Icma.az
close
up
RU
İllərdir boş yerə çox pul ödəyirik Mağaza yumurtası daha sağlam çıxdı ( Eksperiment )

İllərdir boş yerə çox pul ödəyirik Mağaza yumurtası daha sağlam çıxdı ( Eksperiment )

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Mağazadan alınan yumurta, yoxsa kənd yumurtası? İllərdir davam edən bu müzakirələrə nöqtə qoyacaq maraqlı sınaq keçirilib. Şəhər kənarında yaşayan və qonşularının hər gün "təbii daha dadlıdır" deyib təriflədiyi kənd yumurtalarından bezən bloqer, nəhayət, hər iki məhsulu qarşı-qarşıya qoyub. Nəticə isə bir çoxları üçün gözlənilməz olub.
Sarısının rəngi sizi aldatmasın
Hamımız öyrəşmişik ki, kənd yumurtasının sarısı tünd, narıncıya çalan rəngdə olmalıdır. Amma sınaq zamanı məlum olub ki, mağazadan alınan ən ucuz yumurtanın sarısı kənd yumurtasından daha parlaqdır. Məsələ burasındadır ki, iri quşçuluq fabriklərində toyuqların yeminə xüsusi əlavələr qatılır. Bu da yumurtanın sarısının daha cəlbedici görünməsinə səbəb olur. Kənd toyuqlarında isə bu rəng tamamilə yediyi otdan və mövsümdən asılıdır.
Qabıq qalınlığı və təmizlik
Mağaza yumurtalarının qabığı daha qalın və möhkəm çıxıb. Bu, fabriklərdə toyuqlara verilən kalsiumla bağlıdır ki, daşınma zamanı məhsul qırılmasın. Təmizlik məsələsində də kənd yumurtaları uduzub. Üzərindəki ləkələr və çirklər ilk baxışdan "təbiilik" nişanəsi kimi görünsə də, əslində salmonelyoz riskini artırır. Mütəxəssislər xəbərdarlıq edir ki, mənşəyindən asılı olmayaraq, yumurtanı istifadə etməzdən əvvəl mütləq yumaq lazımdır.
Dad fərqi var?
Ən əsas məqam isə dad sınağıdır. Bloqer hər üç növ yumurtadan qayğanaq hazırlayıb və dadına baxıb. Təəccüblü də olsa, dadlar arasında ciddi bir fərq hiss olunmayıb. Nə qonşuların təriflədiyi o "xüsusi" dad tapılıb, nə də mağaza məhsulunda süni bir tam hiss edilib.
Nəticədə məlum olur ki, bahalı kənd yumurtasına artıq pul ödəmək hər zaman özünü doğrultmur. Əgər güvəndiyiniz, tanıdığınız bir təsərrüfat yoxdursa, mağaza yumurtası həm daha ucuz, həm də sanitar baxımdan daha təhlükəsiz seçim ola bilər. Seçim isə hər zaman olduğu kimi istehlakçınındır.
İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Aprel 2026 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri