağlı təhlükəsiz və etibarlı üsullardan istifadə etmək vacibdir”.
Qida eksperti əlavə edib ki, digər mühüm məsələ bankaların qapaqlarıdır:
“Şüşə bankalarda yalnız yeni və zədəsiz metal qapaqlardan istifadə olunmalıdır. Çox vaxt paslanmış və ya zədələnmiş qapaqlardan istifadə edildiyini görürük. Paslanmış qapaqların qida ilə təması arzuolunmazdır və belə qapaqlardan istifadə edilməməlidir.
Qapaqlar bir dəfəlik istifadə üçün nəzərdə tutulubsa, onlar ikinci dəfə konservləşdirmədə istifadə edilməməlidir. İstifadədən sonra atılmalıdır. Köhnə, əyilmiş, zədələnmiş və ya paslanmış qapaqlardan turşuların hazırlanmasında istifadə etmək olmaz. Belə qapaqların hermetikliyi pozula və bankaya hava və ya mikroorqanizmlərin daxil olması üçün şərait yarana bilər. Turşuların hazırlanmasında digər mühüm məsələ istiliklə emaldır. Bankalar doldurulduqdan sonra məhsulun növünə və təhlükəsiz konservləşdirmə qaydasına uyğun olaraq istiliklə emal aparılmalıdır. Ev şəraitində bakteriya sporlarının tam məhv edilməsi çətin olduğundan, emal qaydalarına və müddətinə ciddi riayət etmək lazımdır. Burada xüsusilə diqqətli olmaq lazımdır. Çünki suyun qaynama temperaturu normal atmosfer təzyiqində təxminən 100 dərəcə Selsidir və sadəcə qaynatmaq bütün mikroorqanizmlərin, xüsusilə bəzi bakteriya sporlarının tam məhv olmasına zəmanət vermir. Clostridium botulinum bakteriyasının sporları istiliyə kifayət qədər davamlıdır. Buna görə də ev şəraitində konservləşdirmə zamanı yalnız bankaları qaynatmaqla kifayətlənmək təhlükəsiz hesab edilmir. Əsas məsələ məhsulların əvvəlcədən düzgün hazırlanması, tərəvəzlərin torpaq qalıqlarından yaxşıca təmizlənməsi, reseptdə göstərilən turşuluq səviyyəsinin qorunması, uyğun və zədəsiz qapaqlardan istifadə edilməsi və konservləşdirmə üçün etibarlı, təhlükəsiz üsullara riayət olunmasıdır. Yəni ev şəraitində qış tədarükü hazırlayarkən “illərdir belə edirik” yanaşmasından uzaq durmaq və qida təhlükəsizliyi qaydalarını ciddi şəkildə nəzərə almaq lazımdır. Çünki düzgün hazırlanmadıqda ev konservləri ciddi, hətta həyati təhlükəli qida zəhərlənmələrinə səbəb ola bilər”, – deyə Ağa Salamov fikrini tamamlayıb.
Nuray Paşşanlı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 Avqust 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri